Tibb elmləri namizədi, fizioloq Rəşid Mahmudov sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
“Yeni Sabah” xəbər verir ki, onun efirlərə çıxışına qadağa qoyulduğu iddia olunur.
Doğrudan da R.Mahmudov uzun müddətdir ki, nə onlayn mediaya, nə TV-radio proqramlara, nə də “YouTube” layihələrinə müsahibə verir. Hətta reklam çarxlarında da bu sima görünmür.
R.Mahmudovun gündəm yaratmış son müsahibəsində Elza Seyidcahanın ünvanına xoş olmayan sözlər deyilmişdi. O, Əməkdar artistdə “şizofreniya əlamətləri”nin olduğunu bildirmişdi. Bundan sonra tanınmış fizioloqun müğənni ilə ağız davasına çıxacağı gözlənilsə də, gözləntinin əksinə olaraq, cınqırı da çıxmadı.
Bəs, Rəşid Mahmudov haradadır?
“Yeni Sabah”a danışan fizoloqun sözlərinə görə, ona heç kəs efir qadağası qoymayıb:
“Kim qadağan edə bilər mənə bunu? Elə şey yoxdur. Hər gün gəlib çəkiliş edirlər. Siz bir yerdə işləyirsiniz, mən isə iki yerdə işləyirəm. Ona görə də efirlərdə çox görünmürəm. Hazırda da məzuniyyətdəyəm. Bir aydır ki, rayondayam. Hələ bir ay da qalacam. Kim yazırsa ki, mənə efirə çıxmağı və reklamlarda çəkilməyi qadağan edilər, qələt edirlər, başlarını daşa döyürlər”.
Xatırladaq ki, R.Mahmudov sonuncu dəfə 2025-ci ildə müsahibə verib.















