"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                     Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL .....                     "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                     İflas edən "Rahat Lizinq" borclarını ödəməyib .....                     Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək .....                     Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... .....                     Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? .....                     Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? .....                     Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... .....                     Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... .....                     Fazil Mustafa deyir, görüşdən qaçmayıb .....                     DGK aparat rəhbəri QANUNLARI BİLMİR? .....                     Kartla ödəniş etmək mümkün deyil .....                     Bərdənin baş həkimi haqda şok iddialar .....                 

Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Tarix: Bu gün, 10:47 | Çap et

Sabah – avqustun 8-də Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin tarixi sənədləri imzalamasının bir ili tamamlanacaq. Söhbət tərəflər arasında paraflanan sülh müqaviləsindən və Zəngəzur dəhlizi (“TRIPP marşrutu”) haqda anlaşmanın da əks olunduğu Birgə Bəyannamədən gedir. Hansı Bəyannamə ki, Ermənistan hökuməti üzərinə konkret öhdəliklər qoyub, o cümlədən ölkə konstitusiyasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmaqla bağlı.

Maraqlıdır, məhz bu ərəfədə məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 15-dən Zəngəzur layihəsi ilə bağlı çərçivə sazişində nəzərdə tutulan öhdəliklərin ölkə konstitusiyasına uyğunluğu məsələsinə baxmağa başlayacaq. Məhkəmə prosesi yazılı qaydada keçiriləcək. İş üzrə məruzəçi Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Edqar Şatiryan təyin edilib. Qurum Zəngəzur layihəsi üzrə çərçivə sazişində Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ölkənin əsas qanununa uyğun olub-olmadığını araşdıracaq.

Sual yaranır: niyə indi? Ümumiyyətlə, ötən ilin əsas nəticəsi, yekunu nədən ibarətdir?

Gerçək belədir ki, bu müddətdə nə sülh müqaviləsini imzalamaq mümkün olub, nə də Paşinyan hökuməti dəhlizin öz ərazindən keçəcək hissəsində daşı-daş üstdə qoyub. Bəzi siyasi müşahidəçilərə görə, erməni tərəfi əslində, siyasi manipulyasiyalarla məşğuldur və vaxt udmağa çalışır. Belədirmi?

Ümumiyyətlə, prezident İlham Əliyevin uzaqgörən siyasətinin regiona gətirdiyi yeni reallıqdır ki, bölgədə de-fakto sülh yaranıb. Sülh müqaviləsinin 5 prinsipi Azərbaycan tərəfindən müəyyən edilib. Sülh təşəbbüsü və onun məzmunu da Azərbaycana məxsusdur. Təbii ki, bu prosesdə ABŞ prezidenti Trampın vasitəçiliyi və rolu xüsusi vurğulanmalıdır.

Hüquqşünas, siyasi analitik Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, ötən bir il müddətinə Ermənistanın Baş naziri Nikol Paşinyan və yüksək çinli başqa erməni rəhbərləri beynəlxalq tribunalarda sülhə hazır olduqlarını, regionda sabitliyin, kommunikasiyaların açılmasının, qonşularla münasibətlərin normallaşmasın vacibliyini dəfələrlə sözdə bəyan etsələr də, bunlara nail olmaq üçün əsas maneəni aradan qaldırmaq istiqamətində konkret praktiki addım atmayıblar. Onun sözlərinə görə, sülhə vaxtaşırı verilən bəyanatlarla deyil, qəbul edilən konkret qərarlarla nail olmaq mümkündür: “Lakin bugünkü reallıq onu göstərir ki, problem sülh müqaviləsinin mətnində deyil, sülh prosesini başa çatdırmaq üçün Ermənistan hakimiyyətinin siyasi iradəsinin yetərincə olmamasındadır.

Məlumdur ki, paraflanmış sülh müqaviləsinin imzalanmasına yeganə maneə Ermənistan konstitusiyasıdır, bu konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı qarşı ərazi iddialarına hüquüqi əsas yaradan müddəalardır. Ona görə də Azərbaycan həmin müddəaların Ermənistan konstitusiyasından çıxarılmasını sülh müqaviləsinin imzalanmasının yeganə şərti kimi irəli sürüb və bu məsələdə mövqeyinin dəyişilməz olduğunu dəfələrlə aşıq şəkildə bildirib. Ermənistan rəhbərliyi də 2025-ci il 8 avqust tarixli Vaşinqton Bəyannaməsi ilə sülh meüqaviləsinin imzalanmasına msne olan bütün halların tezliklə aradan qaldırılması, o cümlədən Konstitusiyadakan ərazi iddiaları haqqında müddəaların çıxarılmasını öz üzərinə beynəlxalq xarakterli öhdəlik kimi götürüb. Lakin hadisələrin gedişi göstərir ki, Ermənistan rəhbərliyi konstitusiya dəyişikliyinin vacibliyini qəbul etsə də, bu dəyişikliklərin həyata keçirilməsi proseduruna praktiki başlamağa tələsmir və ümumiyyətlə bu işə hələ hazır deyil”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, Ermənistan rəhbərliyi keçən ilin sonlarında yeni konstitusiya layihəsinin bu ilin martında ictimai müzakirəyə təqdim olunacağını bildirsə də, deyilən vaxtda layihə müzakirəyə təqdim olunmadı və məsələ bu ilin sonlarına saxlanıldı: “Ermənistan rəhbərliyinin bu tərəddüdü və prosesi uzatm ası müxtəlif səbəblərdən qaynaqlanır. Əsas səbəb daxili siyasi vəziyyətlə bağlıdır. Son parlament seçkiləri göstərdi ki, Ermənistan cəmiyyətində və siyasi cameəsində sülhü qəbul etmək istəməyən revanşist qüvvələr hələ kifayət qədər nüfuza malikdir və sülh prosesinə mane ola bilər. Paşinyan hakimiyyətinin tərəfdarları parlamentdə nisbi çoxluğa malikdirlər, yeni hökumət təşkil olunsa da konstitusiyanın qəbuluna dair referendum təyin etmək üçün tələb olunan mütləq səs çoxluğuna malik deyil. Paşinyan hökuməti revanşist qüvvələrin təzyiqini və cəmiyyətin həmin qüvvələri müdafiə edən kəsimini nəzərə almağa məcburdur”.

Analitikin fikrincə, ikinci səbəb xarici amillərlə bağlıdır. “Ermənistan hələ də böyük güclər arasında manevr siyasətini davam etdirir və regionda formalaşmış geosiyasi vəziyyətin dəyişəcəyinə ümid edən dairələr hakimiyyət daxilində də mövcuddur. Ermənistan bir sıra sahələrdə Rusayadan asılılığı və Rusiyanın Ermənistan hakimiyyətinə təzyiqləri, habelə Zəngəzur dəhlizinə qarşı çıxan İranın təzyiqləri birmənalı qəti qərarların qəbulunu çətinləşdirir və vaxtın uzadılmasına gətirib çıxarır. Vaxtın uzadılması da cəmiyyətin məlim kəsimində, revanşist müxalif siyasi qüvvələrdə və hakimiyyət daxilindəki bəzi qüvvələrdə belə bir ümid yaranır ki, beynəlxalq şərait dəyişdikcə Azərbaycan üzərində əlavə diplomatik təzyiq formalaşdırmaq və konstitusiya dəyişikliyi etmədən sülh müqaviləsini imzalamaq mümkün olar. Bu baxımdan sülh prosesini uzadaraq bir növ vaxt qazanmaq Ermənistan diplomatiyasının əsas taktikasına çevrilmiş kimi görünür”,_ deyə Əlibəyli vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, sülh sazişinin imzalanmasının uzanması ilk növbədə Ermənistanın özünün iqtisadi maraqlarına zərbə vurur: “Regional kommunikasiyaların açılması gecikir, investorlar gözləmə mövqeyi tutur, Güney Qafqaz isə hələ də risk zonası kimi qəbul edilir. Azərbaycan isə bu müddətdə prinsipial mövqeyini dəyişməyib. Bakı dəfələrlə bəyan edib ki, sülh sənədinin imzalanmasına hazırdır. Lakin eyni zamanda bildirir ki, sülhün qalıcı olması üçün gələcəkdə yeni ərazi iddiaları üçün əsas ola bilən, mümkün hüquqi mübahisələr yarada bilən boşluqlar qabaqcadan aradan qaldırılmalıdır. Bu yanaşma beynəlxalq hüquq baxımından başadüşüləndir. Çünki sülh sazişi Paşinyan hakimiyyəti ilə deyil, Ermənistan dövləti ilə bağlanır, yalnız bu günü deyil, gələcək onillikləri də tənzimləməlidir; buna görə də müqavilə mövcud hakimiyyətlə bağlansa da bütövlükdə Ermənistan dövləti və cəmiyyəti tərəfindən qəbul edilməlidir”.

Q.Əlibəyli əlavə edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması və sülhün qalıcı olması üçün zəruri olan hər şeyi edib: “Lakin bununla belə Ermənistanın tərəddüdlərinə son qoymaq, müqavilənin imzalanması prosesini sürətləndirmək üçün Ermənistana beynəlxalq diplomatik və ictimai təzyiqləri artırmaq olar. Bu mənada beynəlxalq diplomatiya və informasiya məkanında sülhün gecikməsinin haradan qaynaqlandığını daha fəal şəkildə gündəmdə saxlamaq, hüquqi arqumentlərini daha sistemli təqdim etmək, Ermənistanın hansı öhdəlikləri yerinə yetirmədiyini faktlarla müntəzə şəkildə izah etmək üçün əlavə tədbirlər görmək olar. Beynəlxalq diplomatiyada və informasiya məkanında haqlı olmaq vacibdir, amma haqlı olduğunu dünya ictimaiyyətinə qəbul etdirmək daha vacibdir”.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru