
“Bəzən eşidirik, müğənnilərdən kimsə deyir ki, filan mahnıları oxumasam, çörək pulu qazanmaq olmur…”
Sənətçi insanların zövqünün televiziyalar tərəfindən formalaşdırıldığını bildirib:
“Bəzən eşidirik, müğənnilərdən kimsə deyir ki, filan mahnıları oxumasam, heç yerə dəvət etmirlər, çörək pulu qazanmaq olmur. Amma biz böyüklərdən həmişə eşitmişik ki, toyunda Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Əbülfət Əliyev kimi sənətkarlar oxuyub. İnsanlar onları necə sevə-sevə ailə məclislərinə dəvət edirdilər!
Çünki insanların zövqünü televiziya formalaşdırır. Yəni toylara, el şənliklərinə o sənətkarları dəvət edirdilər, o məclislərdə də sənət nümayiş olunurdu. Məsələn, o dövrdə Ağdam toylarını böyük sənətkar Rəmiş idarə edirdi. Təsadüfi hallarda kənar müğənnilər məclislərdə, toylarda ola bilərdi. Yəni formalaşmaq məsələsi var, bizim zövqümüz böyük sənətkarların ifa etdikləri musiqilərlə formalaşıb”.
























