Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZBu gün, 10:47 |
|
Sabah – avqustun 8-də Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin tarixi sənədləri imzalamasının bir ili tamamlanacaq. Söhbət tərəflər arasında paraflanan sülh müqaviləsindən və Zəngəzur dəhlizi (“TRIPP marşrutu”) haqda anlaşmanın da əks olunduğu Birgə Bəyannamədən gedir. Hansı Bəyannamə ki, Ermənistan hökuməti üzərinə konkret öhdəliklər qoyub, o cümlədən ölkə konstitusiyasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmaqla bağlı. Maraqlıdır, məhz bu ərəfədə məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 15-dən Zəngəzur layihəsi ilə bağlı çərçivə sazişində nəzərdə tutulan öhdəliklərin ölkə konstitusiyasına uyğunluğu məsələsinə baxmağa başlayacaq. Məhkəmə prosesi yazılı qaydada keçiriləcək. İş üzrə məruzəçi Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Edqar Şatiryan təyin edilib. Qurum Zəngəzur layihəsi üzrə çərçivə sazişində Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ölkənin əsas qanununa uyğun olub-olmadığını araşdıracaq. Sual yaranır: niyə indi? Ümumiyyətlə, ötən ilin əsas nəticəsi, yekunu nədən ibarətdir? Gerçək belədir ki, bu müddətdə nə sülh müqaviləsini imzalamaq mümkün olub, nə də Paşinyan hökuməti dəhlizin öz ərazindən keçəcək hissəsində daşı-daş üstdə qoyub. Bəzi siyasi müşahidəçilərə görə, erməni tərəfi əslində, siyasi manipulyasiyalarla məşğuldur və vaxt udmağa çalışır. Belədirmi? Ümumiyyətlə, prezident İlham Əliyevin uzaqgörən siyasətinin regiona gətirdiyi yeni reallıqdır ki, bölgədə de-fakto sülh yaranıb. Sülh müqaviləsinin 5 prinsipi Azərbaycan tərəfindən müəyyən edilib. Sülh təşəbbüsü və onun məzmunu da Azərbaycana məxsusdur. Təbii ki, bu prosesdə ABŞ prezidenti Trampın vasitəçiliyi və rolu xüsusi vurğulanmalıdır. Hüquqşünas, siyasi analitik Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, ötən bir il müddətinə Ermənistanın Baş naziri Nikol Paşinyan və yüksək çinli başqa erməni rəhbərləri beynəlxalq tribunalarda sülhə hazır olduqlarını, regionda sabitliyin, kommunikasiyaların açılmasının, qonşularla münasibətlərin normallaşmasın vacibliyini dəfələrlə sözdə bəyan etsələr də, bunlara nail olmaq üçün əsas maneəni aradan qaldırmaq istiqamətində konkret praktiki addım atmayıblar. Onun sözlərinə görə, sülhə vaxtaşırı verilən bəyanatlarla deyil, qəbul edilən konkret qərarlarla nail olmaq mümkündür: “Lakin bugünkü reallıq onu göstərir ki, problem sülh müqaviləsinin mətnində deyil, sülh prosesini başa çatdırmaq üçün Ermənistan hakimiyyətinin siyasi iradəsinin yetərincə olmamasındadır. Məlumdur ki, paraflanmış sülh müqaviləsinin imzalanmasına yeganə maneə Ermənistan konstitusiyasıdır, bu konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı qarşı ərazi iddialarına hüquüqi əsas yaradan müddəalardır. Ona görə də Azərbaycan həmin müddəaların Ermənistan konstitusiyasından çıxarılmasını sülh müqaviləsinin imzalanmasının yeganə şərti kimi irəli sürüb və bu məsələdə mövqeyinin dəyişilməz olduğunu dəfələrlə aşıq şəkildə bildirib. Ermənistan rəhbərliyi də 2025-ci il 8 avqust tarixli Vaşinqton Bəyannaməsi ilə sülh meüqaviləsinin imzalanmasına msne olan bütün halların tezliklə aradan qaldırılması, o cümlədən Konstitusiyadakan ərazi iddiaları haqqında müddəaların çıxarılmasını öz üzərinə beynəlxalq xarakterli öhdəlik kimi götürüb. Lakin hadisələrin gedişi göstərir ki, Ermənistan rəhbərliyi konstitusiya dəyişikliyinin vacibliyini qəbul etsə də, bu dəyişikliklərin həyata keçirilməsi proseduruna praktiki başlamağa tələsmir və ümumiyyətlə bu işə hələ hazır deyil”. Qulamhüseyn Əlibəyli qeyd edib ki, Ermənistan rəhbərliyi keçən ilin sonlarında yeni konstitusiya layihəsinin bu ilin martında ictimai müzakirəyə təqdim olunacağını bildirsə də, deyilən vaxtda layihə müzakirəyə təqdim olunmadı və məsələ bu ilin sonlarına saxlanıldı: “Ermənistan rəhbərliyinin bu tərəddüdü və prosesi uzatm ası müxtəlif səbəblərdən qaynaqlanır. Əsas səbəb daxili siyasi vəziyyətlə bağlıdır. Son parlament seçkiləri göstərdi ki, Ermənistan cəmiyyətində və siyasi cameəsində sülhü qəbul etmək istəməyən revanşist qüvvələr hələ kifayət qədər nüfuza malikdir və sülh prosesinə mane ola bilər. Paşinyan hakimiyyətinin tərəfdarları parlamentdə nisbi çoxluğa malikdirlər, yeni hökumət təşkil olunsa da konstitusiyanın qəbuluna dair referendum təyin etmək üçün tələb olunan mütləq səs çoxluğuna malik deyil. Paşinyan hökuməti revanşist qüvvələrin təzyiqini və cəmiyyətin həmin qüvvələri müdafiə edən kəsimini nəzərə almağa məcburdur”. Analitikin fikrincə, ikinci səbəb xarici amillərlə bağlıdır. “Ermənistan hələ də böyük güclər arasında manevr siyasətini davam etdirir və regionda formalaşmış geosiyasi vəziyyətin dəyişəcəyinə ümid edən dairələr hakimiyyət daxilində də mövcuddur. Ermənistan bir sıra sahələrdə Rusayadan asılılığı və Rusiyanın Ermənistan hakimiyyətinə təzyiqləri, habelə Zəngəzur dəhlizinə qarşı çıxan İranın təzyiqləri birmənalı qəti qərarların qəbulunu çətinləşdirir və vaxtın uzadılmasına gətirib çıxarır. Vaxtın uzadılması da cəmiyyətin məlim kəsimində, revanşist müxalif siyasi qüvvələrdə və hakimiyyət daxilindəki bəzi qüvvələrdə belə bir ümid yaranır ki, beynəlxalq şərait dəyişdikcə Azərbaycan üzərində əlavə diplomatik təzyiq formalaşdırmaq və konstitusiya dəyişikliyi etmədən sülh müqaviləsini imzalamaq mümkün olar. Bu baxımdan sülh prosesini uzadaraq bir növ vaxt qazanmaq Ermənistan diplomatiyasının əsas taktikasına çevrilmiş kimi görünür”,_ deyə Əlibəyli vurğulayıb. Mütəxəssisin sözlərinə görə, sülh sazişinin imzalanmasının uzanması ilk növbədə Ermənistanın özünün iqtisadi maraqlarına zərbə vurur: “Regional kommunikasiyaların açılması gecikir, investorlar gözləmə mövqeyi tutur, Güney Qafqaz isə hələ də risk zonası kimi qəbul edilir. Azərbaycan isə bu müddətdə prinsipial mövqeyini dəyişməyib. Bakı dəfələrlə bəyan edib ki, sülh sənədinin imzalanmasına hazırdır. Lakin eyni zamanda bildirir ki, sülhün qalıcı olması üçün gələcəkdə yeni ərazi iddiaları üçün əsas ola bilən, mümkün hüquqi mübahisələr yarada bilən boşluqlar qabaqcadan aradan qaldırılmalıdır. Bu yanaşma beynəlxalq hüquq baxımından başadüşüləndir. Çünki sülh sazişi Paşinyan hakimiyyəti ilə deyil, Ermənistan dövləti ilə bağlanır, yalnız bu günü deyil, gələcək onillikləri də tənzimləməlidir; buna görə də müqavilə mövcud hakimiyyətlə bağlansa da bütövlükdə Ermənistan dövləti və cəmiyyəti tərəfindən qəbul edilməlidir”. Q.Əlibəyli əlavə edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması və sülhün qalıcı olması üçün zəruri olan hər şeyi edib: “Lakin bununla belə Ermənistanın tərəddüdlərinə son qoymaq, müqavilənin imzalanması prosesini sürətləndirmək üçün Ermənistana beynəlxalq diplomatik və ictimai təzyiqləri artırmaq olar. Bu mənada beynəlxalq diplomatiya və informasiya məkanında sülhün gecikməsinin haradan qaynaqlandığını daha fəal şəkildə gündəmdə saxlamaq, hüquqi arqumentlərini daha sistemli təqdim etmək, Ermənistanın hansı öhdəlikləri yerinə yetirmədiyini faktlarla müntəzə şəkildə izah etmək üçün əlavə tədbirlər görmək olar. Beynəlxalq diplomatiyada və informasiya məkanında haqlı olmaq vacibdir, amma haqlı olduğunu dünya ictimaiyyətinə qəbul etdirmək daha vacibdir”. Musavat.com Geri qayıt |