"Online Tikinti Bazarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti rəsmən dayandırılıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, vergi orqanı tərəfindən statusu passivləşdirilib. Şirkətin dövlət büdcəsinə 85 min 17 manat 52 qəpik vergi borcu qalıb.
Nizamnamə kapitalı 100 AZN olan MMC Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 10, mənzil 34 ünvanında hüquqi qeydiyyatda olub. Şirkətin qanuni təmsilçisi isə Müşfiq Ənvər oğlu Məstanovdur.
















