Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə (mətbuat katibi) yeni müdir təyinatı olub.
“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə jurnalist Rəşad Abbasov təyin edilib.
Qeyd edək ki, 21 il jurnalistika təcrübəsi olan Rəşad Abbasov buna qədər “ANS TV”, “Cavan TV” və Elm və Təhsil Nazirliyinin Təhsil TV media şirkətində müxbir, aparıcı, redaktor və baş redaktor vəzifələrində çalışıb.