ADSEA tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ (VÖEN: 1300300711) Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tenderi yekunlaşdırıb.
"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Hovers Group” MMC (VÖEN: 1501843641) olub. Tərəflər arasında 9 milyon 287 min manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, qalib şirkət 2011-ci ildə yaradılıb. Nizamnamə kapitalı 345 min 720 manat olan şirkətin qanuni təmsilçisi Zaynalov İlqar Adgözəl oğludur.















