"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                     İflas edən "Rahat Lizinq" borclarını ödəməyib .....                     Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək .....                     Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... .....                     Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? .....                     Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? .....                     Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... .....                     Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... .....                     Fazil Mustafa deyir, görüşdən qaçmayıb .....                     DGK aparat rəhbəri QANUNLARI BİLMİR? .....                     Kartla ödəniş etmək mümkün deyil .....                     Bərdənin baş həkimi haqda şok iddialar .....                     "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                 

DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Tarix: Bu gün, 06:13 | Çap et

“LION CENTRE” MMC direktoru Ramil Aslanovun Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı iddialarını əks etdirən geniş mətbuat açıqlaması yayıb. Şirkətin direktoru Ramil Aslanovun imzası ilə yayılan açıqlamada 2025-ci ildə həyata keçirilmiş idxal əməliyyatlarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu iddia olunur.
Ramil Aslanov bildirir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət olunmasına baxmayaraq, təqdim olunan hüquqi arqumentlər mahiyyəti üzrə araşdırılmayıb, müraciətlərə əsaslandırılmış hüquqi münasibət bildirilməyib.
“LİON CENTRE” MMC-nin direktoru hesab edir ki, sahibkarın qaldırdığı məsələyə formal yanaşma deyil, hüquqi baxımdan əsaslandırılmış qiymət verilməlidir. Sahibkarın mövqeyinə görə, mübahisəli məsələlər həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında araşdırılmalıdır.
Rakil Aslanovun iddiasına görə, 16 avqust 2025-ci il tarixli gömrük bəyannaməsi üzrə aparılan proses zamanı qanunvericiliyin tələblərinə uyğun olmayan yanaşma tətbiq olunub və təqdim edilən hüquqi arqumentlər tam şəkildə araşdırılmayıb.
Bundan əlavə, şirkət Dövlət Gömrük Komitəsinin 22 iyul 2026-cı il tarixli cavab məktubunda 2025-ci ildə baş vermiş hadisələrə sonradan qüvvəyə minmiş hüquqi dəyişikliklər əsasında yanaşma sərgiləndiyini iddia edir.
“LİON CENTRE” MMC hesab edir ki, belə yanaşma hüquqi müəyyənlik prinsipinə və qanunların geriyə qüvvəsinin olmaması prinsipinə ziddir.

Ramil Aslanov: “Məsələnin mahiyyəti kənarda saxlanılıb”

Ramil Aslanov bildirir ki, müraciətə cavab zamanı Kənan Əsədov tərəfindən bildirişdə göstərilən məsələlərə istinad edilib. Lakin şirkət rəhbərinin mövqeyinə görə, mübahisənin əsas predmeti bildirişdə əks olunan dəyərlə bağlı deyil.
Onun sözlərinə görə, əsas məsələ XİFMN-də (Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası) və gömrük bəyannaməsinin 33-cü bölməsində göstərilən mal kodunun düzgün müəyyənləşdirilməsi ilə bağlıdır.
Ramil Aslanov hesab edir ki, sahibkarın müraciətində qaldırılan əsas hüquqi məsələ kənarda saxlanılıb, diqqət isə məsələnin mahiyyətinə aid olmayan istiqamətlərə yönəldilib.
Şirkət rəhbəri bildirir ki, burada məqsəd hər hansı güzəşt əldə etmək deyil, yalnız qanunun düzgün və vahid tətbiq olunmasına nail olmaqdır.
Onun fikrincə, sahibkar konkret hüquqi arqumentlər təqdim etdiyi halda həmin arqumentlərə mahiyyəti üzrə cavab verilməməsi biznes mühitində inamsızlıq yaradır.

“İslahatlardan danışılır, amma sahibkarın gördüyü mənzərə fərqlidir”

Ramil Aslanov hesab edir ki, gömrük sahəsində aparılan islahatlar, sahibkarlara göstərilən dəstək və xidmətlərin inkişafı ilə bağlı səsləndirilən fikirlər praktikada sahibkarların qarşılaşdığı problemlərlə tam üst-üstə düşmür.
Onun sözlərinə görə, gömrük sistemində sürət, şəffaflıq və sahibkar məmnuniyyəti barədə çıxışlar səslənsə də, əsas göstərici sahibkarın real fəaliyyəti zamanı qarşılaşdığı münasibətdir.
Şirkət rəhbəri vurğulayır ki, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə gömrük sahəsində inkişaf istiqamətləri təqdim olunsa da, sahibkarların gündəlik üzləşdiyi hüquqi problemlərin həlli istiqamətində daha konkret addımlar atılmalıdır.
Ramil Aslanovun fikrincə, gömrük sisteminin inkişafı yalnız hesabatlarda və rəsmi çıxışlarda deyil, sahibkarın müraciətinə verilən cavabın keyfiyyətində, qərarların əsaslandırılmasında və qanunun hamıya eyni tətbiq edilməsində özünü göstərməlidir.

Sahibkar: “Vahid hüquqi yanaşma təmin olunmalıdır”

Açıqlamada qeyd olunur ki, eyni xarakterli gömrük bəyannamələri üzrə fərqli yanaşmaların tətbiqi, hüquqi arqumentlərin cavabsız qalması və qərarların kifayət qədər əsaslandırılmaması sahibkarlarda narahatlıq yaradır.
MMC rəhbəri hesab edir ki, bu məsələ yalnız bir müəssisənin problemi kimi qiymətləndirilməməlidir.
Çünki gömrük münasibətlərində şəffaflıq, sahibkar hüquqlarının qorunması və qanunun aliliyinin təmin olunması bütövlükdə biznes mühitinə təsir edən amillərdir.
Sahibkarın mövqeyinə görə, dövlət qurumlarından gözlənti xüsusi münasibət deyil, qanunvericiliyin hamıya eyni tətbiq olunması və müraciətlərə obyektiv hüquqi qiymət verilməsidir.

Dövlət başçısına müraciət edilib

“LİON CENTRE” MMC-nin direktoru dövlət başçısına ünvanladığı müraciətdə 2025-ci ildə baş vermiş gömrük rəsmiləşdirilməsi prosesinə həmin dövrdə qüvvədə olmuş qanunvericilik əsasında yenidən hüquqi qiymət verilməsini istəyib.
Ramil Aslanovun müraciətində bildiriş müddətləri, gömrük qərarlarının hüquqi əsaslandırılması, fərqli yanaşmaların səbəbləri və təqdim olunan hüquqi arqumentlərin araşdırılması ilə bağlı məsələlərə aydınlıq gətirilməsini xahiş etdiyini açıqlayıb.
Ramil Aslanov hesab edir ki, sahibkarın əsas tələbi yalnız bir məsələnin həlli deyil, gömrük münasibətlərində şəffaf və vahid hüquqi yanaşmanın təmin olunmasıdır.
Qeyd edək ki, yazıda yer alan fikirlər “LION CENTRE” MMC-nin direktoru Ramil Aslanovun mövqeyini əks etdirir. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin rəsmi mövqeyi təqdim olunacağı təqdirdə, BNTV.az qarşı tərəfin açıqlamasını da olduğu kimi dərc etməyə hazırdır.

BNTV.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Dünən, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Dünən, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Dünən, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Dünən, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru