"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI .....                     İflas edən "Rahat Lizinq" borclarını ödəməyib .....                     Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək .....                     Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... .....                     Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? .....                     Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? .....                     Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... .....                     Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... .....                     Fazil Mustafa deyir, görüşdən qaçmayıb .....                     DGK aparat rəhbəri QANUNLARI BİLMİR? .....                     Kartla ödəniş etmək mümkün deyil .....                     Bərdənin baş həkimi haqda şok iddialar .....                     "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                 

Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Tarix: Bu gün, 06:54 | Çap et

"Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında sazişlərə yenidən baxılması barədə verdiyi göstəriş Moskvanın yeni geosiyasi və təhlükəsizlik reallığını qəbul etməsinin başlanğıcı hesab oluna bilər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Qulamhüseyn Əlibəyli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Məsələ bundan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi postsovet məkanında Rusiyanın əvvəlki təsir mexanizmlərində və təhlükəsizlik arxitekturasında ciddi şəkildə dəyişikliklər edilməsini şərtləndirdi. Əvvəllər Kremlin təhlükəsizlik məkanınada olan postsovet dövlətləri hazırda nu məkanın artıq milli təhlükəsizliklərinə tam təminat vermədiyini, əksinə yeni təhdidlər yaradığını görüb daha müstəqil davranmağa, özləri üçün yeni təhlükəsizlik məkanı axtarmağa çalışırlar. Mərkəzi Asiyanın postsovet dövlətləri, xüsusən də Qazaxıstan və Özbəkistan artıq təkcə Rusiyanın deyil, deyil, Çinin, Türkiyənin, ABŞ-ın, Avropa İttifaqının və Körfəz ölkələrinin də əməkdaşlıq təkliflərini diqqətlə qiymətləndirir və yeni əməkdaşlıq modellərindən yararlanmağa çalışırlar Bu isə Rusiyanı köhnə mexanizmlərdən imtina etməyə məcbur edir.
Bu baxımdan Rusiyanın son addımlarını yalnız KTMT kontekstində qiymətləndirmək kifayət etmir. Əslində Kreml sovetdənqalma təhlükəsizlik modelindən tədricən uzaqlaşır. Uzun illər Moskvanın əsas yanaşması vahid təhlükəsizlik məkanı yaratmaq idi. Bu modeldə KTMT hərbi, Avrasiya İqtisadi İttifaqı isə iqtisadi inteqrasiyanın əsas sütunu hesab olunurdu.
Lakin son illərin hadisələri göstərdi ki, postsovet məkanı artıq vahid siyasi məkan deyil. Hər bir dövlət öz milli maraqlarına uyğun çoxşaxəli xarici siyasət yürüdür. Belə şəraitdə kollektiv təhlükəsizlik modeli əvvəlki səmərəliliyini itirir.
Vaxtilə postsovet məkanının əsas hərbi ittifaqı kimi təqdim olunan KTMT bu gün əvvəlki siyasi çəkisini hiss olunacaq dərəcədə itirib. Ermənistanın faktiki olaraq təşkilatdan uzaqlaşması bunun ən bariz nümunəsidir. İrəvanın narazılığı təkcə bir ölkənin mövqeyi deyil, həm də KTMT modelinin dəyişən geosiyasi reallıqlara cavab verməkdə çətinlik çəkdiyini göstərdi.
Ona görə də Rusiya kollektiv mexanizmlərdən daha çox ikitərəfli əməkdaşlıq formatına üstünlük verməyə başlayır. Çünki ikitərəfli münasibətlər daha çevikdir, daha az siyasi risk daşıyır və tərəfdaşların maraqlarına uyğun şəkildə yenilənə bilir.
Digər tərəfdən, Mərkəzi Asiya regionunda yeni geosiyasi reallıqlar modeli formalaşır. Rusiya təhlükəsizlik komponentləri ilə regionda qalmağa, Çin iqtisadi gücü ilə yerini möhkəmləndirməyə, Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının institusional mexanizmlərini yaratmağa, Avropa İttifaqı enerji və nəqliyyat - logistika xətlərinin təhlükəsizliyi baxımından regionda iştirakını genişləndirməyə çalışır.
Məhz buna görə Rusiya yeni yanaşmaya, daha çevik modellərə keçməyə çalışır. Burada vahid ittifaqdan daha çox ikitərəfli və ya kiçik formatlı əməkdaşlıq mexanizmləri ön plana çıxır. Qazaxıstan, Özbəkistan, Belarus və digər tərəfdaşlarla fərqli səviyyədə təhlükəsizlik münasibətləri qurmaq Moskva üçün daha praktik görünür. Bu yanaşma Rusiyaya resurslarını daha məqsədyönlü bölüşdürməyə, tərəfdaş ölkələrə isə daha geniş siyasi manevr imkanları saxlamağa şərait yaradır.
Yeni Avrasiya təhlükəsizlik modelində diqqət çəkən əsas məsələlərdən biri hərbi güclə logistikanın getdikcə bir-birindən ayrılmaz hala gəlməsidir. Müasir geosiyasətdə orduların hərəkəti qədər, yüklərin, enerjinin və məlumat axınının təhlükəsizliyi də strateji əhəmiyyət daşıyır.
Məhz bu baxımdan Azərbaycan üçün yeni imkanlar açıla bilər. Azərbaycan artıq təkcə Güney Qafqazın deyil, bütövlükdə Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. “Şimal–Cənub” dəhlizi Rusiyanı Hind okeanı istiqamətinə bağlayırsa, Transxəzər marşrutu Mərkəzi Asiyanı Avropaya çıxarır. Bu iki strateji xəttin kəsişdiyi nöqtə isə Azərbaycandır. Bu, Azərbaycanın həm əlverişli coğrafiyası və həm də müasir geosiyasi kapitalıdır.
Rusiya ilə Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli əməkdaşlığa əsaslanan yeni təhlükəsizlik sistemi formalaşarsa, onun iqtisadi dayaqlarından biri məhz Azərbaycan olacaq. Çünki təhlükəsizlik yalnız silahla təmin edilmir. Onu dəmir yolları, limanlar, enerji marşrutları, rəqəmsal əlaqələr və etibarlı tranzit şəbəkələri də formalaşdırır. Azərbaycan məhz bu sahələrdə son illər ardıcıl üstünlüklər qazanıb, zəruri infrastrukturlar formalaşdırıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal–Cənub” nəqliyyat dəhlizi və Zəngəzur istiqamətində nəzərdə tutulan kommunikasiyalar birlikdə Azərbaycanı Avrasiyanın əsas logistika qovşaqlarından birinə çevirir.
Məhz bu nəqliyyat şəbəkələri Rusiya ilə Mərkəzi Asiya arasında formalaşması iddia olunan yeni təhlükəsizlik arxitekturasının iqtisadi dayaqları ola bilər. Belə vəziyyətdə Azərbaycan təkcə tranzit ölkəsi deyil, müxtəlif geosiyasi mərkəzlər arasında etimad və əlaqələndirmə platforması funksiyasını yerinə yetirə bilər. Bu isə ölkəmizin regional və qlobal siyasətdə rolunu keyfiyyətcə yeni mərhələyə çıxarır. Əgər əvvəllər Azərbaycanın üstünlüyü əsasən enerji resursları ilə izah olunurdusa, indi ölkənin əsas strateji üstünlüyü nəqliyyat, logistika, rəqəmsal bağlantılar və çoxtərəfli diplomatiyanın kəsişməsində formalaşır.
XXI əsrin Avrasiyasında dövlətlərin çəkisi təkcə hərbi potensialla deyil, müxtəlif güc mərkəzlərini bir-birinə bağlamaq qabiliyyəti ilə də müəyyən edilir. Azərbaycanın artan geosiyasi əhəmiyyəti də məhz bu yeni reallığın məhsuludur.
Nəticə kimi qeyd edə bilərik ki, Putinin son göstərişi təkcə iki sazişin yenilənməsi deyil. Bu, Kremlin yeni geosiyasi reallığı qəbul etməsinin ilk əlamətlərindən biridir. Həmin reallıqda Azərbaycan artıq hadisələri kənardan izləyən ölkə deyil, Avrasiyanın yeni siyasi və iqtisadi xəritəsinin formalaşmasına təsir göstərə bilən mühüm aktorlardan biridir..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Kartla ödəniş etmək mümkün deyil - "Leobank"da PROBLEM
Bu gün, 06:04
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Dünən, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Dünən, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Dünən, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Dünən, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru