
Moskva məhkəməsi Ukrayna prezidenti Volodimir Zelenskinin ofis rəhbəri, əvvəllər Baş Kəşfiyyat İdarəsinə (QUR) rəhbərlik etmiş Kirill Budanovu qiyabi həbs edib.
APA-nın Moskva bürosu xəbər verir ki, Budanov qadağan olunmuş müharibə metodlarından istifadə etməkdə ittiham olunub.
Məhkəmə Budanovun qiyabi həbsini təsdiqləyib.
Qeyd edək ki, Budanov 2023-cü ildə qiyabi həbs edilib. Onu 20 ilə qədər həbs cəzası gözləyir.
Budanov Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısına daxil edilib.
























