"Təəccüblüsü odur ki, dövlət televiziyası daxil, heç bir jurnalist aşağıdakı suallara cavab axtarmır: Bu vaxta qədər olan TTY briqadaları niyə iki ildir ki, çimərliklərdə "itib". FHN -nin məntəqələrində niyə həkim heç, feldşer belə yoxdur?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Qanunvericiliyə görə ölüm faktı yalnız tibb işçisi tərəfindən qeydə alınır.Belə olan halda dənizdə batıb ölənlərin ölüm faktını kim təsdiq edir? Bəlkə çimərlikdə molla var, həkim yoxdu...
BU gün Az.TV müxbiri Şıx çimərliyi ərazisində iki nəfərin suda bataraq öldüyünü dedi, hiss olunurdu ki,bu xanım tibbi jurnalistikadan çox uzaq bu sahədə qeyri peşəkardı,yoxsa FHN -nin əməkdaşlarından soruşardı, hardadı tibbi xidmət, Tibbi avadanlıqlar, süni tənəffüs aparatı, defibrilyator,"otsos"və s, eləcə də ölüm faktı necə və kim tərəfindən qeydə alınıb?????
Eyni zamanda Nazirlər kabinetinin 1998-ci il 216 nömrəli qərarının icrası niyə həyata keçirilmir: çimərliklərdə təcili tibbi məntəqələri yaradılmalıdır.
Bu qərarı tanımayanlar niyə məsuliyyətə cəlb olunmur?
Bakıda 2024-cü ilə qədər 18 çimərlikdə növbətçilik edən Təcili Tibbi Yardım həkimi fəaliyyət göstərib, daha sonra TTY yeni direktor təyin edildi və bir nəfər çimərlikdə TTY briqadalarının fəaliyyətinə "Son qoydu", dəhşətli odur ki, digər dövlət orqanları vətəndaşların qanunla qorunan hüquq və mənafelərinə hüquqa zidd hərəkətə bu günə qədər də susur.Mənim həkimlik praktikamda ən azı 15-16 nəfərin suda boğulma hallarının məhz çimərlikdə TTY briqadaları tərəfindən həyata qaytarılması faktları mövcuddur.Təbib bəyan edir ki,biz yalnız "103"xidmətinə çağırış üzrə çimərlikdə ola bilərik
Bu qurumda bilmirlər ki, məhz növbətçilik əsasında bu vaxta qədər yüzlərlə adam TTY həkimləri tərəfindən xilas edilib!!??!? Necə ola bilər ki,100 nəfərin imtahanına,30 nəfər tamaşaçı olan qeyri dövlət futbol komandası oyununa, çimərlik voleyboluna TTY briqadası göndərilir, potensial təhlükəli olan çimərliyə yox.
Çox güman ki, Hesablama palatası və Maliyyə nazirliyi tərəfindən Respublika Təcili Tibbi Yardımda bu problemə aydınlıq gətiriləcək,bir tərəfdən həyati təhlükəsi olan xəstə,bir tərəfdə isə ödənişli TTY!?((((
Ola bilər ki,bu haqda mən çox yazdığından bu halı qəbul etmirsiniz.
Məsələ ondadır ki, təxminən hər gün televiziya və sosial şəbəkələrdə deyilir, nəzarətsiz ərazidə, kimlərsə boğulubvə S. Yəni günah boğulanlardadı.. Sual olunur,bəs bu sahə ilə məşğul olmalı olan dövlət qurumları öz üzərinə düşən vəzifələri yerinə yetirirmi??? Yox, qətiyyən
Necə ola bilər ki, özəl çimərlikdə hər xidmət var, Tibbi Yardımdan başqa.
Elə bilirdim ki, tibbi xidmət, səhiyyə yaman gündədir,sən demə tibbi jurnalistika suda boğulub ki..."















