Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                     Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL .....                     "Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                     İflas edən "Rahat Lizinq" borclarını ödəməyib .....                 

"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Tarix: Bu gün, 11:56 | Çap et

Azərbaycan Respublikasının birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya Masallı rayonu, Əminli kənd sakini (əlaqə telefonu: 050 369 72 61) Ağayev Zabit Xanverdi oğlu tərəfindən müraciət ünvanlanıb. "DİA-AZ" qeyd edir ki, müraciət Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sosial hesabında paylaşılıb. Müraciətdə deyilir:
Hörmətli Mehriban xanım! Mən, Masallı rayonu, Əminli kənd sakini Ağayev Zabit Xanverdi oğlu, 27 yanvar 1992-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qazma İşləri Trestində 6-cı dərəcəli maşinist vəzifəsində çalışmışam. 34 il ərzində neft sənayesində vicdanla və qüsursuz çalışmış, əmək fəaliyyətim dövründə hər hansı ciddi intizam pozuntusuna yol verməmişəm.
Lakin 31 mart 2026-cı il tarixində heç bir qanuni əsas göstərilmədən mənə bildirildi ki, çalışdığım ştat vahidinə başqa bir şəxs təyin olunub və özümə başqa iş yeri tapmalıyam. Mənə açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam, qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən azad ediləcəyəm.
Bu təzyiqlər və psixoloji təsirlər nəticəsində 3 aprel 2026-cı il tarixində məcburiyyət qarşısında qalaraq öz ərizəmlə işdən çıxmaq barədə ərizə yazmağa vadar oldum. Həmin ərizə mənim sərbəst iradəmin ifadəsi deyil, mənə qarşı göstərilən inzibati təzyiq və hədələrin nəticəsində yazılmışdır.Məni xüsusilə narahat edən məqamlardan biri də odur ki, bu qanunsuzluğu əsaslandırmaq üçün bəzi vəzifəli şəxslər ölkə rəhbərliyinin adından sui-istifadə edərək, yerimə gətirilən şəxsin guya "yuxarıların adamı" olduğunu bildirirdilər. Hesab edirəm ki, dövlət rəhbərliyinin adından bu cür istifadə edilməsi yolverilməzdir və araşdırılmalıdır.
Bu məsələ ilə bağlı Prezident Administrasiyasına, SOCAR rəhbərliyinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etmişəm. Təəssüf ki, müraciətlərim obyektiv araşdırılmamış, yalnız işdən çıxma ərizəmi özümün yazdığım əsas gətirilmişdir. Halbuki həmin ərizə mənim sərbəst iradəmin deyil, göstərilən təzyiqin nəticəsi olmuşdur.Hazırda 58 yaşım var. Uzun illər ağır və zərərli əmək şəraitində çalışdığım üçün güzəştli şərtlərlə pensiyaya çıxmağıma cəmi 3 il qalmışdır. Ömrünün 34 ilini dövlətin neft sənayesinə həsr etmiş bir işçinin pensiya ərəfəsində bu cür vəziyyətə salınması mənə və ailəmə ağır maddi və mənəvi zərbə vurmuşdur.
Fərdi pensiya hesabımda uzun illərin əməyi nəticəsində təxminən 120 000 manat pensiya kapitalı formalaşmışdır. Lakin işsiz qalmağım səbəbindən ailəmin maddi vəziyyəti kəskin pisləşmiş, bank qarşısında öhdəliklərimi yerinə yetirməkdə çətinlik çəkirəm.
Bundan əlavə, ailəmdə ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ailə üzvü vardır. Onun müalicəsi və daimi qayğısı ailəmiz üçün böyük maliyyə yükü yaradır. İşsiz qalmağım həmin şəxsin müalicəsinin davam etdirilməsini də ciddi təhlükə altına qoymuşdur.
Hörmətli Mehriban xanım!
Sizin ölkəmizdə sosial müdafiəyə, humanizmə və vətəndaşların problemlərinin həllinə göstərdiyiniz xüsusi diqqəti nəzərə alaraq, son ümid yeri kimi Sizə müraciət edirəm.
Sizdən xahiş edirəm:
-Müraciətimin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılmasına köməklik göstərəsiniz;
-İşdən çıxarılmağımın qanuniliyinin yoxlanılmasını təmin edəsiniz;
-Mənə qarşı göstərilmiş təzyiq və qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilməsinə dəstək göstərəsiniz;
-Dövlət rəhbərliyinin adından sui-istifadə etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına köməklik göstərəsiniz;
-Pozulmuş əmək hüquqlarımın bərpa olunmasına və əvvəlki iş yerimə qaytarılmağımın təmin edilməsinə dəstək olasınız.
İnanıram ki, müraciətimə həssaslıqla yanaşılacaq, qanunun aliliyi və sosial ədalət prinsipləri rəhbər tutulmaqla pozulmuş hüquqlarımın bərpası üçün lazımi tədbirlər görüləcəkdir.
Əvvəlcədən göstərəcəyiniz diqqətə və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru