“Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” .....                     Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi .....                     Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil .....                     "Paşinyan qorxduğu üçün..." .....                     Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi .....                     Anar Bayramov direktor müavinini işdən çıxardı .....                     “Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb .....                     Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi .....                     Bağban olub, qəzet paylayıb .....                     Azərbaycanda buğda bahalaşacaq? .....                     Azərbaycan neftinin qiyməti 108 dolları ötüb .....                     Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? .....                     Paşinyan Fransaya səfərə yola düşüb .....                     Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək .....                     Putin kifayət qədər güzəştə gedə bilər .....                     Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! .....                     Müğənni kiçik oğlunu xaricə yolladı .....                     Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var .....                     “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb .....                     ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu .....                     Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər .....                     “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” .....                     Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır .....                     Nazirliyin addımı: ət ucuzlaşacaq? .....                     TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? .....                     "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var .....                     ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb .....                     Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal .....                     Gəncədə 33 yaşlı kişi bıçaqlanıb .....                     Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... .....                     AZERCELL cibə girməyə DAVAM EDİR... .....                     LEOBANK yenə də narazılıq yaratdı... .....                     Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? .....                     "Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." .....                     "Beşiktaş" üçün Bakı da doğma divarlardır... .....                     Bəli, nazir Əmrullayev düz deyir... .....                     Hər yanı korrupsiya... EY ANA VƏTƏN! .....                     Ermənilərlə müharibə yox, ticarət olmalıdır... .....                     Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... .....                     "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." .....                 

Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 09:31 | Çap et

Ermənistan Zəngəzur dəhlizi üzərindən Mərkəzi Asiyaya çıxış əldə etmək üçün yeni diplomatik və iqtisadi gedişə hazırlaşır. İrəvanın əsas hədəfi Qazaxıstan və Qırğızıstanı ABŞ ilə birlikdə həyata keçirilən TRIPP layihəsinə cəlb etməkdir.

Haqqın.az yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı TRIPP layihəsində Qazaxıstanın iştirakı məsələsini müzakirə edib.

Məlumata görə, İrəvan Astanaya TRIPP-də Ermənistanın payından 5 faiz verməyi təklif edib. Daha 5 faizlik payın isə Qırğızıstana təklif olunduğu bildirilir.

Hazırkı modelə əsasən, TRIPP-də Ermənistanın 26, ABŞ-nin isə 74 faiz payı var. Beləliklə, Ermənistan faktiki olaraq öz payının bir hissəsini Mərkəzi Asiya ölkələrinə verməklə onları layihəyə cəlb etməyə çalışır.

Bütün bunlara baxmayaraq, nə Qazaxıstan, nə də Qırğızıstan indiyədək TRIPP-ə qoşulmaqla bağlı rəsmi qərar açıqlayıb. Qırğızıstan hökumətinin nümayəndəsi Daniyar Amangeldiyev də ölkəyə hələ rəsmi təklif daxil olmadığını bildirib.

Burada əsas amillərdən biri Rusiyanın reaksiyası ola bilər. Həm Qazaxıstan, həm də Qırğızıstan Rusiya ilə iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrini qoruyur. Hər iki ölkə eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür.

Moskva isə TRIPP layihəsinə açıq şəkildə maraq göstərsə də, Ermənistanın Rusiyanın rolunu azaltmağa yönələn addımlarını narahatlıqla qarşılayır.

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın bu təklifinin məqsədi, görünür, layihəni Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan daha geniş iqtisadi-logistika platformasına çevirməkdir: “İrəvanın təklifinin arxasında üç məqsəd dayanır. Birincisi, Azərbaycan-Naxçıvan bağlantısını Ermənistan üçün daha geniş beynəlxalq tranzit layihəsinə çevirmək. İkincisi, Qazaxıstan və Qırğızıstan kimi türk dövlətlərini layihəyə daxil etməklə TRIPP-in Ermənistan-Azərbaycan münasibətlərindən kənarda Mərkəzi Asiya-Cənubi Qafqaz bağlantısı kimi təqdim edilməsinə nail olmaq. Üçüncüsü, layihədə Azərbaycan faktorunu balanslaşdırmaqdır. Çünki TRIPP-in əsas coğrafi məntiqi Azərbaycan ərazisindən Naxçıvana, oradan isə Türkiyə istiqamətinə çıxış yaratmaqdır. Qazaxıstan və Qırğızıstanın səhmdar və ya tərəfdaş kimi cəlb edilməsi isə Ermənistanın öz ərazisindən keçən marşrutun regional əhəmiyyətini artıra bilər. Qazaxıstanın TRIPP-də hansısa formada iştirakı kifayət qədər realdır. Xüsusilə Astana layihəni Orta dəhlizin əlavə qolu kimi görərsə, səhmdarlıq, investisiya, logistika və ya operatorluq formatlarından biri gündəmə gələ bilər.

Qırğızıstanın TRIPP-də iştirak etməsi prinsip etibarilə mümkündür. Lakin Bişkek üçün layihənin iqtisadi səmərəsi Qazaxıstanla müqayisədə daha dolayıdır. Qırğızıstanın əsas üstünlüyü layihəyə böyük kapital qoymaqdan çox, Mərkəzi Asiya nəqliyyat və ticarət şəbəkəsinə qoşulmaqdan yarana bilər.

Ona görə də Qırğızıstanın 5 faizlik payı qəbul etməsi üçün Ermənistanın yalnız siyasi təklif irəli sürməsi kifayət etməyəcək. Layihədən əldə ediləcək gəlir, investisiya yükü, idarəetmə hüquqları və daşınacaq yük həcmləri Bişkek üçün konkret iqtisadi üstünlük yaratmalıdır".

ABŞ Ermənistanın təklifinin reallaşmasında maraqlı ola bilərmi?

Professor hesab edir ki, ABŞ-nin prinsip etibarilə belə bir genişlənməyə müsbət yanaşması daha ehtimal olunandır: “Çünki Vaşinqtonun TRIPP layihəsinə yanaşması yalnız Ermənistanın Naxçıvan istiqamətində yeni yolunun yaradılması ilə məhdudlaşmır. ABŞ-Ermənistan çərçivə sazişində TRIPP-in regional və qlobal ticarət üçün yeni marşrut yaratması, Ermənistan və ABŞ biznesləri üçün iqtisadi imkanlar formalaşdırması və Cənubi Qafqazda regional inteqrasiyanı gücləndirməsi açıq şəkildə vurğulanır. Sazişdə TRIPP-in digər tərəfdaşları və investorları cəlb edə biləcək xüsusi layihə şirkətləri yaratmasına da imkan verilir. ABŞ buna böyük ehtimalla mane olmayacaq, əksinə, layihənin genişlənməsində maraqlı ola bilər. Çünki TRIPP nə qədər çox ölkənin iqtisadi marağını özündə birləşdirərsə, onun davamlılığı və regional çəkisi də bir o qədər arta bilər.

Lakin burada ən maraqlı məqam odur ki, TRIPP-in Qazaxıstan və Qırğızıstana açılması Azərbaycanın Orta dəhlizdəki rolunu azaltmaya da bilər; əksinə, düzgün qurulduğu halda Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əsas tranzit həlqə kimi əhəmiyyətini daha da artıra bilər. Çünki Mərkəzi Asiyadan gələn yükün TRIPP vasitəsilə Qərbə çatması üçün ən məntiqli marşrutlardan biri yenə də Xəzər-Azərbaycan-Naxçıvan-Türkiyə xəttidir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” - Əməkdar artistdən kövrək AÇIQLAMA
Bu gün, 10:11
Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi – MƏHKƏMƏ
Bu gün, 10:08
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
Bu gün, 10:06
"Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama
Bu gün, 10:01
Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi - “Joqovurd”
Bu gün, 09:58
Anar Bayramov direktor müavinini işdən çıxardı - ƏMR
Bu gün, 09:55
“Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb
Bu gün, 09:54
Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi - TƏFƏRRÜAT
Bu gün, 09:50
Bağban olub, qəzet paylayıb - “Sabah”ın məşqçisinin inanılmaz həyat hekayəsi
Bu gün, 09:44
Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu
Bu gün, 09:35
Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Bu gün, 09:32
Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? - İNCƏLƏMƏ
Bu gün, 09:31
Paşinyan Fransaya səfərə yola düşüb
Bu gün, 09:26
Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Bu gün, 08:59
Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28
Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20
Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16
“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14
ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32
Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53
Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04
AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56
LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41
Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26
"Bizim kənddə nə vaxt yola çıxıram, eyni bərbad mənzərə..." - GİLEY
Bu gün, 05:23
"Beşiktaş" üçün Bakı da doğma divarlardır... - Elə "Hapoel" üçün də...
Bu gün, 05:11
Bəli, nazir Əmrullayev düz deyir... - AMMA...
Bu gün, 05:05
Hər yanı korrupsiya... EY ANA VƏTƏN! - REPLİKA
Bu gün, 05:00
Ermənilərlə müharibə yox, ticarət olmalıdır... - Bəs siz onların mallarını alarsınızmı?
Bu gün, 04:55
Elm ardınca gerçəkdən də ÇİNƏ GETMƏLİYİK... - ÇÜNKİ...
Bu gün, 04:49
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..." - İlqar Məmmədov
Bu gün, 04:46
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru