Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işlərinə başlanılır.
İqtisadiyyat.az bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Xidmət yaşayış binasını tikintisi işlərini "İnnova İnşaat" MMC -yə həvalə edib və onunla müqavilə bağlayıb.
Məlumata görə, bağlanılan müqavilənin dəyəri 13,3 milyon manat olaraq müəyyənləşib.