Əsas Səhifə > Ana xəbər / Güney Press > SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı

SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı


Bu gün, 10:10

Adı son günlər müxtəlif qalmaqallarda hallanan və böyük yeyinti işlərində çəkilən SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən alınması barədə xəbərlər yayılıb.

"DİA-AZ" bildirir ki, bu barədə məlumatı açıqlayan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əslində SOCAR-dakı sıravı işçilərin əksəriyyətinin ürəyincə olan bu xəbəri aşağıdakı kimi paylaşıb:

"Səhər-səhər aldığım məlumatda deyilir ki, SOCAR vitse prezidenti Babək Hüseynov tutduğu vəzifəsindən azad olunub..."

Qeyd edək ki, bu məlumat hələlik rəsmən təsdiq olunmayıb.


Geri qayıt