Azərbaycan nefti bahalaşıb .....                     "Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." .....                     Tələbələrin DƏRS saatı dəyişir? .....                     Dəməşq və Moskva arasındakı razılaşmanın detalları .....                     FHN Kəramət Böyükçölü niyə “yandırdı”? .....                     "Allah bilir nə oyun çevirirlər..." .....                     Suda boğulanlara QURU MÜNASİBƏT .....                     Neft bazarına HÖRMÜZ TƏSİRİ .....                     "İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." .....                     XALQ ADAMI və ZƏMANƏ ADAMI... .....                     Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir .....                     AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? .....                     Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? .....                     "Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı .....                     Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... .....                     Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” .....                     Bir uşaq bağçasından bu qədər yazılırsa... .....                     Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” .....                     Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? .....                     “Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” .....                     "Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı .....                     ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir .....                     “Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” .....                     “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” .....                     Hansı universitetlərdə təhsil haqqı azaldılıb? .....                     “Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” .....                     “Nizami” stansiyasının tuneli ləğv edilir .....                     “Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb .....                     Xamenei ilə yeddi saatlıq görüş keçirdim .....                     Məktəblərdə dərslər gec başlaya bilər .....                     VTB-nin səhmdarlarının növbədənkənar .....                     “Yığımcıl oldum, amma varlı olmadım” .....                     Prokuror "Okean" restoranında tanışını bıçaqlayana .....                     60 milyon avro... .....                     Yasəmənin ölümü yenidən araşdırılacaq .....                     "Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" .....                     "‘Kasko’ nəyə lazımdır?" .....                     Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? .....                     “David Seliverstov”la deputatı nə birləşdirir? .....                 

Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Tarix: Bu gün, 08:29 | Çap et

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.

Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir. Bu istiqamətdə atılacaq addımların gələcəkdə müxtəlif sahələrdə, o cümlədən təhsil sistemində necə əks olunacağı maraq doğuran məsələlərdəndir. Xüsusilə ali təhsil müəssisələrində dərs cədvəllərinin daha çevik təşkil edilməsi, tədris prosesinin fərqli iş qrafiklərinə uyğunlaşdırılması və tələbələrlə müəllimlər üçün daha elastik təhsil modelinin formalaşdırılması məsələsi gündəmə gələ bilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Taleh Mirzəyev Cebhe.info-ya bildirib ki, hazırkı mərhələdə universitet olaraq müvafiq qaydaların təsdiq olunmasını və səlahiyyətli orqanlar, yəni mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həmin qaydalara uyğun tövsiyələrin verilməsini, eləcə də hansı iş modellərinin tətbiq olunacağına dair qərarların qüvvəyə minməsini və bu modellərin açıqlanmasını gözləyirlər.

Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli bildirib ki, hər il olduğu kimi bu dərs ilində də çevik iş vaxtı rejiminin tətbiqindən istifadə ediləcək. Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova bildirib ki, bu məsələ hələ müzakirə edilməyib.

Azərbaycan Texniki Universitetinə mətbuat katibi Sevinc İsgəndərova bildirib ki,AzTU-da dərslər saat 9:00-da başlayır. Dərs saatının dəyişdirilməsi müzakirə olunmur.

Universitetlərdə dərs saatlarının dəyişməsi labüddürmü?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: " Prezidentin Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı" dövlətin makroiqtisadi və sosial siyasətində keyfiyyətcə yeni bir mərhələnin başlandığını göstərir. Beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejimi modellərinin hüquqi və praktiki əsaslarının yaradılması təkcə korporativ sektoru deyil, insan kapitalının reproduksiyası ilə məşğul olan ən fundamental institutu – ali təhsil sistemini də dərindən transformasiya etmək zərurəti yaradır. Bu kontekstdə ali məktəblərdə dərs saatlarının dəyişdirilməsi məsələsinə sadəcə qrafik islahatı kimi deyil, təhsilin fəlsəfəsinin və təşkilati idarəetmə sosiologiyasının dəyişməsi prizmasından yanaşmaq lazımdır".

Fəlsəfə doktoru əlavə edib ki, akademik və administrativ idarəetmə nöqteyi-nəzərindən universitetlərdə dərs saatlarının mexaniki şəkildə dəyişdirilməsi mütləq və hər kəs üçün eyni olan, yəni unifikasiya edilmiş bir labüdlük deyil:"Lakin qrafiklərin diversifikasiyası və fərdiləşdirilməsi qaçılmaz bir prosesdir və bu şaxələndirilmənin bir neçə fundamental səbəbi vardır. Birincisi, "Ali təhsil haqqında" qanunvericiliyin prinsiplərinə görə, universitetlər publik hüquqi şəxs kimi öz daxili nizamnamələrini və tədris qrafiklərini müəyyən etməkdə müstəqildirlər. Məhz bu səbəbdən vahid və şaquli bir əmrlə bütün universitetlərdə dərslərin eyni vaxtda dəyişdirilməsi effektiv deyil və gözlənilmir. İkincisi, bu gün tələbəlik təkcə təhsil almaq mərhələsi deyil, çünki yuxarı kurs tələbələrinin böyük qismi əmək bazarına erkən inteqrasiya edir. Əgər dövlət əmək bazarında çevik iş rejimlərini qanuniləşdirirsə, ali təhsil sistemi bu bazara kadr hazırlayan bir struktur kimi öz qrafikini həmin işləyən tələbələrin və müəllimlərin zaman büdcəsinə uyğunlaşdırmağa məcburdur".

İlqar Orucova görə, mediada əks olunan universitet rəsmilərinin mövqelərindəki fərqlilik təhsil müəssisələrinin institusional hazırlığı və funksional profili ilə birbaşa bağlıdır:"Belə ki, özəl ali təhsil müəssisələri beynəlxalq kredit sistemini (Boloniya prosesi və ECTS) daha dinamik tətbiq edir. Onların təşkilati strukturu bürokratik ləngimələrdən uzaq olduğu üçün bazardakı və qanunvericilikdəki dəyişikliklərə çevik reaksiya verir. Əksinə, texniki və iqtisadi profilli universitetlərdə laboratoriya dərslərinin intensivliyi və tələbə sayının çoxluğu kütləvi qrafik dəyişikliyini mürəkkəbləşdirir. Məsələn, AzTU-nun "dərs saatının dəyişdirilməsi müzakirə olunmur" açıqlaması müəssisənin mövcud infrastruktur və auditoriya imkanlarının tam yüklənməsi ilə izah oluna bilər. ADPU isə dövlət müəssisəsi olaraq müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi çərçivəni tam formalaşdırmasını gözləyir ki, bu da klassik hüquqi idarəetmənin təbii elementidir. Bu baxımdan, 2026-2030-cu illər ərzində normativ aktlar qəbul edildikdən sonra universitetlərin keçə biləcəyi bir neçə fundamental model mümkün ola bilər. Məsələn, nəzəri mühazirələrin asinxron formatda təşkili, universitet binalarında isə yalnız praktiki seminar və laborator dərslərin keçirilməsi fiziki olaraq dərs saatının deyil, tədris məkanının dəyişməsi ilə nəticələnə bilər. Və yaxud dərslərin saat 09:00-da başlaması stereotipindən qaçaraq, günün pik saatlarını relyefli şəkildə bölmək variantı da mümkündür. Ölkəmizin bəzi universitetlərində tətbiq olunduğu kimi bakalavr pilləsi üçün səhər, magistratura və MBA proqramları üçün isə modul tipli axşam qrafiklərinin təşkil edilməsi formatı daha da genişlənə bilər. Üstəlik, Bakı kimi böyük meqapolisdə universitetlərin dərs qrafiki həm də urbanistik və logistik bir problemdir. Universitetlərin dərs başlama saatlarını daxili qərarlarla differensiasiya etməsi (məsələn, bəzilərində 08:30, bəzilərində 10:00) şəhərin nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azaldacaqdır ki, bu da müasir təhsil menecmentinin sosial məsuliyyət istiqamətidir".

Müsahibimiz yekun olaraq qeyd edib ki, universitetlərdə dərs saatlarının mexaniki şəkildə dəyişməsi birtərəfli bir məcburiyyət deyil, institusional zərurətdir:" Müasir idarəetmə metodologiyası tələb edir ki, ali məktəblər inzibati əmrləri gözləmədən öz daxili resurslarını, tələbə sosiologiyasını və rəqəmsal infrastrukturunu vaxtında təftiş etsinlər. Beynəlxalq təcrübə göstərir ki, əmək bazarında çevik iş rejiminə keçən cəmiyyətlərdə ali təhsil müəssisələri sabit zaman-məkan çərçivəsindən çıxaraq ömürboyu təhsil platformasına çevrilir. Azərbaycan ali təhsil sistemi də bu hüquqi-struktur islahatlara təhdid kimi deyil, təhsilin keyfiyyətini, inklüzivliyini və əlçatanlığını artıracaq qlobal trendlərə inteqrasiya imkanı kimi baxmalıdır".

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:21
"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Bu gün, 09:14
Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Bu gün, 08:29
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Neft bazarına HÖRMÜZ TƏSİRİ - aydınlıq yoxdur deyə...
Bu gün, 07:25
"İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." - partiya sədri
Bu gün, 07:20
XALQ ADAMI və ZƏMANƏ ADAMI... - replika
Bu gün, 07:09
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir - “Washington Post“
Bu gün, 06:47
AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? — “Qara otaqda olmayan qara pişiyi tapın” tələbi
Bu gün, 06:42
Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? - AKTUAL
Bu gün, 06:37
"Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı – 85 minlik vergi borcu var
Bu gün, 06:25
Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... - İTTİHAM VAR...
Bu gün, 06:23
Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” - GƏLİŞMƏ
Bu gün, 06:15
Bir uşaq bağçasından bu qədər yazılırsa... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:12
Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” - ÇAĞIRIŞ
Bu gün, 06:03
Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? - AKTUAL
Bu gün, 06:02
“Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” - ANIM
Bu gün, 05:59
"Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı - FOTO
Bu gün, 05:53
ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir - “The Guardian”
Bu gün, 05:51
“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…” – Sərkisyan
Dünən, 18:09
Hansı universitetlərdə təhsil haqqı azaldılıb? –Siyahıdakı adlar
Dünən, 17:31
“Ermənistan iqtisadi cəhətdən Azərbaycanın təsiri altına düşür” - “Past”
Dünən, 17:23
“Nizami” stansiyasının tuneli ləğv edilir - Mütəxəssis izah etdi
Dünən, 17:22
“Binəqədi-38” MMMC-nin fəaliyyətindən şikayətlər var - "Nazirliyə rəsmi müraciət etsək də..."
Dünən, 17:17
Azərbaycanda orta aylıq əməkhaqqı 60 qəpik azalıb - RƏQƏMLƏR
Dünən, 17:14
Xamenei ilə yeddi saatlıq görüş keçirdim - Pezeşkian
Dünən, 17:10
Məktəblərdə dərslər gec başlaya bilər – Yeni sistemə keçməyin vaxtıdır
Dünən, 17:07
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Dünən, 17:06
“Yığımcıl oldum, amma varlı olmadım”
Dünən, 17:04
Prokuror "Okean" restoranında tanışını bıçaqlayana CƏZA İSTƏDİ
Dünən, 16:59
60 milyon avro... - Azərbaycan bu məsələdə Rusiyanı əvəz edə bilərmi?
Dünən, 16:54
Yasəmənin ölümü yenidən araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:52
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik" - İTTİHAM VAR...
Dünən, 16:45
"‘Kasko’ nəyə lazımdır?" - ETİRAZ
Dünən, 16:36
Daşnakların “tələb”ləri varmış: Saqatelyan Bakıyla sülhə necə baxır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:31
“David Seliverstov”la deputatı nə birləşdirir? – Rafailovun təkzib edə bilmədiyi FAKTLAR
Dünən, 16:26
Mahmud Əhmədinejadın İLGİNC fotosu yayıldı
Dünən, 16:22
Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar? - Xaçaturyan
Dünən, 16:20
Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Dünən, 16:17
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
Dünən, 16:16
«Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? - ADLAR BƏLLİ...
Dünən, 16:10
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir - Şairin özü isə belə REAKSİYA VERDİ
Dünən, 15:59
Şıxov çimərliyində iki qadın dənizdə boğulub
Dünən, 15:53
ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? - ŞƏRH
Dünən, 15:50
Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? - Video
Dünən, 15:44
Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı -Azərbaycana TƏSİRLƏRİ
Dünən, 15:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru