“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                     Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? .....                     Ölkədə orta maaş 1176,7 manatdır .....                     "Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" .....                     Xumar Qədimovanın adından yalan elan yayıldı .....                     Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı .....                     Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? .....                     100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır .....                     "PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi .....                     Pulsuzluq, vaxt azlığı, yoxsa... .....                     "Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" .....                     Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək .....                     “Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” .....                     Gümrüdəki 102-ci bazanın taleyi: .....                     Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən .....                     “Mərcan” brendinin məxsus olduğu şirkətdə .....                     İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ .....                     Zaxarovadan Merzə sərt ittiham: .....                     Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat .....                     SOCAR-da YENİ KADR TƏYİNATI .....                     Mühacir jurnalistə ağır itki .....                     Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... .....                     “Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı .....                     Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır .....                     Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI .....                     Yağış sahibkarın nə qədər pulunu “yuyub”? .....                 

İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Tarix: Bu gün, 15:05 | Çap et

“Ermənistan AES” QSC-nin baş direktoru Eduard Martirosyan sentyabrın 9-da “Nüvə sahəsində kritik biliklərin qorunub saxlanılması və ötürülməsi problemi: mentorluq bu problemin qismən həlli vasitələrindən biri kimi” mövzusunda keçirilən seminarda bəyan edib: “Biz Ermənistan AES-in istismar müddətinin 2036-cı ilə qədər, gələcəkdə isə 2041-ci ilə qədər uzadılması üzrə işləri davam etdirməyi planlaşdırırıq”.

O bildirib ki, hazırda stansiyanın istismar müddətinin 2041-ci ilə qədər uzadılması üçün artıq müəyyən işlər aparılır. Martirosyan xatırladıb ki, Ermənistan AES-in enerji bloku bütün Ermənistan üzrə elektrik enerjisinin 30-40%-ni istehsal edir. “Bu, bizim üçün yalnız energetika sahəsində təhlükəsizlik baxımından dəyil, həm də sosial baxımdan əhəmiyyətlidir, çünki o, son istehlakçı üçün ucuz elektrik enerjisi istehsal edir”, - deyə nazi qeyd edib.

“Azərbaycan Ermənistan AES-in vəziyyəti ilə bağlı Ermənistanın özündən daha çox narahat olmamalıdır”, Eduard Martirosyan daha sonra bildirib. “Stansiyanın vəziyyətinə görə birinci məsuliyyət daşıyanlar Ermənistan hökuməti və rəhbər kimi mənəm. Qoy kimsə 153 gün ərzində modernləşdirmə üzrə 20 böyük tədbirin həyata keçirildiyi başqa bir stansiya göstərsin”, - deyə Martirosyan iddialı danışıb.

O, qeyd edib ki, bu yaxınlarda Avropa ölkələrindən birində AES-ə baş çəkib və orada ona oxşar həcmdə işlərin yerinə yetirilməsi üçün təxminən altı il vaxt tələb olunacağını bildiriblər. Martirosyan həmçinin əminliyini ifadə edib ki, Ermənistan AES-də həyata keçirilən modernləşdirmə AEBA (ATET) nümayəndələrinin müntəzəm səfərləri zamanı yüksək qiymətləndiriləcək.

Erməni mediası bildirib ki, AES rəhbərinin bəyanatı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları fonunda səslənib. Xatırladılır ki, avqustun 12-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Azərbaycan Prezidenti atom stansiyası bağlandıqdan sonra Ermənistanda energetika böhranı riski olduğunu bildirib. İ.Əliyevin sözlərinə görə, Bakı belə bir ssenarinin qarşısını almaq üçün Ermənistana “əlavə elektrik enerjisi mənbəyi” təqdim etməyə hazırdır. Bu bəyanatları şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl qeyd etmişdi ki, Ermənistan AES-in istismar müddəti beynəlxalq səviyyədə təsbit olunub.

Ermənistan AES ölkədə elektrik enerjisi istehsalının təxminən üçdə birini təmin edir. Stansiyanın birinci enerji bloku 1976-cı ilin dekabrında, ikincisi isə 1980-ci ilin yanvarında istismara verilib. Spitak zəlzələsindən sonra stansiya 1989-cu ilin martında saxlanılsa da, 1995-ci ilin noyabrında ikinci enerji bloku yenidən işə salınıb. 2023-cü ilin dekabrında “Rosatom Servis” və “Ermənistan Atom Stansiyası” QSC enerji blokunun istismar müddətinin 2036-cı ilə qədər uzadılması üzrə işlər kompleksinin həyata keçirilməsinə dair çərçivə müqaviləsi bağlayıblar. Bu il bu işlərin ikinci mərhələsi başlayıb. Xüsusilə, stansiyada məsul istehlakçıların soyutma sisteminin dəyişdirilməsi nəzərdə tutulur. Layihənin reallaşdırılması üçün Rusiyanın “Rosatom” dövlət korporasiyası ilə çərçivə sazişi əldə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev avqust ayında Naxçıvan Muxtar Respublikasına səfəri AzTV-yə müsahibəsində “Metsamor” AES təhlükəsindən də bəhs etmişdi. “Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”, - Prezident bildirib.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu günlərdə bildirib ki, “Metsamor” Atom Elektrik Stansiyası (AES) təmir işləri başa çatdıqdan sonra Ermənistanın enerji sisteminə qoşulub. “2026-cı il üçün planlı təmir işləri uğurla başa çatdıqdan sonra sentyabrın 1-də AES-nin ikinci enerji bloku yenidən işə salınaraq Ermənistanın vahid enerji sisteminə qoşulub. Enerji blokunun etibarlılığının, təhlükəsizliyinin və iş səmərəliliyinin artırılmasına yönəlmiş 20-yə yaxın mühüm tədbir həyata keçirilib”, - o, sosial şəbəkə hesabında yazıb. Nazirin sözlərinə görə, təmir işləri qrafikə uyğun olaraq 153 gün davam edib. “Enerji bloku ştat rejimində işləyir, gücün tədricən artırılması müəyyən edilmiş texnoloji tələblərə uyğun olaraq həyata keçirilir”, - nazir qeyd edib.

Qeyd edək ki, cari ilin aprel ayında “Rosatom”la əldə edilmiş istismar müddətinin uzadılması proqramı çərçivəsində “Metsamor” AES beş ay müddətinə enerji sistemindən ayrılmışdı. Bu stansiya Ermənistanda elektrik enerjisinin əsas mənbələrindən biridir.

Siyasi şərhçi Xəyal Bəşirov Musavat.com-a bildirdi ki “Metsamor” Atom Elektrik Stansiyası bu günün məsələsi deyil: “Azərbaycan bununla bağlı narahatlığını müxtəlif səviyyələrdə dəfələrlə bildirib və Ermənistan də çox gözəl anlayır ki, Nikol Paşinyan, həm onun komandasından olan şəxslər, eyni zamanda elə o stansiyaya rəhbərlik edən şəxs çox gözəl anlayır ki, Azərbaycan belə məsələlərdə nə dərəcədə prinsipialdır”.

Rəsmi İrəvanın cığallığına gəldikdə, X.Bəşirov vurğuladı ki, bəli, Ermənistan bununla bağlı yenə də oyun oynamağa çalışır, sanki baş aldatmaq niyyətindədir: “Bir tərəfdən Azərbaycan vasitəsilə özünün enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı addımlar atır. Yəni Azərbaycan Ermənistana enerji məhsullarının göndərilməsi - burada təkcə ənənəvi enerji məhsullarından söhbət getmir, həm neft, həm benzin, dizel, eyni zamanda elektrik enerjisinin daşınması ilə bağlı addımlar atılır. Bununla bağlı hətta bu yaxınlarda Azərbaycan ərazisində iki ölkənin nümayəndələri arasında müzakirələr də aparıldı. Bu, bir tərəfdən Azərbaycandan bu istiqamətdə istifadə etməyə yönəlmiş mövqedir, digər tərəfdən də İrəvan özünün cığallığını davam etdirməyə cəhd göstərir. Əslində çox gözəl anlayırlar ki, Azərbaycanın atdığı bu addımlar istənilən an Ermənistanın səhvləri, atdığı o təxribat xarakterli addımlar ucbatından dayandırıla bilər. Yəni biz Ermənistanla dayanıqlı sülh deyəndə, sənəd üzərində deyil, hansısa ağız üzərində deyil, əbədi və real, səmimi sülh deyəndə bütün bu komponentləri, bütün bu məsələləri nəzərə alırıq”.

Ekspert ardınca bunları vurğuladı: “Ermənistan bir tərəfdən Azərbaycanla sülh üçün görüşlər keçirir və yaxud konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı referendumun keçiriləcəyi ilə bağlı fikirlər səsləndirir, amma belə həssas bir dönəmdə, kövrək bir zamanda atom elektrik stansiyası ilə bağlı Azərbaycanın narahatlığını - söhbət ciddi narahatlıqlardan gedir - narahatlığını nəzərə almayıb addımlar atırsa, təbii ki, Azərbaycanın adekvat yanaşmasını və yaxud da cavabını gözləməlidir. Və o atom elektrik stansiyasının Rusiya tərəfindən tikilməsi və bu gün Rusiya ilə bütün münasibətlərində narahatçılığını bildirən Ermənistan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, Avrasiya İqtisadi İttifaqından, digər platformalarda Rusiya ilə əməkdaşlıqdan imtina etmək niyyətini ortaya qoyan Ermənistan nədənsə atom elektrik stansiyası ilə bağlı əməkdaşlığını davam etdirmək və yaxud da ki, təkçə Azərbaycan vətəndaşları üçün deyil, eyni zamanda ümumilikdə bütün regionun, o cümlədən elə Ermənistanın özünün vətəndaşları üçün ciddi təhlükə yaradan o elektrik stansiyası ilə bağlı narahatlığı gözardı edirsə, təbii ki, bu, Ermənistan hakimiyyətinin növbəti qeyri-səmimiliyindən - ən yumşaq şəkildə desək, qeyri-səmimiliyindən xəbər verir”.

X.Bəşirov vurğuladı ki, buna qarşı mövqeyimiz onsuz da rəsmi şəkildə bəllidir: “Və gələcəkdə o elektrik enerjisi ilə bağlı məsələlərin müzakirəsini, sülh prosesinin digər komponentlərinin müzakirəsini, eyni zamanda əməkdaşlığın müxtəlif istiqamətlərdə müzakirəsini - Azərbaycan üzərindən tranzit ölkə kimi digər dövlətlərdən, Rusiyadan, Qazaxıstandan, gələcəkdə digər dövlətlərdən ərzaq və digər məhsulların Ermənistana tədarük edilməsi ilə bağlı Ermənistanın bu istiqamətlərdə təhlükəsizliyini təmin etməklə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədirlərsə, düşünürəm ki, Azərbaycanın bu prinsipial mövqeyini qəbul etmək məcburiyyətindədirlər. Ona görə düşünürəm Ermənistan bu məsələdə ciddi olmalıdır və Azərbaycanın narahatlığını ciddi qəbul etməlidir, o istiqamətdə addımlar atmalıdırlar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Bu gün, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Bu gün, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Bu gün, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Bu gün, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Bu gün, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Bu gün, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Bu gün, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH
Bu gün, 12:22
“Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” - Habil Əliyevin qızından AÇIQLAMA
Bu gün, 12:17
Gümrüdəki 102-ci bazanın taleyi: - həll olunmamış tənlik
Bu gün, 12:14
Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən XƏBƏR VAR
Bu gün, 12:10
“Mərcan” brendinin məxsus olduğu şirkətdə YENİ BİRLƏŞMƏ
Bu gün, 12:08
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
Bu gün, 12:01
Zaxarovadan Merzə sərt ittiham: - Kölədir...
Bu gün, 11:58
Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat - ƏMR
Bu gün, 11:46
SOCAR-da YENİ KADR TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 11:44
Mühacir jurnalistə ağır itki
Bu gün, 11:42
Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...
Bu gün, 11:35
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI
Bu gün, 11:26
Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır - Narkotrafik və kiberşəbəkələrə qarşı QLOBAL İTTİFAQ
Bu gün, 11:21
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Bu gün, 11:17
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 11:11
Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
Bu gün, 10:43
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - DİQQƏT
Bu gün, 10:39
NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR - “Naxçıvanda diplomu rüşvətlə almısan”
Bu gün, 10:37
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 10:29
Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər - NARAZILIQ VAR...
Bu gün, 10:26
“Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” - Əməkdar artistdən kövrək AÇIQLAMA
Bu gün, 10:11
Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi – MƏHKƏMƏ
Bu gün, 10:08
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
Bu gün, 10:06
"Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama
Bu gün, 10:01
Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi - “Joqovurd”
Bu gün, 09:58
Anar Bayramov direktor müavinini işdən çıxardı - ƏMR
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru