Tramp İrandan danışıb: .....                     Dünyada ən çox istehsal olunan 40 qida məhsulu .....                     AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək .....                     Həbsdə olan Qaqik Çarukyanın şirkəti .....                     Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI .....                     Ermənistan dəmir yumruğu deyəsən unudub .....                     Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… .....                     7-8 kiloluq quzuları niyə kəsirlər? .....                     İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf .....                     Zərdabda əkin sahələrinin su təminatına .....                     Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? .....                     Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur .....                     9 milyon manatlıq tender bu şirkətə verildi .....                     Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... .....                     Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq .....                     Kəngərlidə camaat əkin-biçinə su tapmır... .....                     Ayanın "havalı" obrazları .....                     “O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” .....                     Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi .....                     Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi .....                     Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? .....                     MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır .....                     TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... .....                     Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin .....                     "Mərdəkanlı Amin"in qardaşı yenidən .....                     Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." .....                     Tələbələrin DƏRS saatı dəyişir? .....                     Dəməşq və Moskva arasındakı razılaşmanın detalları .....                     FHN Kəramət Böyükçölü niyə “yandırdı”? .....                     "Allah bilir nə oyun çevirirlər..." .....                     Suda boğulanlara QURU MÜNASİBƏT .....                     Neft bazarına HÖRMÜZ TƏSİRİ .....                     "İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." .....                     XALQ ADAMI və ZƏMANƏ ADAMI... .....                     Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir .....                     AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? .....                     Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? .....                 

Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? - AKTUAL
Tarix: Bu gün, 11:02 | Çap et

Son dövrlər sosial şəbəkələrdə vətəndaşların aldadılması, şəxsi məlumatlarının ələ keçirilməsi və sonradan şantaj olunması ilə bağlı ciddi narahatlıq doğuran yeni kiberdələduzluq sxemi yayılıb.

Müşahidə olunan hallar göstərir ki, bu üsul təsadüfi fərdi dələduzluqdan daha çox koordinasiyalı fəaliyyətə bənzəyir.

Əldə olunan məlumatlara görə, naməlum şəxslər əvvəlcə Facebook üzərindən saxta profillərlə vətəndaşlarla əlaqə yaradırlar. Onlar özlərini xüsusi xidmət orqanının nümayəndəsi, prokurorluq əməkdaşı və ya digər hüquq-mühafizə qurumlarının əməkdaşı kimi təqdim edərək qarşı tərəfdə etimad formalaşdırmağa çalışırlar. Dələduzlar söhbət zamanı guya hansısa araşdırma aparıldıqlarını, təhlükəsizlik məqsədilə əlaqə saxladıqlarını və ya rəsmi məlumat dəqiqləşdirməsi apardıqlarını bildirirlər. Bu bəhanələrlə vətəndaşın WhatsApp nömrəsini əldə etməyə çalışırlar. Maraqlıdır ki, nömrə əldə edildikdən sonra onlar dərhal aktiv fəaliyyət göstərmirlər. Əksər hallarda bir neçə gün ərzində əlaqə kəsilir. Bu isə qarşı tərəfdə şübhəni azaltmaq və əvvəlki yazışmanı unutdurmaq məqsədi daşıdığı ehtimal olunur. Bir müddət sonra isə xarici telefon nömrələri vasitəsilə WhatsApp-da yenidən əlaqə yaradılır. Bu dəfə tamamilə fərqli üslub seçilir. Vətəndaşa virtual tanışlıq, intim söhbət və ya görüntülü danışıq təklif olunur. Söhbət zamanı qarşı tərəf adətən özünü xaricdə yaşayan qadın kimi təqdim edir, əvvəlcədən hazırlanmış foto və videolardan istifadə edir və qarşı tərəfi görüntülü danışığa cəlb etməyə çalışır. Psixoloji manipulyasiya üsullarından istifadə olunaraq şəxsin rahat davranmasına nail olunmağa çalışılır. Vətəndaş görüntülü danışığa qoşulduqdan sonra danışıq gizli şəkildə qeydə alınır. Bəzi hallarda montaj olunmuş görüntülərdən də istifadə edildiyi bildirilir. Bundan dərhal sonra vəziyyət dəyişir. Şəxsə ard-arda hədə mesajları göndərilir:

“Sənin videon bizdədir, bunu ailənə göndərəcəyik, bütün dost siyahına yayacağıq, ödəniş etməsən, videonu yaxınlarına göndərəcəyik, Facebook və digər sosial şəbəkələrdə paylaşacağıq.”

Dələduzlar xüsusilə vətəndaşın ailə üzvlərini, həyat yoldaşını, qohumlarını və iş yoldaşlarını hədəf göstərərək onu psixoloji təzyiq altında saxlamağa çalışırlar. Bu sxem beynəlxalq aləmdə geniş yayılmış “sextortion” – yəni intim görüntülərlə şantaj cinayətinin əsas xüsusiyyətlərini daşıyır. Dələduzluq sxeminin əsas məqsədi vətəndaşlarda qorxu və psixoloji təzyiq yaradaraq onlardan pul əldə etməkdir.

Bu cür hallarda şəxslər əvvəlcə müxtəlif yollarla qarşı tərəfin etimadını qazanır, daha sonra isə əldə etdikləri şəxsi məlumat və görüntülərdən şantaj vasitəsi kimi istifadə edirlər. Belə hallarda vətəndaşlara intim xarakterli görüntülərin ailə üzvlərinə, yaxınlarına və tanışlarına göndəriləcəyi, yaxud sosial şəbəkələrdə yayımlanacağı bildirilərək pul tələb olunur. Şantajçılar əsasən zərərçəkənin ifşa olunmaq və yaxınları qarşısında çətin vəziyyətə düşmək qorxusundan istifadə edirlər. Sxemin müxtəlif ölkələrdən olan telefon nömrələri, çoxsaylı saxta sosial media hesabları, əvvəlcədən hazırlanmış foto və video materiallar və oxşar üsullarla həyata keçirilməsi bu fəaliyyətin fərdi xarakter daşımadığını və daha geniş, koordinasiyalı şəbəkə ilə əlaqəli ola biləcəyini göstərir.

Lakin konkret cinayətkar qrupun müəyyən edilməsi yalnız hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində mümkün ola bilər. Sosial şəbəkələrdə tanımadıqları şəxslərlə şəxsi məlumatlarını paylaşmamağı, özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən şəxslərin kimliyini rəsmi yollarla yoxlamağı və xarici nömrələrdən gələn şübhəli görüntülü zənglərə cavab verməməyi tövsiyə olunur. Eyni zamanda, intim xarakterli görüntülərlə bağlı şantaja məruz qalan şəxslərin təzyiqə boyun əyməməsi və pul ödəməməsi vacibdir. Belə hallarda yazışmalar, telefon nömrələri, səsli mesajlar, ekran görüntüləri və digər mümkün sübutlar saxlanılmalı, məsələ dərhal aidiyyəti hüquq-mühafizə orqanlarına bildirilməlidir.

Şantajçıların sas məqsəd vətəndaşı qorxu altında saxlamaq və onun zəif psixoloji vəziyyətindən istifadə etməklə maddi gəlir əldə etməkdir. Bu səbəbdən belə hallarla üzləşən şəxslərin panikaya düşməməsi, şantajçılarla əlaqəni dayandırması və hüquqi yardım üçün aidiyyəti qurumlara müraciət etməsi mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, sosial şəbəkələrdə adi tanışlıq və yazışma ilə başlayan prosesin sonradan şantaj və maddi tələbə çevrilməsi bir daha göstərir ki, rəqəmsal məkanda şəxsi məlumatların qorunması və tanımadığımız şəxslərlə ünsiyyətdə ehtiyatlı davranmaq olduqca vacibdir.

Gununsesi.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - SİYAHI
Bu gün, 12:06
AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək - MAŞALLAH, ƏLLƏRİNDƏN HƏR İŞ GƏLİR...
Bu gün, 12:04
Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib
Bu gün, 12:01
Dilarə Kazımovanın “Canavar” taxtının SİRRİ AÇILDI - FOTO
Bu gün, 11:54
Ermənistan dəmir yumruğu deyəsən unudub - Separatçılar özlərinə “rəhbər” seçirlər...
Bu gün, 11:43
Hüquqşünasdan XƏBƏRDARLIQ: Rusiyaya getməyin… - "Ora çatarkən hava limanında..."
Bu gün, 11:34
7-8 kiloluq quzuları niyə kəsirlər? - Oliqarx məmurlar və mübahisəli AÇIQLAMA
Bu gün, 11:29
İrandan Azərbaycanla bağlı gözlənilməz etiraf – Nələr gözlənilir?
Bu gün, 11:11
Zərdabda əkin sahələrinin su təminatına 9.3 milyon manat xərclənəcək
Bu gün, 11:07
Facebook və WhatsApp-da yeni şantaj dalğası: vətəndaşlar necə aldadılır? - AKTUAL
Bu gün, 11:02
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib - DETALLAR
Bu gün, 10:59
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqəsindən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur - BU DA FAKT!
Bu gün, 10:54
9 milyon manatlıq tender bu şirkətə verildi
Bu gün, 10:52
Rəşid Mahmudova efir qadağası qoyulub, yoxsa... - "Siz bir yerdə işləyirsiniz..."
Bu gün, 10:43
Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq - GƏRGİNLİK
Bu gün, 10:41
Kəngərlidə camaat əkin-biçinə su tapmır... - GİLEY
Bu gün, 10:37
Ayanın "havalı" obrazları - Fotolar
Bu gün, 10:20
“O illərdə telefon nömrəmi heç kim bilmirdi, bu gün bekaram, indi məni axtarıb tapmağa nə var ki?” - Akif İslamzadə
Bu gün, 10:04
Bakıda sevgilisini ov tüfəngi ilə vuraraq öldürmək istədi - MƏHKƏMƏ
Bu gün, 09:58
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi - "...vədlər verirlər"
Bu gün, 09:54
Qonşu köməyi: Pezeşkianın Azərbaycana təşəkkürünün arxasında nə dayanır? - Görünəni odur ki...
Bu gün, 09:49
MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır - DETALLAR
Bu gün, 09:47
TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ... - BU NƏDİ BELƏ?
Bu gün, 09:43
Mərmər-qranit biznesi ilə məşğul olan Azərbaycan şirkətinin mənfəəti bölüşdürüləcək
Bu gün, 09:40
"Mərdəkanlı Amin"in qardaşı yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 09:38
Azərbaycanda ən bahalı ixtisaslar açıqlanıb - SİYAHI
Bu gün, 09:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:21
"Mən hətta maaşımın 1/4 hissəsini Sizə və ailənizə hədiyyə etməyə hazıram..." - "Azəriqaz" şefinə işçisindən AÇIQ MƏKTUB
Bu gün, 09:14
Tələbələrin DƏRS saatı dəyişir? – Bakıda YENİ hazırlıq
Bu gün, 08:29
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları - TƏFƏRRÜAT
Bu gün, 07:59
FHN Kəramət Böyükçölü niyə “yandırdı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:57
"Allah bilir nə oyun çevirirlər..." - ETİRAZ VAR!
Bu gün, 07:49
Suda boğulanlara QURU MÜNASİBƏT - AXI NİYƏ?..
Bu gün, 07:35
Neft bazarına HÖRMÜZ TƏSİRİ - aydınlıq yoxdur deyə...
Bu gün, 07:25
"İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik." - partiya sədri
Bu gün, 07:20
XALQ ADAMI və ZƏMANƏ ADAMI... - replika
Bu gün, 07:09
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir - “Washington Post“
Bu gün, 06:47
AHİK-in elektron yollayış sistemi əlilləri və veteranları hüquqlarından məhrum edir? — “Qara otaqda olmayan qara pişiyi tapın” tələbi
Bu gün, 06:42
Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını kim və niyə istəmir? - AKTUAL
Bu gün, 06:37
"Online Tikinti Bazarı" fəaliyyətini dayandırdı – 85 minlik vergi borcu var
Bu gün, 06:25
Başdan-başa korrupsiyalaşmış GÖYGÖL... - İTTİHAM VAR...
Bu gün, 06:23
Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar” - GƏLİŞMƏ
Bu gün, 06:15
Bir uşaq bağçasından bu qədər yazılırsa... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:12
Ermənistan 70 min GPU ilə süni intellektə sıçrayır: “Azərbaycan ləngiyir” - ÇAĞIRIŞ
Bu gün, 06:03
Nazirliyin dediyi 10 min manatlıq işə işçi tapılmır? - AKTUAL
Bu gün, 06:02
“Özü xəstəxanaya getdi, qəfil öldü, vəsiyyət də edə bilmədi; qəbrinə getməmişəm...” - ANIM
Bu gün, 05:59
"Azurit Group" MMC-nin 3,7 milyonluq borcu üzə çıxdı - FOTO
Bu gün, 05:53
ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir - “The Guardian”
Bu gün, 05:51
“Şah İsmayıl İran hökmdarı kimi təqdim edilməlidir..” – İran səfirindən xalq artistinə İLGİNC TƏKLİF
Dünən, 18:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru