“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” .....                     Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi .....                     Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi .....                     Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? .....                     MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır .....                     TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... .....                     Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin .....                     "Mərdəkanlı Amin"in qardaşı yenidən .....                     Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." .....                     Tələbələrin DƏRS saatı dəyişir? .....                     Dəməşq və Moskva arasındakı razılaşmanın detalları .....                     FHN Kəramət Böyükçölü niyə “yandırdı”? .....                     "Allah bilir nə oyun çevirirlər..." .....                     Suda boğulanlara QURU MÜNASİBƏT .....                     Neft bazarına HÖRMÜZ TƏSİRİ .....                     "İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." .....                     XALQ ADAMI və ZƏMANƏ ADAMI... .....                     Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir .....                     AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? .....                     Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? .....                     "Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı .....                     Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... .....                     Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” .....                     Bir uşaq bağçasından bu qədər yazılırsa... .....                     Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” .....                     Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? .....                     “Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” .....                     "Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı .....                     ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir .....                     “Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” .....                     “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” .....                     Hansı universitetlərdə təhsil haqqı azaldılıb? .....                     “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” .....                     “Nizami” stansiyasının tuneli ləğv edilir .....                     “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb .....                     Xamenei ilə yeddi saatlıq görüş keçirdim .....                     Məktəblərdə dərslər gec başlaya bilər .....                 

"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Tarix: Bu gün, 09:14 | Çap et

"Əziz və dəyərli “Azəriqaz”ın baş direktoru, “hörmətli” Azər müəllim! İlk növbədə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki illərlə çalışaraq müqaviləli işçidən böyük mühəndis vəzifəsinə qədər gəlib çatmağın nə qədər çətin olduğunu mənə bir daha xatırlatdınız. İnsan bəzən yüksəlmək üçün illər sərf edir, amma bir rəhbərlik qərarı ilə həmin yüksəlişi bir neçə dəqiqə ərzində geri qaytarmaq da mümkündür. Bu baxımdan, idarəetmənin sürətinə heyran qalmamaq mümkün deyil..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində "Azəriqaz" işçisi, Qarabağ Qazisi Daşqın Abbasov qeyd edib.
Narazı "Azəriqaz" çalışanı özünün etiraz dolu müraciətini daha sonra belə davam etdirir: "Əvvəlcə böyük mühəndis oldum — çox sağ olun. Sonra mühəndis oldum. 11-ci dərəcə də mənə artıq çox görünürdü, onu da 10-cu dərəcəyə endirdiniz. Ardınca maaşımdan 110 manat “hədiyyə” etdiniz.
Deməli, mənim Sizə hədiyyəm 110 manat, Sizin mənə hədiyyəniz isə vəzifə, dərəcə və maaş itkisi oldu.
Bu qarşılıqlı hədiyyələşmə ənənəsini daha da inkişaf etdirmək mümkündür. Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram. Əgər bu da kifayət etməsə, xəbər edin, bəlkə gələn ay maaşımın yarısını da “Azəriqazın rifah fonduna” könüllü ianə edərəm.
Axı Siz belə böyük rəhbərsiniz, mən isə cəmi 10-cu dərəcəli mühəndisəm. Mənim maaşımın 1/4 hissəsi ilə ailə büdcənizə hansısa ciddi töhfə vermək mümkün olmasa da, görünür, mənim “tərbiyələndirilməyimə” kifayət qədər böyük töhfə verə bilər.
Məni Sizin tapşırığınız əsasında “qəfəs döyüşü” adlandırdığım imtahana cəlb etdilər. İmtahandan sonra isə “hörmətli” kadrlarınız çox maraqlı bir məlumat verdilər: əsas məsələ imtahan deyil, rəhbərliyin rəyi imiş.
Bu açıqlamadan sonra bir mühəndis kimi məndə belə bir sual yarandı: əgər əsas olan imtahan nəticəsi deyil, rəhbərliyin rəyi idisə, onda imtahan niyə keçirilirdi?
Bəlkə gələcəkdə işçilərə əvvəlcədən bildirəsiniz ki, kitab oxumağa, hazırlaşmağa və imtahan verməyə ehtiyac yoxdur. Sadəcə rəhbərliyin ürəyincə olmaq kifayətdir. Beləliklə, həm kağıza, həm vaxta, həm də işçinin əsəblərinə qənaət etmiş olarıq.
Mənim paylaşdığım sənədlərin “Azəriqaz”dan göndərildiyi bildirilir. Burada da çox maraqlı bir sual meydana çıxır:
Adi 10-cu dərəcəli mühəndisdə rəhbərliyin bu qədər “məxfi” sənədləri haradan ola bilər?
Görünür, mənim mühəndis vəzifəm zəif olsa da, sənədlərlə münasibətim kifayət qədər güclü imiş.
Əgər həmin sənədlər həqiqətən müəssisənin daxilindən yayılıbsa, bəlkə ilk növbədə sənədlərin necə kənara çıxdığını araşdırmaq daha məntiqli olardı? Yoxsa sənədi kimin yaydığından daha vacib məsələ onu kimin paylaşmasıdır?
Bu, idarəetmədə yeni bir prinsipdirsə, doğrudan da təqdirəlayiqdir.
Mən bir müharibə veteranıyam. Ona görə də, “hörmətli” Azər müəllim, Sizinlə aramızda belə prinsipial mübarizənin aparılmasını ayrıca maraqlı hesab edirəm.
Müharibədən sağ çıxan veteranın 110 manatlıq maaş fərqinə qədər “təhlükəli obyekt” kimi qiymətləndirilməsi insanda istər-istəməz fəxr hissi yaradır.
Deməli, mən adi mühəndis deyiləmmiş.
Bir veteranın paylaşımından bu qədər narahatlıq yaranırsa, deməli, həmin paylaşımın təsir gücü vəzifə dərəcəsindən xeyli yüksəkdir.
İndi isə ən maraqlı hissəyə gələk.
Məktubunuzda məndən maaşımın 1/4 hissəsi həcmində intizam cəzası tutulması tövsiyə edilir. Mən buna görə də Sizə təşəkkür etməliyəm. Çünki 1/4 rəqəmi ilə məni tanış etdiniz.
Mən də öz növbəmdə təklif edirəm:
Gələcəkdə belə qərarlar qəbul edilərkən 1/4 prinsipi daha geniş tətbiq olunsun.
Məsələn:
maaşın 1/4-i — cərimə;
vəzifənin 1/4-i — geri alınsın;
işçinin hüquqlarının 1/4-i — nəzərə alınsın;
rəhbərliyin məsuliyyətinin isə, təbii ki, 1/4-i də olmasın.
Beləliklə, mükəmməl idarəetmə sistemi yaranmış olar.
Amma bir xahişim var, Azər müəllim.
Mənim bu yazımdan sonra “məni işdən çıxarın” tapşırığı verilsə, zəhmət olmasa, səbəb hissəsində “çox təhlükəli işçidir” yazmayın.
Çünki mənim ən böyük “cinayətim” sənədlərlə bağlı sual vermək, öz hüquqlarımı müdafiə etmək və baş verənlər barədə danışmaqdır.
Əgər bunlar müəssisə üçün təhlükə hesab olunursa, onda problem mənim danışmağımda yox, deyilənlərdən niyə bu qədər narahatlıq yaranmasındadır.
Mən Sizdən nə kreslo istəyirəm, nə də xüsusi münasibət.
Sadəcə istəyirəm ki, mənə tətbiq edilən qaydalar mənimlə yanaşı hamıya da tətbiq edilsin.
Çünki qanun və intizam rəhbərdən işçiyə doğru yalnız bir istiqamətdə işləyirsə, bunun adı ədalət deyil — inzibati rahatlıqdır.
Sonda Sizə bir daha təşəkkür edirəm, Azər müəllim.
İllərlə qazandığım vəzifəni, dərəcəni və maaşı qısa müddətdə geri qaytarmaqla mənə çox qiymətli bir dərs verdiniz:
“Azəriqaz”da qazın təzyiqini ölçmək üçün manometr, rəhbərliyin təzyiqini ölçmək üçün isə, görünür, işçinin maaşından 1/4 kəsmək kifayətdir.
Mən isə hələ də sadə bir sualın cavabını gözləyirəm:
Əgər bir işçinin sosial şəbəkədə paylaşımı rəhbərliyi bu qədər narahat edirsə, bəlkə problem paylaşımda yox, paylaşımın içində yazılanlardadır?
Hörmətlə,
maaşının 110 manatını artıq “hədiyyə etmiş”, 1/4-ni də hədiyyə etməyə hazır olan, amma haqqını hədiyyə etməyə hazır olmayan veteran mühəndis..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” - Akif İslamzadə
Bu gün, 10:04
Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi - MƏHKƏMƏ
Bu gün, 09:58
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi - "...vədlər verirlər"
Bu gün, 09:54
Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? - Görünəni odur ki...
Bu gün, 09:49
MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır - DETALLAR
Bu gün, 09:47
TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:43
Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin mənfəəti bölüşdürüləcək
Bu gün, 09:40
"Mərdəkanlı Amin"in qardaşı yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:38
Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb - SİYAHI
Bu gün, 09:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:21
"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Bu gün, 09:14
Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Bu gün, 08:29
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Neft bazarına HÖRMÜZ TƏSİRİ - aydınlıq yoxdur deyə...
Bu gün, 07:25
"İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." - partiya sədri
Bu gün, 07:20
XALQ ADAMI və ZƏMANƏ ADAMI... - replika
Bu gün, 07:09
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir - “Washington Post“
Bu gün, 06:47
AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? — “Qara otaqda olmayan qara pişiyi tapın” tələbi
Bu gün, 06:42
Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? - AKTUAL
Bu gün, 06:37
"Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı – 85 minlik vergi borcu var
Bu gün, 06:25
Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... - İTTİHAM VAR...
Bu gün, 06:23
Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” - GƏLİŞMƏ
Bu gün, 06:15
Bir uşaq bağçasından bu qədər yazılırsa... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:12
Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” - ÇAĞIRIŞ
Bu gün, 06:03
Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? - AKTUAL
Bu gün, 06:02
“Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” - ANIM
Bu gün, 05:59
"Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı - FOTO
Bu gün, 05:53
ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir - “The Guardian”
Bu gün, 05:51
“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Dünən, 18:09
Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Dünən, 17:31
“Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Dünən, 17:23
“Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Dünən, 17:22
“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Dünən, 17:17
Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Dünən, 17:14
Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Dünən, 17:10
Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Dünən, 17:07
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Dünən, 17:06
“Yığımcıl oldum, amma varlı olmadım”
Dünən, 17:04
Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Dünən, 16:59
60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Dünən, 16:54
Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:52
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Dünən, 16:45
"‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Dünən, 16:36
Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:31
“David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Dünən, 16:26
Mahmud Əhmədinejadın İLGİNC fotosu yayıldı
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru