Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər .....                     Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı .....                     Vardaynanın arvadı Bakıya gəlmək istəyir .....                     “O, mənim evimi yıxıb, oğlumu öldürüb...” .....                     İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir .....                     Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl .....                     "Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi .....                     Qarabağ ərazisinə düşən ABŞ kəşfiyyat təyyarəsindəki 9 nəfər .....                     "Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..." .....                     “Paşinyan Rusiyadan gələn təhlükəni dərk edir” .....                     Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxslə bağlı qərar verildi .....                     “Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı .....                     Reklam bazarını kimlər “öldürür”? .....                     Bakıdakı “yəhudi”nin qurbanları .....                     Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb .....                     90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs .....                     Müctəba Xamenei ölüb .....                     YAP-da qadın sədrlərin sayı açıqlanıb .....                     Məktəb qarşısında tanışını bıçaqlanan şəxs məhkəmə zalında .....                     "Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..." .....                     FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə .....                     Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı .....                     Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi .....                     Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi .....                     Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı .....                     Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB .....                     “Belə valideynin xoşbəxt övladı olur” .....                     Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi .....                     Azərbaycanda şirkətlər ayrıldı .....                     Polis kapitanı çayda boğulub .....                     Əməkdar artistdən kobud qayda pozuntusu: yolu kəsib mahnı oxudu .....                     "Güclü sənətin qarşısını heç kim kəsə bilməz" .....                     “Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” .....                     "Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu" .....                     Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir .....                     Vaşinqtondan başlanan sülh prosesi .....                     Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə .....                     Götürək Gürcüstan cəmiyyətini... .....                     "Evdə uşaq ac qalmalıdır?" .....                     “VƏ”dən əvvəl gələn Azərbaycan .....                 

İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Tarix: Bu gün, 12:09 | Çap et

Ermənistanın son dövrlərdə xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər Rusiyanın səbrini getdikcə daha çox sınağa çəkir. İrəvanın Moskva ilə ənənəvi əlaqələrdən uzaqlaşaraq Qərblə siyasi və təhlükəsizlik əməkdaşlığını genişləndirməsi Kreml dairələrində ciddi narahatlıq doğurur. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son açıqlaması isə bu narahatlığın artıq açıq təhdid və xəbərdarlıq ritorikasına çevrildiyini göstərir. Medvedyev Ermənistanın apardığı siyasətin və Qərbin İrəvandakı fəaliyyətinin ölkəni Gürcüstanın aqibəti ilə üz-üzə qoya biləcəyini bildirib.

Bu açıqlama sadəcə Moskvanın növbəti siyasi bəyanatıdır, yoxsa Kreml Ermənistanın Qərbə inteqrasiya kursuna qarşı daha sərt addımların siqnalını verir?

Gürcüstan nümunəsinin xatırladılması isə xüsusilə diqqətçəkəndir. Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın Cənubi Qafqazdakı əsas xəttə çevrildiyi bir vaxtda Ermənistanın da eyni qarşıdurmanın mərkəzinə çəkilməsi region üçün yeni risklər yarada bilər.

İrəvan Moskva ilə münasibətləri nə qədər sürətlə soyuda və bunun qarşılığında hansı siyasi, iqtisadi və təhlükəsizlik nəticələri ilə üzləşə bilər? Medvedyevin mesajı Ermənistan hakimiyyətinə real xəbərdarlıqdır, yoxsa Moskvanın İrəvan üzərində siyasi təzyiq alətlərindən biridir? Gürcüstan ssenarisinin Ermənistanda təkrarlanması realdırmı?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında Dmitri Medvedyevin Ermənistanla bağlı son açıqlamasına növbəti sərt bəyanat kimi yanaşmadığını qeyd edib:

“Burada söhbət təkcə Ermənistanın Qərblə yaxınlaşmasından getmir. Əslində, Moskva ilə İrəvan arasında illər ərzində formalaşmış geosiyasi modelin dağılmasından gedir. Medvedyevin “Gürcüstan ssenarisi” ifadəsini xatırlatması postsovet məkanında sadəcə coğrafi müqayisə deyil. Rusiyanın siyasi leksikonunda bu, Qərbə inteqrasiya cəhdinin qarşılığında mümkün siyasi, iqtisadi və təhlükəsizlik itkilərinə dair xəbərdarlıqdır. Lakin Ermənistanın Gürcüstanın 2008-ci ildə yaşadığı hadisələri eyni formada təkrarlayacağını söyləmək üçün bu gün kifayət qədər əsas yoxdur. Ölkələrin geosiyasi vəziyyəti, təhlükəsizlik arxitekturası və regional münasibətləri fərqlidir. Ona görə də Medvedyevin sözlərini “Ermənistanda mütləq müharibə olacaq” kimi oxumaq siyasi analiz yox, siyasi spekulyasiya olar. Məncə, Medvedyevin mesajının əsas hədəfi də məhz hərbi əməliyyatın elan edilməsi ilə bağlı deyil. Bu, daha çox İrəvana verilən siyasi siqnaldır ki, “Qərbə doğru getdiyiniz yolun Moskva tərəfindən cavabsız qalacağını düşünməyin”.

Onu da unutmaq olmaz ki, İrəvan həqiqətən də Rusiya ilə əvvəlki münasibətlər sistemindən uzaqlaşır, amma hələ tamamilə yeni təhlükəsizlik sistemi də formalaşdıra bilməyib. Bu fərq çox vacibdir. Ermənistan KTMT-də iştirakını faktiki dondurub, Qərblə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirir, Avropa İttifaqı ilə inteqrasiya perspektivini müzakirə edir. 2026-cı ildə Aİ ilə təhlükəsizlik və müdafiə məsləhətləşmələri davam edib, Ermənistanda Aİ-nin ikinci mülki missiyası da fəaliyyətə başlayıb. Lakin bütün bunlar NATO-nun 5-ci maddəsi kimi kollektiv hərbi müdafiə zəmanəti demək deyil. Yəni Ermənistan köhnə təhlükəsizlik sistemindən çıxmağa çalışır, amma yeni təhlükəsizlik sisteminin içində də deyil. Bu da Ermənistan üçün riskdir. Çünki geosiyasətdə ən təhlükəli vəziyyət bəzən seçim etmək yox, iki sistem arasında qalmaqdır. İrəvanın qarşısında isə indi məhz belə bir mənzərə yaranıb. Bir tərəfdə Rusiya var. Ermənistanın Rusiya ilə iqtisadi, enerji və institusional əlaqələri hələ kifayət qədər güclüdür. Ermənistan Avrasiya İqtisadi Birliyinin və Moskva artıq açıq şəkildə bildirir ki, Avropa İttifaqına inteqrasiya ilə Rusiya liderliyindəki iqtisadi birlikdə üzvlüyün uzunmüddətli perspektivdə bir-biri ilə ziddiyyət təşkil etməsi qaçılmazdır. Digər tərəfdə isə Avropa İttifaqı var. Brüssel Ermənistanın suverenliyini, dayanıqlılığını və islahatlarını dəstəkləyir, təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir. Lakin bu dəstək hələ Ermənistan üçün Rusiyanın verdiyi və ya əvvəllər verdiyi təhlükəsizlik mexanizmlərinin tam alternativi deyil. Rusiya Cənubi Qafqazda təsir imkanlarının tədricən azalmasını görür və Ermənistanın Qərbə inteqrasiyasını bu prosesin mühüm hissəsi kimi qiymətləndirir. Buna görə də Moskvanın reaksiyası getdikcə daha açıq və sərt siyasi ritorikaya çevrilir”.

Siyasi təhlilçi onu da diqqətə çatdırıb ki, Medvedyevin bu açıqlaması ilk siyasi mesaj deyil:

“Son aylarda Rusiya rəhbərliyindən Ermənistanın EAEU ilə Aİ arasında seçim etməli olacağına dair mesajlar bir neçə dəfə səslənib. Moskva artıq Ermənistanın Avropa kursunu yalnız siyasi məsələ kimi deyil, iqtisadi və institusional seçim kimi də təqdim edir. Bu isə İrəvan üçün çox ciddi dilemma yaradır. Çünki Ermənistan Rusiyadan uzaqlaşmaq istəyirsə, bunu yalnız siyasi bəyanatlarla edə bilməz. Bunun üçün enerji, ticarət, nəqliyyat, təhlükəsizlik, investisiya və əmək bazarı üzrə alternativlər yaratmalıdır. Əks halda bir asılılıqdan çıxarkən digər asılılığın içinə düşə bilər. Çünki müstəqil xarici siyasət yalnız “Rusiya ilə yox” demək deyil. Bu baxımdan Ermənistanın hazırkı siyasəti daha çox təhlükəsizlik və xarici siyasət imkanlarını diversifikasiya etmək cəhdidir. Ancaq bu proses nə qədər sürətlə aparılarsa, Moskvanın müqaviməti də bir o qədər sərtləşəcək. Gürcüstan nümunəsi məhz bu amillər üzərindən gündəmə gətirilir. Lakin xatırlamaq lazımdır ki, 2008-ci ildən sonra Gürcüstan Qərbin dəstəyindən tamamilə məhrum olmadı. NATO bu gün də Gürcüstanın ərazi bütövlüyünü və onun xarici siyasət kursunu seçmək hüququnu dəstəklədiyini bildirir. Ona görə Medvedyevin “Gürcüstan ssenarisi” tezisini Moskvanın Gürcüstan hadisələrinə verdiyi siyasi interpretasiya və Ermənistan üçün istifadə etdiyi xəbərdarlıq modeli kimi qəbul etmək daha doğru yanaşma olar. Rusiya Ermənistanı bu kursdan döndərmək üçün hansı addımlar ata bilər? Düşünürəm ki, ilk mərhələdə hərbi alət kimi istifadə olunmayacaq. Daha çox iqtisadi təzyiq, ticarət məhdudiyyətləri, enerji məsələləri, EAEU mexanizmləri, siyasi-diplomatik təzyiq və informasiya müstəvisində qarşıdurmanın gücləndirilməsi daha real ssenarilərdir. Rusiyanın özü üçün də Ermənistanla münasibətlərin tamamilə qopması arzuolunan deyil. Çünki bu halda Moskva Cənubi Qafqazda mühüm strateji mövqelərindən birini itirə bilər. Ona görə hesab edirəm ki, Kremlin əsas məqsədi hazırda Ermənistanı dərhal “cəzalandırmaqdan” daha çox, onun Qərbə doğru hərəkətinin sərhədlərini müəyyənləşdirməkdir və İrəvana mesaj daha çox belədir: “Qərbə yaxınlaşa bilərsiniz, amma Rusiyanın geosiyasi maraqlarını nəzərə almadan bu yolu davam etdirə bilməzsiniz”.

Ermənistan isə artıq tək bir güc mərkəzindən asılı olmaq istəmir. Cənubi Qafqaz üçün təhlükə də məhz bu kəsişmə nöqtəsində yaranır. Çünki Ermənistanın Qərbə yaxınlaşması avtomatik olaraq Rusiya ilə müharibə olmasa da, Moskvanın bu prosesi öz regional təsirinin itirilməsi kimi qəbul etməsi qarşıdurma riskini artırır. Təbii ki, bu, müharibə xəbərdarlığı deyil. Lakin ciddi siyasi xəbərdarlıqdır. Gedən proseslər fonunda sual yaranır ki, Ermənistan öz təhlükəsizliyini və iqtisadi dayanıqlığını bir güc mərkəzindən digərinə bağlamadan, həqiqətən müstəqil və çoxşaxəli dövlət siyasəti qura biləcəkmi? Qura bilməsə, Ermənistan iki güc mərkəzinin rəqabət meydanına çevriləcək. İndiki halda Cənubi Qafqazın belə bir qarşıdurmaya ehtiyacı yoxdur”.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər - SİYAHI
Bu gün, 13:17
Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı - VİDEO
Bu gün, 13:04
Vardaynanın arvadı Bakıya gəlmək istəyir - AÇIQLAMA
Bu gün, 13:02
“O, mənim evimi yıxıb, oğlumu öldürüb...” – Şəkidəki faciə ilə bağlı nazirə müraciət
Bu gün, 13:00
İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Bu gün, 12:09
Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl - İNCƏLƏMƏ
Bu gün, 12:05
"Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi
Bu gün, 12:00
Qarabağ ərazisinə düşən ABŞ kəşfiyyat təyyarəsindəki 9 nəfər NECƏ SAĞ QALDI?
Bu gün, 11:58
"Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..." - Ermənistanın ABŞ-dakı səfiri deyir ki...
Bu gün, 11:55
“Paşinyan Rusiyadan gələn təhlükəni dərk edir” - ŞƏRH
Bu gün, 11:47
Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:45
“Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı – Foto
Bu gün, 11:43
Reklam bazarını kimlər “öldürür”? – Zəif medianın ölkə üçün təhlükəsi…
Bu gün, 11:39
Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
Bu gün, 11:36
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb
Bu gün, 11:30
90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs AZADLIĞA BURAXILDI
Bu gün, 11:29
Müctəba Xamenei ölüb - Lisak
Bu gün, 11:28
YAP-da qadın sədrlərin sayı açıqlanıb
Bu gün, 11:26
Məktəb qarşısında tanışını bıçaqlanan şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 11:24
"Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..." - BURASI NAXÇIVANDIR!
Bu gün, 11:17
FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə 5,2 manat milyon xərcləyəcək
Bu gün, 11:09
Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı QƏRAR
Bu gün, 11:08
Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi - DETALLAR
Bu gün, 11:07
Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi - BAĞLANIR
Bu gün, 11:06
Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı – HÖKM
Bu gün, 11:05
Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB - TƏFƏRRÜAT
Bu gün, 11:04
“Belə valideynin xoşbəxt övladı olur” – Aygün Kazımovanın uşaqlarla maraqlı anları
Bu gün, 11:03
Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi
Bu gün, 11:02
Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI
Bu gün, 11:01
Polis kapitanı çayda boğulub - FOTO
Bu gün, 10:58
Əməkdar artistdən kobud qayda pozuntusu: yolu kəsib mahnı oxudu - VİDEO
Bu gün, 10:56
"Güclü sənətin qarşısını heç kim kəsə bilməz"
Bu gün, 10:55
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” – Qaluzin deyir ki...
Bu gün, 10:21
"Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu"
Bu gün, 10:13
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir - "İnterfaks-Qazaxıstan"
Bu gün, 10:09
Vaşinqtondan başlanan sülh prosesi - MƏQALƏ
Bu gün, 09:02
Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Götürək Gürcüstan cəmiyyətini... - Fazil Mustafa yazır...
Bu gün, 08:57
"Evdə uşaq ac qalmalıdır?" - "Kapital bank" a "DUR" deyən olacaqmı?
Bu gün, 08:50
“VƏ”dən əvvəl gələn Azərbaycan - Elçin Mirzəbəyli yazır...
Bu gün, 08:40
Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz - Vuçiç
Bu gün, 08:30
Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə – Regionda proseslər sürətləndi
Bu gün, 08:29
Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... - "Az qala hər ay maaşlar aşağı düşür..."
Bu gün, 08:25
Tarix məhkəmə zalı deyil... - REPLİKA
Bu gün, 08:04
"Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58
2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51
"Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39
" Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34
4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29
Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru