MN-də milyonluq mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin cəzası azaldılıb .....                     Paytaxtda icazə “yarışı”... .....                     "Ramiz Mehdiyevin baldızı ilə Moskvada bir yerdə işləmişəm, təmiz daşnak idi" .....                     Rəşad Abbasova vəzifə verildi .....                     Azərbaycanın Bəhreyndə səfirliyi təsis olunub .....                     Yekaterinburqda saxlanılan azərbaycanlılarla bağlı YENİ QƏRAR .....                     Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub .....                     “Hələ quzu əti 21 manatdır, şükür edin...” .....                     Məktəbəqədər müəssisə müdirlərinin diaqnostik qiymətləndirilməsi .....                     Məşhur Məmmədovun "Embafinans"ı borc içində .....                     Eşqi Bağırov icra başçısı olacaq? .....                     Müəllimlərin gözü qarşısında bıçaqlanma .....                     ətini görün niyə edirmiş .....                     “Bank of Baku”dakı hesabından oğurluq oldu, pulunu belə geri aldı .....                     PAŞA Sığorta şirkətində yeni təyinat .....                     Tramp-Putin görüşü niyə Budapeştdə keçiriləcək? .....                     BİLİRDİNİZMİ: Əti xaricdən 3,9, kərə yağını 11,7, düyünü 1,7 manta alırıq... .....                     Azərkosmosun yemək tenderinin qalibi BU ŞİRKƏT OLDU .....                     Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər .....                     Ən böyük "Mehdiyev"çilərin adları MƏLUM OLDU .....                     Bakıdan gedən sərnişin aeroportda TUTULDU .....                     "Dostluq" kinoteatrının tarixi abidə statusu almasına müsbət rəy verilməyib .....                     “Fövqəladə Hallar Nazirliyi vətəndaşların çağırışlarını qulaqardına vurur...” .....                     Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır .....                     Paşinyan katolikosun ailəsinə hücum edir .....                     Gülər Əhmədova Ramiz Mehdiyevi .....                     Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadə ilə şok söhbəti .....                     Yekun sülh müqaviləsi Avropa ölkələrindən birində, .....                     Trampdan Putinə qarşı sürpriz həmlə: Azərbaycanın da adı çəkildi .....                     Sanksiyalarımızda Rusiya Prezidentinin səfərlərinə qadağa yoxdur .....                     “Azercell” bizi dünya üzrə BELƏ BİABIR EDİR... .....                     Əməkdar artist Yadigar Muradov əməliyyat olunacaq .....                     Vüsal Aslanov rəisi işdən çıxardı .....                     Mehdiyev işində ŞOK Qarabağ detalı: Hansı nazirlərlə əlbir olub? .....                     "Azərbaycan bandası" futbolçunu döyüb öldürmüşdü .....                     Ramiz Mehdiyevlə 5 ildir heç bir təmasım yoxdur .....                     7 ildir öz uşağı bilirdi, qardaşı imiş: Bir analizlə həyatı dəyişdi .....                     Rusiyada azərbaycanlı iş adamı HƏBS OLUNDU .....                     İdman Akademiyası tələbələrin pulunu mənimsəyir? .....                     Ata XAİNDİRSƏ... oğula NECƏ İNANAQ? .....                 

Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər - “Rusların təcrübəsi yoxdur”
Tarix: Bu gün, 17:15 | Çap et

“Rusiya ordusunun yaşayış məntəqələrində döyüş təcrübəsi yoxdur. Birinci və İkinci Çeçenistan müharibələrindəki uğursuz döyüşlər də bunu təsdiqləyir”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirlər Azərbaycan Ordusunun məşhur generalı, hazırda Milli Müdafiə Universitetində çalışan general-mayor Hikmət Həsənovun məqaləsində əksini tapıb.

“Rusiya-Ukrayna müharibəsində tabor taktiki qrupunun və kiçik həmlə qruplarının döyüş tətbiqinin təhlili” adlı geniş təhlili yazıda qeyd olunub ki, Rusiya hərbi komandanlığı 1000 km-dən böyük cəbhə genişliyində olan təmas xəttində davam edən qarşıdurmada məqsədlərinə çatmaq üçün bir neçə istiqamətdə cəbhə hücumuna üstünlük verir. 

Bildirilib ki, müharibənin uzanması hər iki tərəfə döyüş fəaliyyətləri, xüsusilə strateji və taktiki baxımdan böyük əhəmiyyət kəsb edən əraziləri (döyüş sahələrini) müdafiəyə hazırlamağa imkan yaradır:

“Hücum fəaliyyətlərinə cəlb olunan birləşmə və hissələr uzunmüddətli müdafiəyə hazırlanmış ərazilərdə düşmənin güclü müqaviməti ilə üzləşir, nəticədə isə əlverişli (məqsədəuyğun) istiqamətlərdə onu yarmağa çalışır. Müharibənin “tükəndirici” taktika ilə davam etməsi ərazi xüsusiyyətlərini (təpəlik, dərin çay, su anbarı, kanallar və yol qovşağı) və yaşayış məntəqələrində (hündürmərtəbəli binalar, iri sənaye müəssisələri, inzibati binalar və s.) qeyd olunan yerləri ələ keçirməklə taktiki üstünlüyü təmin etmək mümkün olar. Lakin bu, tərəflərə çox böyük itkilər hesabına başa gəlir. Hazırlıqlı müdafiəyə taborun gün ərzində kiçik qruplarla ən azı 5 – 7 dəfə həmlə etməsi və həmin mövqeləri 7-10 gündən sonra ələ keçirə bilməsi, eləcə də belə ssenari ilə davam edən döyüşlərin sonunda ay ərzində 500-1000 m-ə qədər irəliləmə “minlərlə kiçik kəsik”lər taktikasını tətbiq etməklə cəbhədə təşəbbüsü ələ almaq mümkün olub”

Məqalədə bildirilib ki, Rusiya-Ukrayna müharibəsinin çox hissəsi yaşayış məntəqələri uğrunda gedən döyüşləri özündə ehtiva edir:

“Şəhər döyüşlərində aviasiya və uzaqvuran artilleriya geniş istifadə olunur. Şəhərin ələ keçirilməsində açar olan obyektlərə aviasiya və raket zərbələri endiriləndən sonra həmlə qrupları artilleriya və minaatanların atəş dəstəyi ilə həmin obyektləri həmlə ilə ələ keçirir və orada möhkəmlənir. Şəhərin ələ keçirilməsi aylarla vaxt aparır və nəticədə bu, böyük itkilər hesabına əldə olunur. Məsələn, iki tərəf üçün də böyük əhəmiyyət kəsb edən Baxmut şəhəri uğrunda döyüş altı ay davam etmiş və 20 min insan həlak olmuşdur. Ukraynanın şərqində tamamilə dağılmış belə şəhərlər çoxdur. Şəhərin ələ keçirilməsində həmlə qrupları eyni istiqamətdə gün ərzində ən azı 20 dəfə həmlə etmiş olsalar da və böyük itkilər versələr də, hədəflərindən imtina etməmişlər. Şəhərin ələ keçirilməsində onu mühasirəyə alıb bloklamaq (təcrid etmək) əvəzinə, daha çox bir istiqamətdən şəhərə daxil olub onu məhəllə-məhəllə, bina-bina ələ keçirməklə təmizləməyə üstünlük verilmiş, bu səbəbdən həm şəhərin ələ keçirilməsi uzun vaxt aparmış, həm də böyük itkilər hesabına başa gəlmişdir. Rusiya ordusunun yaşayış məntəqələrində döyüş təcrübəsi olmadığından bu, başlanğıcdan uğursuz seçim olmuşdur (bunu I və II Çeçenistan müharibələrindəki uğursuz döyüşlər də təsdiqləyir). Əlbəttə, şəhərin infrastrukturunu və kommunikasiyasını yaxşı bilən və ondan bacarıqla istifadə edən tərəf psixoloji üstünlük əldə edir, qarşı tərəfin resurslarını sürətlə tükəndirə bilir. Hərbi mütəxəssislər bunları nəzərə alaraq şəhər döyüşlərini haqlı olaraq “bataqlıq” adlandırır (əgər yaşayış məntəqələri uğrunda döyüşə qərar verilirsə, onda onun ağır nəticələrinə də hazır olmaq lazımdır).

Rusiya ordusundan fərqli olaraq, Ukrayna ordusunun birləşmə və hissələrinin hazırlıqsız müdafiəyə qarşı tətbiqində tabor bölmələrinin manevr və atəşindən istifadə etməklə müdafiənin dərinliyinə irəliləməklə cinahlardan və arxadan düşməni mühasirəyə almaq, onu məhv etmək taktikası və döyüş epizodları müşahidə olunur. Rusiya ordusu qüvvələrini Kiyev, Çerniqov və Sum vilayətlərindən geri çəksə də, hələ Xarkov və Xerson istiqamətində müdafiəni möhkəmlədə bilməmişdir. Cəbhədə yaranmış vəziyyəti düzgün qiymətləndirən Ukrayna ordu komandanlığı Xarkov istiqamətində keçirdiyi uğurlu əks-hücumla Rusiya ilə dövlət sərhədinə qədər olan əraziləri azad edə bildi. Bu zaman tabor taktiki qrupları müdafiənin dərinliyinə sürətli taktiki sıçrayış həyata keçirməyə nail oldu. Mühasirəyə düşmək təhlükəsi ilə üzləşən qüvvələr ərazini məcburi tərk etməli və geri çəkilməli oldu. Buna bənzər əks-hücum əməliyyatı Xerson istiqamətində də həyata keçirildi və nəticələrini uğurlu hesab etmək olar. Nəticədə Rusiya ordu komandanlığı məcbur olub qüvvələrini Dnepr çayının sol sahilinə çəkməli oldu. Bu səbəbdən də hazırda cəbhədə təmas xətti təbii maneə hesab olunan Dnepr çayı boyu keçir. Ukrayna ordusunun Kursk istiqamətində gözlənilməz həmləsi ilə 5 gün müddətində ciddi müqavimətlə üzləşmədən dövlət sərhədindən 35 km-ə qədər dərinliyə irəliləməsi və ələ keçirdiyi ərazilərdə möhkəmlənə bilməsi bir daha Ukrayna ordusunun birləşmə və hissələrinin hücum fəaliyyətlərinin icrası zamanı bölmələrin manevr və atəşinə üstünlük verməklə qısa zamanda az itkilər hesabına böyük ərazilərin azad olunması və ya ələ keçirilməsi taktikasına üstünlük verdiyini göstərdi. Müharibənin gedişində Ukrayna ordusunun hücum fəaliyyətlərinə cəlb olunan birləşmə və hissələrinin belə taktiki yanaşmanın icrasına daha hazırlıqlı olduqları müşahidə olunur. Buna zəmin yaradan isə Ukrayna ordu birləşmə və hissələrinin Qərb ölkələrinin hərbi poliqonlarında NATO standartlarına uyğun təlim keçən bölmələrinin taktiki və maddi-texniki təminat baxımından hazırlanmasıdır. Müharibənin gedişinə nəzər saldıqda və onun üç ilə yaxın davam etdiyi döyüş epizodlarını təhlil etdikdə, Rusiya ordusunun “açıq cinah”larla döyüş taktikasının tətbiqindən çəkindiyini görmək olur, çünki o, bütün hallarda cəbhəboyu “minlərlə kiçik kəsik”lər taktikasına fokuslanıb. Bunun isə iki səbəbi var: ya Ukrayna ordusu döyüş meydanında buna imkan vermir, ya da Rusiya ordusunun birləşmə və hissələri belə inkişaf ssenarisinə hazır deyil”.

Məqalədə vurğulanıb ki, Rusiya-Ukrayna müharibəsi və onun uzun müddət davam etməsi dünyanın diqqət mərkəzindədir: “Döyüşlərin gedişində adi və yüksək dəqiqliyə malik silahlar geniş şəkildə tətbiq olunur. Savaşın uzanması və tükəndirici döyüş ssenarisinə uyğun davam etməsi hər iki tərəfdə böyük yorğunluq yaradıb. Buna baxmayaraq, texnologiyanın sürətli inkişafı müasir silah nümunələrinin istehsalını genişləndirib və nəticədə hər iki tərəf müharibənin gedişində yeni silah nümunələrindən geniş istifadə edir. Bu vasitələrin tətbiqi nəticəsində müharibənin yeni döyüş taktikası formalaşır. Tabor taktiki qrupunun və kiçik həmlə qruplarının müharibədən əvvəl mövcud ənənəvi döyüş tətbiqi taktikası, müharibənin gedişində yüksək dəqiqliyə malik silahların və müxtəlif təyinatlı PUA-ların geniş tətbiqi, eləcə də zirehli döyüş texnikalarının, atəş-dəstək vasitələrinin və onların sursatının çatışmazlığı hesabına əsaslı şəkildə dəyişib. Bu da döyüş meydanında sürətli dəyişən taktiki epizodlar fonunda bölmə komandirlərindən şablondankənar real vəziyyətə uyğun qərarların qəbulunu və bacarıqlı idarəetmə tələb edir. Müdafiə və hücum döyüş növündən asılı olmayaraq, əsasən bölük və taqım tərkibində tətbiq olunan həmlə qrupları müasir müharibələrin döyüş taktikasının formalaşmasında mühüm rol oynayır. Onların 4 –5 və ya 8 – 10 nəfərdən ibarət kiçik qruplar şəklində pulemyot, qumbaraatan, odsaçan və snayperlər ilə silahlanması müxtəlif hədəf və obyektləri ələ keçirməyi təmin edir. Bu şəkildə tətbiq üsulu bölük və taqım tərkibində olan həmlə qruplarının effektiv istifadəsi ilə yanaşı, həm də çoxsaylı itkilərin qarşısını almış olur. Bu müharibənin tükəndirici döyüş taktikası ssenarisinə uyğun davam etməsinə baxmayaraq, tərəflər cəbhədə taktiki üstünlüyü təmin etmək məqsədilə daha çox kiçik qrupların çoxsaylı həmlələrinə üstünlük verirlər. Bu halda cəbhənin müxtəlif istiqamətlərində gərginlik davam edir və bəzi hallarda isə tərəflər yaranmış vəziyyəti öz xeyrinə dəyişə bilir. Qarşı tərəfin mövqelərini və atəş sistemini müəyyən etmək üçün mobil nəqliyyat vasitələri (motosikl və kvadrosikllər) ilə təmin olunmuş kiçik həmlə qrupları tətbiq edilir. Nəticədə taktiki qruplar və kiçik həmlə qrupları zirehli texnikaların dəstəyinə, motosikl və skuterlərdən istifadəyə, eləcə də bu vasitələrin istifadəsi mümkün olmadıqda piyada şəklində fəaliyyət göstərməklə döyüş meydanında atəş dəstək və FVP tipli dronlar ilə birgə tətbiqə üstünlük yaradır”.

Qeyd edək ki, məqalə Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun dosenti, polkovnik Yaşar Kərimovla birlikdə yazılıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MN-də milyonluq mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin cəzası azaldılıb
Bu gün, 19:44
Paytaxtda icazə “yarışı”... - BELƏ HARA GEDİRİK...
Bu gün, 19:24
"Ramiz Mehdiyevin baldızı ilə Moskvada bir yerdə işləmişəm, təmiz daşnak idi" - tanınmış alimdən sensasion ifşa
Bu gün, 19:17
Rəşad Abbasova vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 18:44
Azərbaycanın Bəhreyndə səfirliyi təsis olunub - SƏRƏNCAM
Bu gün, 18:35
Yekaterinburqda saxlanılan azərbaycanlılarla bağlı YENİ QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 18:15
Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub - ADLAR
Bu gün, 18:11
“Hələ quzu əti 21 manatdır, şükür edin...” -Bazarda qiymətlər əl yandırır
Bu gün, 18:08
Məktəbəqədər müəssisə müdirlərinin diaqnostik qiymətləndirilməsi – Zəruri addım, yoxsa yeni stress dalğası?
Bu gün, 18:05
Məşhur Məmmədovun "Embafinans"ı borc içində - Rəhbərinə "stop" qoyulub
Bu gün, 18:02
Eşqi Bağırov icra başçısı olacaq? - İDDİA
Bu gün, 17:56
Müəllimlərin gözü qarşısında bıçaqlanma - Şabrandakı hadisənin DETALLARI
Bu gün, 17:45
ətini görün niyə edirmiş – İnanılmaz izah
Bu gün, 17:41
“Bank of Baku”dakı hesabından oğurluq oldu, pulunu belə geri aldı - TƏFƏRRÜAT
Bu gün, 17:35
PAŞA Sığorta şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:32
Tramp-Putin görüşü niyə Budapeştdə keçiriləcək? – SƏBƏB
Bu gün, 17:27
BİLİRDİNİZMİ: Əti xaricdən 3,9, kərə yağını 11,7, düyünü 1,7 manta alırıq... - SİYAHI
Bu gün, 17:22
Azərkosmosun yemək tenderinin qalibi BU ŞİRKƏT OLDU - CƏDVƏL
Bu gün, 17:18
Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər - “Rusların təcrübəsi yoxdur”
Bu gün, 17:15
Ən böyük "Mehdiyev"çilərin adları MƏLUM OLDU - ŞOK SİYAHI
Bu gün, 17:12
Bakıdan gedən sərnişin aeroportda TUTULDU - üzərindən "metallom" çıxdı
Bu gün, 17:09
"Dostluq" kinoteatrının tarixi abidə statusu almasına müsbət rəy verilməyib - BƏRPAYA YARARSIZDIR!
Bu gün, 17:01
“Fövqəladə Hallar Nazirliyi vətəndaşların çağırışlarını qulaqardına vurur...” - TƏFƏRRÜAT
Bu gün, 16:58
Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır - İsa Həbibbəyli
Bu gün, 16:54
Paşinyan katolikosun ailəsinə hücum edir - “Nezavisimaya qazeta”
Bu gün, 16:12
Gülər Əhmədova Ramiz Mehdiyevi siyasi timsah ADLANDIRDI
Bu gün, 16:09
Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadə ilə şok söhbəti - Partiya sədri açıqladı
Bu gün, 16:07
Yekun sülh müqaviləsi Avropa ölkələrindən birində, hətta ABŞ-də İMZALANA BİLƏR
Bu gün, 16:02
Trampdan Putinə qarşı sürpriz həmlə: Azərbaycanın da adı çəkildi - “The Telegraph”
Bu gün, 15:59
Sanksiyalarımızda Rusiya Prezidentinin səfərlərinə qadağa yoxdur - Aİ rəsmisi
Bu gün, 15:57
“Azercell” bizi dünya üzrə BELƏ BİABIR EDİR... - TƏFƏRRÜAT
Bu gün, 15:38
Əməkdar artist Yadigar Muradov əməliyyat olunacaq
Bu gün, 15:33
Vüsal Aslanov rəisi işdən çıxardı - BUNDAN SONRA...
Bu gün, 15:32
Mehdiyev işində ŞOK Qarabağ detalı: Hansı nazirlərlə əlbir olub? - SİYAHI
Bu gün, 15:31
"Azərbaycan bandası" futbolçunu döyüb öldürmüşdü - evlərində axtarış aparıldı
Bu gün, 15:24
Ramiz Mehdiyevlə 5 ildir heç bir təmasım yoxdur - Əli Həsənov DANIŞDI
Bu gün, 15:22
7 ildir öz uşağı bilirdi, qardaşı imiş: Bir analizlə həyatı dəyişdi - TƏFƏRRÜAT
Bu gün, 15:18
Rusiyada azərbaycanlı iş adamı HƏBS OLUNDU - TASS
Bu gün, 15:14
İdman Akademiyası tələbələrin pulunu mənimsəyir? —RƏSMİ AÇIQLAMA
Bu gün, 14:49
Ata XAİNDİRSƏ... oğula NECƏ İNANAQ? - Görünəni odur ki...
Bu gün, 14:45
Ramiz Mehdiyev ifadə verdi: 7 saat dindirilib - TƏFƏRRÜAT
Bu gün, 14:41
Kreml Putin-Tramp telefon danışığının kimin təklifi ilə baş tutduğunu açıqlayıb
Bu gün, 14:39
Qaz təsərrüfatında texniki təhlükəsizlik işinə DAHA BİR ZƏRBƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 14:26
Mehdiyevin ailəsi ilə bağlı yeni gəlişmə: həbslər başlayır? – Açıqlama
Bu gün, 13:07
“Məzahir Pənahovun milyonları var, nə villalarını istəyirəm, nə də maşınlarını” - TƏFƏRRÜAT
Bu gün, 13:04
AYNA işsizlərin sayını, nazirlik pensiya yaşını artırır...
Bu gün, 13:03
Gəncə İdman Sarayının tikintisinə 4 milyon manat ayrıldı
Bu gün, 13:01
Ağdamda yaşayış binasının tikintisinə başlanılır – 13 milyonluq layihə
Bu gün, 13:00
Dövlət qurumunun avtomobil alma planı suya düşdü - TENDERİ NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 12:58
Məşhur Hollivud ulduzu Bakıda restoran açır
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru