
"Vətəndaşlara heç bir xəbərdarlıq etmədən 65 nömrəli avtobusun hərəkət istiqaməti dəyişdirilib. "Azneft" dairəsində onlarla vətəndaş boşuna avtobus gözləyir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ictimai fəal Elyar İslamoğlu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yarıtmaz fəaliyyətinə etiraz bildirən açıqlamasında qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Niyə vətəndaşları dəyişiklik barədə əvvəlcədən məlumatlandırmırsınız?
Nə zamana kimi özbaşınalıq, laqeydlik edəcəksiniz?
Orada Formula 1 üçün qurulan tribunaları bəhanə edəcəksinizsə, 10, 18, 6, 53 nömrəli avtobuslar da həmin dairədən keçir, heç bir maneə yoxdur..."
















