Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayev azadlığa buraxılıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə Müsavat Partiyasının fəalı Əziz Məmiyev məlumat verib.
Ə.Salayev bu gün azadlığa çıxıb.
Qeyd: Əlizamin Salayev 2023-cü ilin fevralında saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq - silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum edib.
















