
“Yalnız qeyri-adi, fenomen istedada malik aktyorlar o yükün altından çıxa bilir.”
Rejissor sənət adamlarının gün ərzində məcburiyyətdən 3-4 iş arxasınca qaçdıqlarını, nəticədə bunun ümumi kinonun keyfiyyətinə mənfi təsir göstərdiyini bildirib:
“Təəssüflər olsun ki, bu gün aktyorlar və rejissorlar da daxil olmaqla, sənət adamları gün ərzində 3-4 iş arxasınca qaçırlar. Nəticədə enerji itirirlər, işlərinə yetərincə diqqət yetirə bilmirlər. Ümumiyyətlə, Azərbaycanda kinonun keyfiyyətsizliyinin əlli faizini məhz bu məqam təşkil edir. Əslində, rejissorlar aktyorlarla işləməlidir. Xüsusən seriallarda bu, mümkün olmur; çünki vaxt və pul azlığı səbəbindən sürətlə çoxlu səhnələr çəkilməlidir və s. Rejissor da tam olaraq aktyora, onun oyununa və aktyor məharətinə fokuslana bilmir. Yalnız qeyri-adi, fenomen istedada malik aktyorlar o yükün altından çıxa bilir. Bununla belə, çox güclü aktyorlarda da təkrarlanma təhlükəsi baş verir. Amma ümumilikdə isə, kaş ki, kinomuzda elə problem aktyor problemi olaydı. Bu, ən sonuncu problemdir”.
























