“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ tərəfindən elan edilmiş tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender avtomobillərin satınalınması üçün elan edilmişdi. Müsabiqə 20 sentyabr 2025-ci il saat 10:54-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 13 oktyabr 2025-ci il saat 10:01-də planlaşdırılmışdı. Ehtimal olunan qiymət 298 717 AZN təşkil edirdi.
Tenderin predmetinə 2 ədəd pikap tipli nəqliyyat vasitəsi və 2 ədəd avtomobil furqon (universal Crew cab) daxil idi.
Lakin satınalmada iştirak edən və qanunvericiliyə uyğun lisenziya və icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci maddə), müsabiqə baş tutmayıb.