"Tibb işçilərinin təxminən yarısının əməkhaqqı artımı haqqında ağızdolusu danışan, "insan kapitalına verilən investisiya", sosial müdafiənı və tibbi xidmətin keyfiyyətini "zirvəyə" qaldıran amil, "TƏBİB-in qayğıkeşliyi" və s... adlandıran millət vəkillərinin, bəzi jurnalistlərin və sayt redaktorların, politoloqların, proktoloq və mammoloqların nəzərinə: Təcili Tibbi Yardımın operativliyinin əsas və əksər hallarda birinci personalı sürücülərdir ki, onlar hətta xəstələrin xərəklə lift işləməyəndə, işıq sönəndə xəstə daşınmasında, ağır xəstələrin təxliyəsində öz həyatını riskə atan, ambulans təmirində öz cibindən müəyyən məbləğ pul xərcləyən sürücülərin əməkhaqqısı artırılmayıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Niyə??! Bu nə səriştəsizlikdi?
Bu nə "təxribatdır? 2007-ci il 30 dekabr tarixində Prezident sərəncam imzalamışdı: "Təcili Tibbi Yardım stansiyalarında işləyən həkimlərin, orta tibb işçilərinin, dispetçerlərin, sürücülərin və kiçik tibb işçilərinin Tarif Maaşları iki dəfə artırılsın"... Bu sahədə dövlət qayğısı belə olar.
Eyni zamanda TTY briqadalarının bəlkə də 60 faizindən çox işini görən tibb bacısıdır, O lazım olanda palçıqda qarda, küçədə, ictimai yerdə yıxılana və s çətin şəraitdə tibbi yardım edir, xərəyi və tibbi avadanlıqları daşıyır., olduqca məsuliyyətli bir ağır işi həyata keçirir.Onun maaşını cəmi 18 faiz artırmaq, həmçinin sürücülərin əməkhaqqını artırmamaq sosial ədalətsizlikdi, səriştəsizlikdi, iddia edirəm ki ən böyük savadsızlıqdı, onsuz da onlar heç Tibbi Sığorta fondundan bonus da almırdılar.
Üzümü hələ sovet dövründə TTY də baş həkim (28 yaşında) vəzifəsində çalışan bir şəxs kimi tutub deyirəm,1990 -cı ildə Bakıda 140tty briqadası olub və indi də müxtəlif səbəblərdən ondan 20-30 briqada az, üstəlik bu analginlə, KORDİAMİNLƏ, əksəriyyəti işləməyən tibbi texnika ilə belə yarıtmaz "islahatlarla"əhaliyə göstərilən təcili tibbi yardımda (hüquqi normativ bazası olmayan zəruri tibbi xidmət növündə) heç bir uğur qazanmaq mümkün deyil
Onu da deyim ki, keçən ilin axırlarında Maliyyə nazirliyi və Hesablama palatası Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində RTTTYM -də ciddi maliyyə pozuntuları aşkar etmişdi.
Digər tərəfdən Əmək Məcəlləsinə görə kadr çatışmazlığı varsa O biri işçilərə 50 faiz əlavə əməkhaqqı verilməlidir, ancaq TƏbib bunu yarandığı gündən tətbiq etməyib
İndi Təbibin TTY işçilərinə xeyli borcu var, eyni zamanda ambulansları hələ Bakıda demirəm kim,harada, hansı ehtiyat hissələrlə təmir edəcək?
Cənab Anar Bayramov bilsin ki, ölkəmizdə TTY briqadalarının sayı normadan 2,3 dəfə aşağı, Abort və Keysəriyyə ilə məşğul olan ginekoloqların sayı isə 2,2 dəfə çoxdur.
Necə ola bilər ki, doğum evlərində qapıda durub "muştuluq" yığanların əməkhaqqı artırılır, xəstənin, həkimin və digər personalın taleyi xeyli dərəcədə sürücüdən asılı olan Təcili Tibbi Yardım sürücüsünün isə nədənsə artırılmır
Ümidvarıq ki, TƏBİB oz idarəetmə və rasional fəaliyyətindəki ciddi nöqsanları aradan qaldırar...."























