"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,23 ABŞ dolları və ya 1,3 % artaraq 95,16 ABŞ dolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 93,93 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 91,92 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
















