“Bəzən yaxşılıq etdiyin insanlardan elə pislik görürsən ki, yaxşı iş görməyə də qorxursan”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova öz verilişində deyib.
O, yaxşılıq etdiyi bəzi həmkarlarından gördüyü pisliklərdən danışaraq təəssüflənib:
“Bəzən başqa işin olur, bilirsən hansı həmkarının ehtiyacı var, öz yerinə onu göndərirsən. Təbii ki, həmin vaxt məbləğ dəyişir. Bir dəfə olur, iki dəfə olur, hətta buna görə sənə zəng vurub təşəkkür də edir. Amma bir neçəsində də o, sənin adını o yerlərdən çıxarır. Ya deyir, Zümrüd şəhərdə yoxdur, ya da deyir, Zümrüdə zəng çatmır. Düzdür, biz bunu sonradan eşidib bilirik, amma onsuz da Allah hər şeyi görür. Sən yaxşılıq edirsən, əvəzində isə yamanlıq görürsən. Buna görə də bəzən qorxursan o işləri görməyə də…”












