“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” .....                     Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: .....                     MİDA-da yeni təyinat olub .....                     Şirkət üç illik auditor axtarır .....                     Cənubi Qafqazda sülhün əsas şərtləri .....                     Tramp İrandan danışıb: .....                     Dünyada ən çox istehsal olunan 40 qida məhsulu .....                     AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək .....                     Həbsdə olan Qaqik Çarukyanın şirkəti .....                     Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI .....                     Ermənistan dəmir yumruğu deyəsən unudub .....                     Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… .....                     7-8 kiloluq quzuları niyə kəsirlər? .....                     İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf .....                     Zərdabda əkin sahələrinin su təminatına .....                     Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? .....                     Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur .....                     9 milyon manatlıq tender bu şirkətə verildi .....                     Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... .....                     Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq .....                     Kəngərlidə camaat əkin-biçinə su tapmır... .....                     Ayanın "havalı" obrazları .....                     “O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” .....                     Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi .....                     Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi .....                     Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? .....                     MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır .....                     TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... .....                     Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin .....                     "Mərdəkanlı Amin"in qardaşı yenidən .....                     Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." .....                     Tələbələrin DƏRS saatı dəyişir? .....                     Dəməşq və Moskva arasındakı razılaşmanın detalları .....                     FHN Kəramət Böyükçölü niyə “yandırdı”? .....                     "Allah bilir nə oyun çevirirlər..." .....                     Suda boğulanlara QURU MÜNASİBƏT .....                     Neft bazarına HÖRMÜZ TƏSİRİ .....                 

7-8 kiloluq quzuları niyə kəsirlər? - Oliqarx məmurlar və mübahisəli AÇIQLAMA
Tarix: Bu gün, 11:29 | Çap et

Son dövrlərdə körpə quzuların aşağı çəkidə kəsilərək satışa çıxarılması heyvandarlıqla məşğul olan sahibkarlar arasında narahatlıq yaradan məsələlərdən birinə çevrilib. Belə ki, sahibkarlar bildirirlər ki, quzuların 7-8-9 kiloqram çəkidə kəsilməsi həm təsərrüfatların əldə edə biləcəyi gəlirin azalmasına, həm də heyvandarlığın gələcək inkişafına mənfi təsir göstərə bilər.

Məsələnin digər tərəfi isə ölkədə xırdabuynuzlu heyvanların sayının qorunması və ət təminatının davamlılığı ilə bağlıdır.

Mövzu ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, bu məsələyə emosional deyil, iqtisadi və təsərrüfat baxımından yanaşmaq lazımdır.

Onun sözlərinə görə, söhbət 7-8 kiloqramlıq deyil, təmiz çəkisi 9-10 kiloqram olan quzulardan gedir:

“Əslində burada söhbət 7-8 kiloqramlıq deyil, 9-10 kiloqram təmiz çəkidə olan quzulardan gedir. Bu da diri çəkidə təxminən 16-17 kiloqram edir. Bu quzuların kəsilməsi Azərbaycanda yem çatışmazlığı ilə bağlıdır. Əgər onlar uzun müddət saxlanılsa, əlavə yemə ehtiyac yaranacaq. Azərbaycanda isə yem təminatı ilə bağlı ciddi problem var. Belə olan halda heyvanlar çəki almır, əksinə arıqlayır.

Quzular südəmər dövrdə və az miqdarda yemlə qısa müddətdə yüksək çəki əldə edir. Sonrakı mərhələdə isə həm fiziki durumunu saxlamaq, həm də ət çəkisini artırmaq üçün daha çox yem tələb olunur”.

O xatırladıb ki, məhz buna görə də vaxtilə bu məsələyə qadağa qoymaq mümkün olmayıb:

“Mən də dəfələrlə demişəm ki, belə bir qadağa yalnız Azərbaycanın möhkəm yem bazası, geniş örüş əraziləri olduğu halda müzakirə oluna bilər. Bu gün heyvanların baş sayının azalması quzuların kəsilməsi ilə bağlı deyil. Problem daha məhsuldar, daha iri çəkili heyvanların kəsimə göndərilməsidir. Bunun da əsas səbəbi ölkədə yem çatışmazlığıdır. Hazırda iribuynuzlu heyvanların sayı azalır, inəklər və yaşlı heyvanlar daha çox kəsimə verilir".

Ekspert əlavə edib ki, problemi quzuların kəsilməsində axtarmaq və bunu heyvan sayının və ya ət istehsalının azalması ilə əlaqələndirmək tamamilə yanlışdır:

"Əvvəllər də 9-10 kiloqram təmiz çəkidə quzular kəsilirdi və buna geniş tələbat var idi. Hətta imkanlı şəxslər, oliqarx məmurlar daha çox məhz 8-10 kiloqramlıq quzu ətinə üstünlük verirdilər. Çünki bu ətin kiloqramı 25-30 manat arasında satılırdı.

Əgər ölkədə yem bazası güclü olsa, örüş əraziləri kifayət qədər genişləndirilsə və məhsuldarlıq artırılsa, sizi əmin edirəm ki, çobanlar quzuları tələsik satmazlar. Onları saxlayar, daha böyük çəki əldə etdikdən sonra daha baha qiymətə satışa çıxararlar. Bu məsələyə qadağa qoyulsa, hətta bununla bağlı qanun qəbul olunsa, Azərbaycanda çox ciddi problemlər yaranar”.

V.Məhərrəmov bildirib ki, inkişaf etmiş heyvandarlıq ölkələrində heyvanların kəsimi ilə bağlı yaş məhdudiyyəti tətbiq edilmir:

“Normal və sivil ölkələrdə heyvandarlıq biznes kimi qəbul olunur və heyvanların kəsimi üçün yaş həddi müəyyən edilmir. Bu, sahibkarın iqtisadi maraqları ilə bağlı məsələdir. Əgər sahibkar müəyyən mərhələdə heyvanı satmaqla daha çox gəlir əldə edirsə, onu satacaq. Əgər onu saxlamaq sahibkara ziyan vurursa, təbii ki, kəsimə verəcək. Bu, sahibkarın imkanından və marağından asılıdır. Burada yaş həddi müəyyən etməyin faydası yoxdur. Onsuz da quzu təxminən 6 aylığında normal çəkiyə çatır. Bundan sonrakı seçim insanların zövqündən asılıdır.

Bəzən bu mövzu elə təqdim edilir ki, guya quzunun bu yaşda kəsilməsi düzgün deyil. Bu, manipulyasiyadır və yanlış yanaşmadır. Əgər kimsə quzunun kəsilməsini istəmirsə, özü saxlasın, bir yaşında, iki yaşında, üç yaşında satsın. Əgər doğrudan da mərhəmət hissi güclüdürsə, onda yem istehsalını artırsınlar, örüş ərazilərini kəndlilərə və sahibkarlara qaytarsınlar. O zaman heç kim quzunu vaxtından əvvəl kəsməyəcək”.

Ekspertin sözlərinə görə, onun mövqeyi heyvandarlıqla məşğul olan sahibkarların maraqları ilə üst-üstə düşür:

“Heyvandarlıqla məşğul olan insanlar heç də qəddar deyillər. Onlar saxladıqları heyvanlara böyük qayğı göstərirlər, onları özlərinə əziz bilirlər. Sadəcə məcburiyyət qarşısında qalaraq kəsimə verirlər. Çünki satılan quzunun hesabına qalan heyvanların yemini təmin edirlər və yeni heyvan alırlar. İndiki şəraitdə vəziyyət həqiqətən çox çətindir. Mənim yanaşmam da məhz çobanın və heyvandarlıqla məşğul olan sahibkarın maraqları ilə eynidir".

İlahiyyatçı Ağa Hacıbəyli isə deyib ki, bu məsələyə şəri ölçülər baxımından yanaşmaq lazımdır.

Onun sözlərinə görə, heyvanların kəsilməsinin İslamda müəyyən şərtləri və qaydaları var:

“Bu məsələ son günlər ölkəmizdə kifayət qədər müzakirə olunur. Bəzi məsələlər var ki, onlara şəri ölçülərlə baxılması və buna uyğun dəyərləndirilməsi vacibdir. Heyvanların kəsilməsinin də özünəməxsus şəri şərtləri və ölçüləri var.

Onu da qeyd edək ki, Qurban bayramında kəsilən heyvanlarla ilin digər vaxtlarında kəsilib istehlak olunan heyvanları eyni kateqoriyaya aid etmək olmaz. Bildiyiniz kimi, şəri ölçülərə görə, Qurban bayramında kəsilən heyvanın minimum bir yaşı olmalıdır. Digər vaxtlarda isə belə bir tələb yoxdur. Lakin hər şey hüquqla, əhkamla və qanunla tənzimlənmir. Südəmər heyvanların kəsilməsi caiz görülmür".

İlahiyyatçının sözlərinə görə, hələ ana südünə möhtac olan, 6-7 aylıq quzunun kəsilməsi şəfqət və mərhəmət baxımından doğru deyil:

"Məsələnin başqa bir tərəfi də var. Bu gün 7-8 kiloqram ət verən bir quzu bir neçə ay sonra 20-25 kiloqram ət verə bilər. Daha çox fayda verəcəyi, daha çox ehtiyacı ödəyəcəyi halda, ölkə səviyyəsində quzuların kütləvi şəkildə kəsilməsi məsələsinə hətta hüquqi müstəvidə də baxılmasına ehtiyac var. Ümumiyyətlə, İslama görə heç bir zaman fərdi mənfəət ictimai mənfəətdən üstün tutulmur. Belə bir yanaşma doğru deyil. Hər şey qanunla ölçülmür, hər şey qayda ilə həll olunmur. Əsas odur ki, insanın daxilində şəfqət hissi olsun.

Bir məqama da diqqət yetirmək lazımdır. Heyvan ətinin də müəyyən müddətdə yetişməsinə ehtiyac var. Südəmər quzuların əti yumşaqdır. Bir insan kabab yemək istəyir deyə körpə quzunun kəsilməsi və doğranması şəfqət baxımından doğru hesab oluna bilməz".

A.Hacıbəyli vurğulayıb ki, ən azından heyvan bir yaşına çatıb Qurbanlıq yaşına yetişsə və ondan sonra kəsilsə, bu daha məqsədəuyğun olar:

"İslam dini bunun üçün bir ölçü və meyar müəyyən edib. Qurbanlıq heyvanın bir yaşı olduğu kimi, digər vaxtlarda bu tələb məcburi olmasa da, həmin ölçüyə uyğun davranmaq daha yaxşı olardı. Yəni Qurban bayramında kəsdiyimiz heyvanların yaşını digər hallarda da gözləyə bilsək, bu çox yaxşı olardı".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Cənubi Qafqazda sülhün əsas şərtləri - Təkcə kabab deyil
Bu gün, 12:11
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - SİYAHI
Bu gün, 12:06
AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək - MAŞALLAH, ƏLLƏRİNDƏN HƏR İŞ GƏLİR...
Bu gün, 12:04
Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib
Bu gün, 12:01
Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI - FOTO
Bu gün, 11:54
Ermənistan dəmir yumruğu deyəsən unudub - Separatçılar özlərinə “rəhbər” seçirlər...
Bu gün, 11:43
Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… - "Ora çatarkən hava limanında..."
Bu gün, 11:34
7-8 kiloluq quzuları niyə kəsirlər? - Oliqarx məmurlar və mübahisəli AÇIQLAMA
Bu gün, 11:29
İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf – Nələr gözlənilir?
Bu gün, 11:11
Zərdabda əkin sahələrinin su təminatına 9.3 milyon manat xərclənəcək
Bu gün, 11:07
Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? - AKTUAL
Bu gün, 11:02
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib - DETALLAR
Bu gün, 10:59
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur - BU DA FAKT!
Bu gün, 10:54
9 milyon manatlıq tender bu şirkətə verildi
Bu gün, 10:52
Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... - "Siz bir yerdə işləyirsiniz..."
Bu gün, 10:43
Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq - GƏRGİNLİK
Bu gün, 10:41
Kəngərlidə camaat əkin-biçinə su tapmır... - GİLEY
Bu gün, 10:37
Ayanın "havalı" obrazları - Fotolar
Bu gün, 10:20
“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” - Akif İslamzadə
Bu gün, 10:04
Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi - MƏHKƏMƏ
Bu gün, 09:58
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi - "...vədlər verirlər"
Bu gün, 09:54
Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? - Görünəni odur ki...
Bu gün, 09:49
MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır - DETALLAR
Bu gün, 09:47
TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:43
Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin mənfəəti bölüşdürüləcək
Bu gün, 09:40
"Mərdəkanlı Amin"in qardaşı yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:38
Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb - SİYAHI
Bu gün, 09:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:21
"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Bu gün, 09:14
Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Bu gün, 08:29
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Neft bazarına HÖRMÜZ TƏSİRİ - aydınlıq yoxdur deyə...
Bu gün, 07:25
"İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." - partiya sədri
Bu gün, 07:20
XALQ ADAMI və ZƏMANƏ ADAMI... - replika
Bu gün, 07:09
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir - “Washington Post“
Bu gün, 06:47
AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? — “Qara otaqda olmayan qara pişiyi tapın” tələbi
Bu gün, 06:42
Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? - AKTUAL
Bu gün, 06:37
"Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı – 85 minlik vergi borcu var
Bu gün, 06:25
Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... - İTTİHAM VAR...
Bu gün, 06:23
Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” - GƏLİŞMƏ
Bu gün, 06:15
Bir uşaq bağçasından bu qədər yazılırsa... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:12
Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” - ÇAĞIRIŞ
Bu gün, 06:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru