Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanması və "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə razılaşmaların mövcudluğu Birləşmiş Ştatlara Bakı və İrəvanla münasibətləri yenidən başlatmağa imkan verdi.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun "CIVILNET"ə müsahibəsində bildirib.
"ABŞ bu məqamdan (2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit - red.) həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli münasibətlərimizi yenidən başlatmaq üçün istifadə etdi", - müşavir bildirib.












