Ramiz Mehdiyev hazırda AMEA-dan nə qədər maaş alır? .....                     “Həcci və Kərbəlanı ziyarət edib, min oyundan çıxanlar var” .....                     Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi .....                     "Mən tələbələrimlə fəxr edirəm" .....                     Putin müharibəni niyə dayandırmır? .....                     Rusiya 12 illik məktəb təhsil sisteminə keçə bilər .....                     Ramiz Mehdiyev doğrudanmı GÜC SAHİBİ İDİ... .....                     Azərbaycan əsilli reper ata oldu .....                     Azərbaycanda ikinci Ramiz Mehdiyev olayı? .....                     Pezeşkian bu türk ölkəsinə səfər edəcək .....                     Azərbaycan təkcə regional oyunçu deyil... .....                     Rusiya “yelkənsiz qayığ”a bənzəyir .....                     Özbaşına şəkildə ləğv etdikləri nömrəyə görə PUL ALDILAR .....                     Niyə 'Bravo'nun 'sistem xətası' hər zaman müştəriyə qarşı olur? .....                     Paşinyan İtaliyaya səfər etdi .....                     Kriminal aləmə çevrilən məktəblər: Kimdir günahkar? .....                     Qadın qətllərinin sayı azalmır ki, azalmır… .....                     Zahid Oruc ittihamlara cavab verdi: Heç kimi “ata”lıqda görməmişik .....                     "Qazan-qazan" prinsipi ilə təhsil biznesi .....                     Azərbaycanda pensiya yaşı artırılır: Təqaüdlər artacaq? .....                     Məktəbəqədər müəssisə müdirlərinin diaqnostik qiymətləndirilməsi .....                     Təhsil sistemindəki MEHDİYEV ŞƏBƏKƏSİ .....                     Pezeşkian hədəfdə .....                     "Bizim teatrımızda elə aktyorlar var ki, tamaşadan sonra fəhlə kimi işləyirlər..." .....                     Cənubi Qafqazda geosiyasi tarazlıq: 2:1 demokratik Qərbin xeyrinə .....                     Türkiyə ilin sonuna qədər Ukrayna danışıqlarında irəliləyiş gözləyir .....                     Ramiz Mehdiyevdən sonra Eldar Mahmudovun da həbsi gündəmdə .....                     Ermənistan dəyişiklik etməsə, yekun sülh olmayacaq .....                     Əli Həsənov həbs edilə bilər .....                     Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib .....                     İnternetdə yayılan gizli səs yazısı Ermənistanı silkələdi .....                     Bakıya etimad: Qəzza sülh planında Azərbaycan adı ön planda .....                     Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər .....                     Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə ağır itki üz verib .....                     Ermənistanda gərginlik yenidən PİK HƏDDƏ .....                     Ramiz Mehdiyevin qızı adını villasına həkk etdirib .....                     AzTV də Ramiz Mehdiyevin NƏZARƏTİ ALTINDA İMİŞ... .....                     “Rəsul Quliyevin qızı Bakıya pulu aparmaq üçün gəlib” .....                     “Qarabağ”ın futbolçusu bu sualdan yayındı .....                     Bakıda iş adamı idman zalında öldü .....                 

Gülər Əhmədova Ramiz Mehdiyevi siyasi timsah ADLANDIRDI
Tarix: 17-10-2025, 16:09 | Çap et

“Ramiz Mehdiyevin əmri, tapşırığı, fitvası ilə məni, ailəmi bədbəxt edən, tifağımızı dağıdan, övladlarımın gələcəyini məhv edən, məndən yaxşılıqdan başqa heç nə görməmiş jurnalistlərə, saytlara cavab vermək mənim üçün çox böyük əzabdır. Siz məndən nə soruşacaqsınız? Nə?”

Modern.az xəbər verir ki, bu fikirləri sabiq deputat Gülər Əhmədova akademik Ramiz Mehdiyevlə əlaqələri barədə suallara cavab olaraq bildirib.

O deyib:

“Bu adamın əmri ilə, gecə- gündüz bilmədən sifarişlə yazdığınız şər- böhtanı təkzib etməyi? Mənim illərlə gördüyüm işləri, Respublika Uşaq Təşkilatında, "Mərkəz" qəzetində, millət vəkili kimi yorulmadan çalışmağımı bir anda unudub, məhz bu siyasi timsahın əmri ilə məndən, şərəfsiz, namussuz, qatil, oğru, dələduz yaratdığınız üçün mənim də dəyişib siyasi buqələmun olacağımı gözləyirsiniz? Səhv edirsiniz, yanılırsınız!”

G.Əhmədova Ramiz Mehdiyevi ilk dəfə harada tənqid etməyindən də danışıb:

“Mən Ramiz Mehdiyevi ilk dəfə Gənclərin ikinci forumunda tənqid etmişəm. Həmin forumda rəhmətlik Ulu öndər, cənab Prezident İlham Əliyev və 2000 nəfər forum iştirakçısı vardı. Məhz "təhlükəli" çıxış etdiyim üçün zalda ölü bir sükut hökm sürürdü. Mən çıxışımı bitirəndə 1-2 saniyədən sonra rəhmətlik Ulu öndər və o zaman gənc olan cənab Prezident əl çaldı və zalı alqış sədaları bürüdü. Daha sonra, 2001-ci ildə bizi Respublika Uşaq Təşkilatının qərargahından çıxarmaq istəyərkən, mən cənab Prezident İlham Əliyevlə görüşdüm və ona çox şeyi danışdım. Hələ dahası da var... Amma bu söhbətlərə indi ehtiyac yoxdur”.

Sabiq deputat ona zəng edən jurnalistlərə səslənərək bildirib:

“Əziz jurnalistlər, xanımlar və cənablar! Mənə zəng vurdurmayın. O cavan uşaqlara əziyyət verməyin. Yaddaşınızı təzələyin. Ramiz Mehdiyevin mənə və ailəmə nələr yaşatdığını sizlər çox yaxşı bilirsiniz. Sadəcə, onları yazın. Zamanında onun fitvası ilə yazdığınız şər-böhtanı yadınıza salın.

Sirus Təbrizlini, Alqış Musayevi, Musa Musayevi, məni - Gülər Əhmədovanı və daha neçə- neçə əsil Əliyevçini işsiz qoyan, siyasi karyerasını məhv edən, çərlədib öldürən, xəstə edən bu Siyasi Timsahı mənə tanıtmağa da ehtiyac yoxdur.

Gedin gah iqtidar, gah müxalifət olan, onun başına pərvanə kimi dolanan, indi əlində, "p.. yemişəm" qaşığı ilə gəzənlərdən fikir soruşun.

Mən kiməm ki? Mən zindanda, məzlum olarkən, səcdədə onu Allaha həvalə etmişəm. Mənə və ailəmə çəkdirdiklərinin 1000 qatını özü və ailəsi çəkəcək, inşallah!”

Xatırladaq ki, Gülər Əhmədova II, III və IV çağırış Milli Məclisin üzvü olub. 2012-ci ildə Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. Məsələ MSK-da səsverməyə çıxarılıb, nəticədə onun deputat mandatı ləğv edilib.

2012-ci ilin sentyabrında ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin eks-rektoru Elşad Abdullayevin yaydığı videoda deputat mandatı ilə bağlı bazarlıq faktı ölkədə ciddi səs-küy doğurmuşdu.

E.Abdullayev iddia edirdi ki, G.Əhmədova ona 2 milyon manat qarşılığında Milli Məclisə üzv seçiləcəyi vədi verib. Və onun bu bazarlığı Ramiz Mehdiyevlə birgə etdiyini bildirmişdi.

Elə həmin ilin (2012) noyabrında öz mandatından imtina edən G.Əhmədova bunu istintaqa kömək məqsədilə etdiyini vurğulamışdı.

2013-cü ilin fevralında Səbail Rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. İstintaq yekunlaşandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

2014-cü ilin mayında Bakı Apellyasiya Məhkəməsi həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işinə baxıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.

Və Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyev hazırda AMEA-dan nə qədər maaş alır? - RƏQƏM
Bu gün, 10:22
“Həcci və Kərbəlanı ziyarət edib, min oyundan çıxanlar var” – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA
Bu gün, 10:19
Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
Bu gün, 10:17
"Mən tələbələrimlə fəxr edirəm"
Bu gün, 10:03
Putin müharibəni niyə dayandırmır?
Bu gün, 09:57
Rusiya 12 illik məktəb təhsil sisteminə keçə bilər
Bu gün, 07:56
Ramiz Mehdiyev doğrudanmı GÜC SAHİBİ İDİ... - AKTUAL
Bu gün, 07:47
Azərbaycan əsilli reper ata oldu - FOTO
Bu gün, 07:35
Azərbaycanda ikinci Ramiz Mehdiyev olayı? – Daha bir ölkənin bənzər “kart”ı var
Bu gün, 07:28
Pezeşkian bu türk ölkəsinə səfər edəcək
Bu gün, 02:04
Azərbaycan təkcə regional oyunçu deyil... - Görünəni odur ki...
Bu gün, 02:02
Rusiya “yelkənsiz qayığ”a bənzəyir - ŞƏRH
Bu gün, 01:59
Özbaşına şəkildə ləğv etdikləri nömrəyə görə PUL ALDILAR - "Bu da Azercell-in müştəri xidmətləri..."
Bu gün, 01:56
Niyə 'Bravo'nun 'sistem xətası' hər zaman müştəriyə qarşı olur? - BU NƏDİ BELƏ?
Bu gün, 01:45
Paşinyan İtaliyaya səfər etdi - KİV
Bu gün, 01:33
Kriminal aləmə çevrilən məktəblər: Kimdir günahkar? - BELƏ HARA GEDİRİK?
Bu gün, 01:29
Qadın qətllərinin sayı azalmır ki, azalmır… - ETİRAZ
Bu gün, 01:28
Zahid Oruc ittihamlara cavab verdi: Heç kimi “ata”lıqda görməmişik - AÇIQLAMA
Bu gün, 01:20
"Qazan-qazan" prinsipi ilə təhsil biznesi - Uşaqların yeməyi, rəhbərin gəliri...
Bu gün, 01:17
Azərbaycanda pensiya yaşı artırılır: Təqaüdlər artacaq? - AKTUAL
Bu gün, 01:12
Məktəbəqədər müəssisə müdirlərinin diaqnostik qiymətləndirilməsi – Zəruri addım, yoxsa yeni stress dalğası?
Bu gün, 01:08
Təhsil sistemindəki MEHDİYEV ŞƏBƏKƏSİ - İLGİNC FAKTLAR
Bu gün, 00:54
Pezeşkian hədəfdə - NƏ BAŞ VERİR?
Bu gün, 00:45
"Bizim teatrımızda elə aktyorlar var ki, tamaşadan sonra fəhlə kimi işləyirlər..." - NARAZILIQ VAR...
Bu gün, 00:41
Cənubi Qafqazda geosiyasi tarazlıq: 2:1 demokratik Qərbin xeyrinə - İNCƏLƏMƏ
Bu gün, 00:39
Türkiyə ilin sonuna qədər Ukrayna danışıqlarında irəliləyiş gözləyir - rəsmi Ankara
Bu gün, 00:35
Ramiz Mehdiyevdən sonra Eldar Mahmudovun da həbsi gündəmdə — İspaniya mediasından ŞOK yazı
Bu gün, 00:32
Ermənistan dəyişiklik etməsə, yekun sülh olmayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 00:14
Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
Bu gün, 00:11
Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib - FƏRMAN
Dünən, 16:10
İnternetdə yayılan gizli səs yazısı Ermənistanı silkələdi
Dünən, 12:36
Bakıya etimad: Qəzza sülh planında Azərbaycan adı ön planda - ŞƏRH
Dünən, 11:44
Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər - RƏSMİ İRƏVAN
Dünən, 11:38
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə ağır itki üz verib
Dünən, 11:37
Ermənistanda gərginlik yenidən PİK HƏDDƏ – Paşinyan-kilsə qarşıdurması daha da ALOVLANDI
Dünən, 11:34
Ramiz Mehdiyevin qızı adını villasına həkk etdirib – FOTO
Dünən, 11:29
AzTV də Ramiz Mehdiyevin NƏZARƏTİ ALTINDA İMİŞ... - İDDİA
Dünən, 11:23
“Rəsul Quliyevin qızı Bakıya pulu aparmaq üçün gəlib” - Milyonluq bağın qalmaqalı
Dünən, 11:04
“Qarabağ”ın futbolçusu bu sualdan yayındı - “Bunu yalnız Allah bilir”
Dünən, 10:56
Bakıda iş adamı idman zalında öldü
Dünən, 10:52
Xankəndidə gənc məmur infarktdan öldü - FOTO
Dünən, 10:46
Yağmur Yüksəl tətilini Bakıda keçirib - FOTO
Dünən, 10:24
"TƏBİB rəhbəri Vüqar Qurbanov vəziyyəti analiz etsə, ərizə yazıb işdən gedər" - Sabiq deputat
Dünən, 10:18
İki ölkə Rusiya neftindən imtina edir - Azərbaycana təsiri
Dünən, 10:12
"Pensiya yaşı artırılacaqmı?" sualına nazirlikdən cavab gəlsə də... - AKTUAL
Dünən, 10:10
Ramiz Mehdiyevin xəyanəti ilə bağlı SENSASİON DETALLAR - Fəzail Ağamalı SİRLƏRİ AÇDI
Dünən, 10:04
“ABŞ Zəngəzur yoluna görə Rusiya ilə müharibə də edə bilər...” - ONA GÖRƏ DƏ...
Dünən, 09:59
Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv edildi - SİYAHI
Dünən, 09:39
Rəsmi İrəvan sülhə müqavimət göstərməyə çalışır? - “Azərbaycanın şərti ilə razı deyilik”
Dünən, 09:37
Keçmiş arvadının saçını yolan nazirlik əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Dünən, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru