Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                     "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" .....                     Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? .....                     Vardanyan ətrafında şou yaradanların məqsədi .....                     Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində .....                     “Unibank”ın səhmdarları sentyabrda toplanır .....                     “Azərbaycan Evro-Kredit” BOKT .....                     Jurnalistin dənizdə batan qardaşı tələbə imiş .....                     Bakıda kişi binadan yıxılaraq ölüb .....                     "Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                     İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib .....                     Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. .....                     Güney Qafqaz YOL ARAYIŞINDA... .....                     “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” .....                 

Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Tarix: Bu gün, 17:59 | Çap et

Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında aylardır davam edən gərginlik yeni mərhələyə qədəm qoyur. Bütün Ermənilərin Katolikosu II Qaregin və Ali Ruhani Şuranın bir sıra üzvlərinə qarşı açılmış cinayət işi üzrə ilk məhkəmə iclasının keçiriləcəyi açıqlanıb. Bu proses ölkədə həm siyasi, həm də dini müstəvidə ciddi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-nə vəkil Ara Zöhrabyan məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə iclasının əvvəlində Bütün Ermənilərin Katolikosu II Qaregin və Ali Ruhani Şuranın üzvləri şəxsən iştirak edəcəklər. Cinayət işi üzrə ilkin məhkəmə iclasının birinci mərhələsi avqustun 7-də saat 16:00-da Armavir Regional Birinci İnstansiya Məhkəməsində keçiriləcək. İşə hakim Hakob Manukyan baxacaq.

II Qareginin məhkəmə qarşısına çıxması Ermənistanın siyasi gündəmini necə dəyişəcək? Bu proses Ermənistan cəmiyyətində yeni parçalanmaya səbəb ola bilərmi?

Politoloq Rəhman Bayramov hesab edir ki, Ermənistanda II Qareginə qarşı açılmış cinayət işi artıq hüquqi müstəvidən çıxaraq açıq siyasi mübarizənin tərkib hissəsinə çevrilib:

“Avqustun 7-də keçiriləcək ilk məhkəmə iclası təkcə bir din xadiminin taleyi ilə bağlı olmayacaq. Əslində həmin gün Ermənistanın ən nüfuzlu iki institutunun-siyasi hakimiyyətlə Erməni Apostol Kilsəsinin qarşıdurmasının növbəti mərhələsi başlayacaq.

Erməni Apostol Kilsəsi Ermənistan üçün sadəcə dini institut deyil. Bu kilsə onilliklər ərzində ölkənin milli ideologiyasının, siyasi düşüncəsinin və dövlətçilik konsepsiyasının əsas dayaqlarından biri olub. Xüsusilə Qarabağ məsələsində kilsənin sərgilədiyi sərt mövqe Ermənistan cəmiyyətində ona əlavə siyasi nüfuz qazandırıb. Məhz buna görə də II Qareginin məhkəmə qarşısına çıxarılması sıradan hüquqi hadisə deyil, ölkənin ən güclü təsir mərkəzlərindən birinə qarşı siyasi addımdır.

Nikol Paşinyan isə hakimiyyətə gəldiyi 2018-ci ildən etibarən köhnə siyasi sistemin dayaqlarını mərhələli şəkildə zəiflətməyə çalışır. Əvvəl keçmiş hakimiyyət nümayəndələri, sonra oliqarxlar, ardınca hərbi elita hədəfə alındı. İndi isə görünən odur ki, növbə Ermənistanın ənənəvi nüfuz mərkəzlərindən biri olan kilsəyə çatıb. Bu baxımdan II Qareginə qarşı məhkəmə prosesi Paşinyanın dövlət daxilində alternativ güc mərkəzlərini neytrallaşdırmaq siyasətinin davamı kimi görünür.

Ancaq bu strategiyanın hakimiyyət üçün ciddi riskləri də var. Çünki kilsə hələ də Ermənistan cəmiyyətində böyük nüfuza malikdir. Əgər bu proses cəmiyyət tərəfindən dini dəyərlərə və kilsənin nüfuzuna qarşı təzyiq kimi qəbul olunarsa, Paşinyan gözlədiyindən daha ciddi ictimai müqavimətlə üzləşə bilər. Müxalifət də bundan istifadə edərək kilsə ətrafında yeni siyasi konsolidasiya yaratmağa çalışacaq.

Diqqət çəkən başqa bir məqam isə odur ki, II Qaregin və Ali Ruhani Şuranın üzvlərinin məhkəmədə şəxsən iştirak edəcəkləri bildirilir. Bu, kilsənin prosesdən yayınmaq yox, əksinə, onu açıq siyasi mübarizə meydanına çevirmək niyyətində olduğunu göstərir. Böyük ehtimalla məhkəmə zalı təkcə hüquqi prosesin deyil, həm də siyasi mesajların verildiyi platformaya çevriləcək.
Mən hesab edirəm ki, avqustun 7-də keçiriləcək məhkəmə Ermənistanın siyasi gündəmini uzun müddət müəyyən edəcək. Burada veriləcək qərardan daha çox prosesin necə idarə olunacağı önəm daşıyır. Çünki istənilən sərt qərar hakimiyyətlə kilsə arasında münasibətləri daha da gərginləşdirə və ölkədə yeni siyasi qarşıdurma dalğasına səbəb ola bilər.

Ümumiyyətlə, bu gün Ermənistanda müşahidə olunan proseslər şəxslərin mübarizəsindən daha böyük məna daşıyır. Əslində ölkədə yeni siyasi model formalaşdırılır. Bir tərəfdə dövlət institutlarını tam nəzarətə götürmək istəyən Paşinyan hakimiyyəti, digər tərəfdə isə tarixən siyasi proseslərə təsir göstərmiş ənənəvi güc mərkəzləri dayanır. II Qaregin ətrafında baş verənlər də məhz bu qarşıdurmanın ən açıq təzahürüdür”.

Eskpertin fikrincə, bu məhkəmə prosesi Ermənistanın yaxın gələcəkdəki daxili siyasi sabitliyi üçün mühüm sınaq olacaq: “Əgər tərəflər arasında kompromis tapılmasa, hakimiyyət-kilsə qarşıdurması daha da dərinləşəcək və bu, onsuz da mürəkkəb geosiyasi vəziyyətdə olan Ermənistanın daxili siyasi sabitliyinə ciddi təsir göstərəcək. Bu səbəbdən avqustun 7-də Armavirdə keçiriləcək məhkəmə iclasını adi hüquqi prosedur kimi deyil, Ermənistanın gələcək siyasi istiqamətini müəyyənləşdirə biləcək mühüm hadisələrdən biri kimi qiymətləndirmək lazımdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Bu gün, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Bu gün, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Bu gün, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Bu gün, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Bu gün, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Bu gün, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Bu gün, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Bu gün, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Bu gün, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Bu gün, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Bu gün, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Bu gün, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Bu gün, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Bu gün, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Bu gün, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Bu gün, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Bu gün, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Bu gün, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Bu gün, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Bu gün, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Bu gün, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Bu gün, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Bu gün, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Bu gün, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Bu gün, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Bu gün, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Bu gün, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Bu gün, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Bu gün, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Bu gün, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01
Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59
Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58
ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56
Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru