Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                     Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL .....                     "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                     İflas edən "Rahat Lizinq" borclarını ödəməyib .....                     Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək .....                     Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... .....                     Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? .....                     Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? .....                     Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... .....                     Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... .....                     Fazil Mustafa deyir, görüşdən qaçmayıb .....                     DGK aparat rəhbəri QANUNLARI BİLMİR? .....                     Kartla ödəniş etmək mümkün deyil .....                     Bərdənin baş həkimi haqda şok iddialar .....                     "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                 

Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Tarix: Bu gün, 09:12 | Çap et

İrəvan bu infrastrukturun inkişafı üçün öz daxili resurslarını səfərbər etmək niyyətində və ya gücündə deyil

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb. Görüşdə əsas müzakirə mövzularından biri regionda nəqliyyat əlaqələrinin dəyişdirilməsi baxımından mühüm layihə hesab olunan TRIPP təşəbbüsünün həyata keçirilməsi olub. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Transxəzər Müəssisələr Fondunun sədri Konstantin Sokolov da iştirak edib.

Tərəflər Ermənistan və Azərbaycan arasında formalaşan sülh şəraitinin regionun iqtisadi və nəqliyyat potensialından maksimum istifadə üçün yeni imkanlar yaratdığını vurğulayıblar. Müzakirələr zamanı sülhün daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi və TRIPP layihəsi çərçivəsində təşəbbüslərin irəlilədilməsi üçün mümkün addımlar da nəzərdən keçirilib. ABŞ TRIPP+ Sahibkarlığa Dəstək Fondunun maliyyələşdirilməsinin həcmini iki dəfə – 201 milyon dollardan 402 milyon dollara qədər artırıb.
Bunu ABŞ-nin dövlət xərclərinin rəsmi bazasının məlumatları təsdiqləyir. Dərc edilmiş məlumata görə, 2026-cı il yanvarın 30-da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu “TRIPP+ Enterprise” Fonduna 201 milyon dollar məbləğində qrant ayırıb. Proqramın icra müddəti 2036-cı il dekabrın 31-nə qədər müəyyən edilib. TRIPP layihəsinin maliyyə tərəfi ilə bağlı son aylarda Vaşinqtondan gələn mesajlar da diqqət çəkir. Layihə üçün yaradılan TRIPP+ Enterprise Fund ilkin olaraq təxminən 200 milyon dollar həcmində nəzərdə tutulsa da, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Ceremi Levin apreldə fond üçün əlavə 400 milyon dollar maliyyənin artıq təmin edildiyini açıqlayıb. Bu, Vaşinqtonun TRIPP-i yalnız nəqliyyat layihəsi kimi deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyada daha geniş iqtisadi, enerji, nəqliyyat və strateji investisiya platforması kimi gördüyünü göstərir.
Bu məqam Ararat Mirzoyanın ABŞ rəsmisi ilə son görüşünü də daha fərqli müstəvidə təqdim edir. Çünki TRIPP ətrafında müzakirə artıq təkcə marşrutun necə qurulması məsələsinə deyil, ABŞ-ın bu layihəyə ayırdığı vəsaitin həcminin artırılması və həmin maliyyənin hansı sahələrə yönəldilməsi məsələsinə də keçir. İlkin 200 milyon dollarlıq fond və əlavə 400 milyon dollarlıq maliyyə barədə açıqlamalar göstərir ki, Vaşinqtonun TRIPP üzrə maliyyə ambisiyası əvvəl nəzərdə tutulduğundan daha geniş ola bilər.
Bu fonda İrəvanın TRIPP müzakirələrindəki mövqeyi də diqqət çəkir: Ermənistan layihənin ərazisində həyata keçirilməsinə şərait yaradır, ABŞ isə maliyyə və investisiya mexanizmlərini formalaşdırır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-da vurğuladı ki, Ermənistan Xarici İşlər Nazirliyi ilə ABŞ nümayəndə heyəti arasında TRIPP çərçivəsində aparılan yüksəksəviyyəli müzakirələr və ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun proqramın maliyyə tutumunu 402 milyon dollara qaldırmaqla ümumi investisiya çərçivəsini 600 milyon dollar həcminə çatdırması Cənubi Qafqazın postmünaqişə dövrü geoiqtisadi və beynəlxalq-hüquqi arxitekturasında keyfiyyətcə yeni konfiqurasiya mərhələsinin başlandığını göstərir: “Bu geostrateji gedişat fonunda Ermənistanın "Naxçıvan yolu" kimi səciyyələndirilən regional nəqliyyat infrastrukturuna birbaşa maliyyə xərcləmələri məsələsi klassik milli büdcə kapital qoyuluşu müstəvisindən çıxaraq, mürəkkəb beynəlxalq-hüquqi və üstmilli investisiya mexanizmləri çərçivəsində təhlil olunmalıdır. Məlumdur ki, hüquqi baxımdan Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan nəqliyyat-logistika dəhlizləri üzərində yurisdiksiya, gömrük və sərhəd nəzarəti kimi suveren hüquqlar beynəlxalq hüququn ərazi suverenliyi prinsipinə uyğun olaraq İrəvana məxsusdur. Lakin formalaşan maliyyə-hüquqi arxitektura göstərir ki, İrəvan bu infrastrukturun inkişafı üçün öz daxili resurslarını səfərbər etmək niyyətində və ya gücündə deyildir. Əvəzində Ermənistan rəhbərliyi öz suveren ərazisini hüquqi-institusional platforma və coğrafi areal kimi təqdim edir, layihənin birbaşa maliyyə risklərini və kapital yükünü isə suveren risklərin diversifikasiyası modeli vasitəsilə xarici donorlara, xüsusilə ABŞ-nin TRIPP+ Enterprise Fund strukturuna və transmilli fondlara həvalə edir. Bu yanaşma beynəlxalq hüquqda dövlət-özəl tərəfdaşlığının və üstmilli investisiya idarəçiliyinin mürəkkəb sintezini təşkil edir. Vaşinqtonun 2036-cı ilə qədər icra müddəti müəyyən edilmiş uzunmüddətli qrant paketini iki dəfə artırması sırf regional infrastruktur dəstəyi çərçivəsini aşaraq institusional çəkindirmə və geoiqtisadi ekspanisiya məqsədi daşıyır. Aydındır ki, ABŞ bu maliyyə seli ilə regionda alternativ güc mərkəzlərinin, xüsusən Rusiya Federasiyası və İranın iqtisadi və hüquqi təsir imkanlarını neytrallaşdırmağı hədəfləyir. Məhz bu çərçivədə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulmuş Rusiya FHN Sərhəd Xidmətinin nəzarət funksiyasının de-fakto neytrallaşdırılması və marşrutun Qərb yönümlü maliyyə-institusional çətir altına alınması regional hüquqi presedentləri köklü şəkildə dəyişdirir. TRIPP+ Enterprise Fund vasitəsilə ayrılan vəsait Ermənistanın xarici dövlət borcunu artırmır, eksklüziv olaraq layihə yönümlü investisiya funksiyasını yerinə yetirir ki, bu da dəhliz üzərindəki mülkiyyət, istismar və idarəetmə hüquqlarının beynəlxalq konsorsiumlar arasında bölüşdürülməsi mexanizmini işə salır”.

Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq-hüquqi mövqeyi baxımından əsas tələbi Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsinin əngəlsiz, təhlükəsiz və beynəlxalq tranzit standartlarına uyğun təmin olunmasıdır: “ABŞ-nin layihəyə yatırdığı irihəcmli kapitallaşma marşrutun fiziki, texniki və təhlükəsizlik parametrlərinin ən yüksək səviyyədə qurulmasına təminat yaradır. Bu kontekstdə Ermənistan öz milli büdcəsindən kapital çıxarmadan regionun kritik tranzit qovşağına çevrilmək, uzunillik iqtisadi təcridə son qoymaq və nəqliyyat şəbəkəsini xarici qrantlar hesabına modernləşdirmək imkanı qazanır. ABŞ isə Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən "Orta Dəhliz"in strateji Ermənistan seqmentində institusional və idarəedici maliyyə nəzarətini ələ keçirir. Vaşinqton TRIPP platformasını, sadəcə, logistik xətt kimi deyil, Cənubi Qafqazın yeni geosiyasi və geoiqtisadi xəritəsini müəyyən edən çoxşaxəli investisiya mexanizminə çevirir. İrəvanın isə “Naxçıvan yolu”na pul xərcləməsi birbaşa maliyyə kəsintiləri şəklində deyil, torpaq resurslarının ayrılması, hüquqi rejimin optimallaşdırılması və yurisdiksiya güzəştlərinin tətbiqi formasında təzahür edəcəkdir. Görünən odur ki, Ermənistan zamanında Bakının xəbərdarlıqlarına baxmayaraq işğal və təcavüzkar mahiyyətdən əl çəkməməsinin nəticəsi olaraq yeni reallıqda iqtisadi dvidendləri suverenliyini bu və ya digər formada qurban vermək hesabına əldə edə bilir”.
Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru