Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi qətl və qətl cəhdlərində ittiham olunan Azərbaycan əsilli şəxslərin həbs müddətini uzadıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, məhkəmənin oktyabrın 16 və 17-də çıxardığı qərarlarla Əhləman Gəncəyev, Əziz Abbasov, Şahin Lalayev, həmçinin Akif, Ayaz, Bakir, Kamal və Mazahir Səfərovların həbs müddəti 29 dekabr tarixinədək uzadılıb.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb. Bundan sonra Səfərov qardaşlarından beşi, həmçinin Gəncəyev, Lalayev və Abbasov həbs olunmuşdu. Onlar 2001-ci ildə Yunus Paşayevin qətlində, 2010-cu ildə Fexruz adlı şəxsin öldürülməsinə cəhddə və 2011-ci ildə öz tanışlarından birinin qətlə yetirilməsində şübhəli bilinir.