Keçən günlərdə “Neftqaztikinti” trestinin işçiləri adından "DİA-AZ"a daxil olan müraciəti təqdim etdik. Müraciətdə narazı fəhlələr sosial durumlarının ağır olmasından gileylənərək SOCAR Prezidenti Rövşən Nəcəfdəın konkret tələblərinin olduğunu da ifadə etmişdilər. Onlar “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevin yarıtmaz fəaliyyətini irəli sürərək onun yerinə daha səriştəli və bacarıqlı kadrın gətirilməsini istəmişdilər.
Qeyd edək ki, bu məlumatı paylaşdıqdan sonra iddia olunanlarla bağlı cavab vermək əvəzinə Qağaməli Seyfullayev fərqli davranmağa üstünlük verdi və bizə aid sosial şəbəkələrdə "Qağaməli Seyfullayev layiqli kadrdır" kimi fikirləri deyən trollarının rəy hücumlarını təşkil etdi. Bununla sanki reallıqdakı eybəcərliklər ört-basdır olunmuş oldu. Hər halda, SOCAR rəhbərliyi bütün baş verənlər barədə gerçək bilgilərə malikdir. Biz isə işçilərin hazırki durumlarını əks etdirən daha bir neçə giley dolu müraciətini təqdim edirik.
Saməddin Cəfərli adlı işçi yazır:
"Qağaməli Seyfullayev yaxşı, savadlı kadrdı... üzünü görə bilmirik. Çünki yaxınına düşə bilmirik. Deyilənə görə, savadlıdır. Mən 9 ildir ki, Trestdə işləyirəm, bir yenilik görmürəm...
Sadəcə Qağaməli Trestə gələndə təzə-təzə dərəcə imtahanı oldu. İndi isə vakant yerlər dondurulur. Amma yenə də kimlərsə nə yollarla alırlar. MirKazim trestin müdiri olan vaxt ən azından idarə müdirləri, digərləri onan çəkinirdi.
Seyfullayevdən deyəsən yox...
Təcizahat SIFIR... yoxdur! Kim ki deyirsə, vaxtlı-vaxtında verilir maaşlar.. bilin ki yalançının biridi. Əgər "SOCAR günü-gündən inkişaf edir", deyirlərsə, bilin ki ixtisaslı fəhlələr yox, SOCAR-ın şüşəli binasında kondisoner altında mühəndislərdir...
Fəhlələr ölüb... götürən yoxdur...."
***
Niyaməddin Suleymanov adlı işçi yazır:
"Neft Qaz Tikinti Tresti müvəqəti işçilərin bir qisimini 2 aydır ki, (170 nəfər işcini) FSC Energginer MMC şirkətinə transfer edib . Aldadıblar kı sizi işdən çıxartmırq... Amma siz ərizə yazın öz xahişinizlə çıxın... Bu şirkət sizi işə dəvət edəcək ... FSC Energinrr...
7 il işləyən işçiləri niyə daimi etmədilər? Niyə bir qisimini başqa şirkətə transfer etdilər? Niyə bir qismini saxladılar burda? Allah bilir nə maxinasyalar var..."
***
DAVAMI MÜTLƏQ OLACAQ...
















