Yeni Azərbaycan Partiyasının (YAP) ölkə üzrə fəaliyyət göstərən 84 rayon və şəhər təşkilatından yalnız 6-sına qadın sədr rəhbərlik edir.
Gununsesi.info-nun məlumatına görə, hazırda qadın sədrlərin rəhbərlik etdiyi təşkilatlar Bərdə, Quba, Füzuli, Ucar, Sədərək və Kəngərli rayon təşkilatlarıdır.
Həmin təşkilatlara Bərdədə Fəqət Şadlinskaya, Qubada Fidan Hüseynova, Füzulidə Nazimə Şamıyeva, Ucarda Şəhla Abdullayeva, Sədərəkdə Vüsalə Əliyeva, Kəngərlidə isə Sevda Quliyeva rəhbərlik edir.
Beləliklə, YAP-ın 84 rayon və şəhər təşkilatının təxminən 7,1 faizinə qadınlar rəhbərlik edir. Qalan 78 təşkilatın sədrliyini isə kişilər həyata keçirir.













