PAŞA Sığorta şirkətində yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Günel Behbudova “PAŞA Sığorta”nın Baş Komplayens İnzibatçısı / Komplayens Departamentinin rəhbəri təyin edilib.
O, 2005-2009-cü illərdə “Azərbaycan Dövlət İqtisad Universiteti”ndə vergi hüququ üzrə bakalavr dərəcəsi, 2009-2012-ci illərdə maliyyə üzrə magistr dərəcəsi, 2013-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti İqtisadiyyat üzrə fəlsəfə doktoru (Ph.D.) dərəcəsinə yiyələnib.