Gəncə Şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Gəncə İdman Sarayının tikintisi nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 4 milyon manatdır.
Xatırladaq ki, “Rövşən Oğuz Qrup” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 40 AZN-dir və qanuni təmsilçisi Emin Əhmədovdur.