Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dərman və iynə yoxdur, yataq dəstləri yararsız, palatalarda natəmizlik – vətəndaşlar aidiyyəti qurumlardan araşdırma tələb edir Gəncənin ən böyük tibb müəssisələrindən biri olan Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında xəstələrin müalicə və saxlanma şəraiti ilə bağlı vətəndaşların narazılıqları gündəmə gəlib. Qeyd edək ki, xəstəxana hazırda TƏBİB-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının strukturunda fəaliyyət göstərir. PatriotNews.com.az-a daxil olan müraciətlərdə xəstələrin və onların yaxınlarının üzləşdiyi bir sıra problemlərdən bəhs edilir. “Bu dərman və iynə xəstəxanada yoxdur” Vətəndaşların iddialarına görə, həm təcili şöbədə, həm də stasionar müalicə zamanı xəstələrə bəzi dərman və iynələrin xəstəxanada olmadığı bildirilir. Nəticədə xəstələrin yaxınları həmin preparatları apteklərdən öz vəsaitləri hesabına almağa məcbur olurlar. Bu isə onsuz da xəstəliklə bağlı maddi və mənəvi çətinlik yaşayan ailələr üçün əlavə yük yaradır. Palatalarda natəmizlik, texniki vasitələr sıradan çıxıb Şikayətlər bununla da bitmir. Vətəndaşların sözlərinə görə, bəzi palatalarda natəmizlik müşahidə olunur, xəstələrin istifadəsi üçün nəzərdə tutulan bir sıra texniki vasitələr isə sıradan çıxmış vəziyyətdədir. Bundan başqa, sanitar qovşaqlarının təmirə ehtiyacı olduğu bildirilir. Xəstəxanada müalicə alan insanların sağlamlığının bərpası üçün yaradılan şəraitin özü əlavə narahatlıq mənbəyinə çevrilməməlidir. Yataq dəstləri niyə xəstələrin yaxınlarının üzərinə düşür? Daha bir ciddi iddia isə xəstələrə təqdim olunan yataq dəstlərinin vəziyyəti ilə bağlıdır. Vətəndaşların bildirdiyinə görə, bəzi yataq dəstləri yararsız vəziyyətdə olduğundan xəstələrin yaxınları məcbur qalaraq evdən yataq dəsti gətirirlər. Təbii sual yaranır: Stasionar müalicə alan xəstənin təmiz və yararlı yataq dəsti ilə təmin olunması xəstəxananın vəzifəsinə daxil deyilmi? Şöbələrə kənar şəxslər necə daxil olur? Xəstələrin narazılıq etdiyi digər məsələ isə xəstəxananın şöbələrinə kənar şəxslərin daxil olmasıdır. İddialara görə, bəzi şəxslər əllərində müxtəlif meyvə və tərəvəzlər olmaqla palatalara daxil olaraq məhsulları xəstələrə və onların yaxınlarına satmaq adı ilə təklif edirlər. Əgər bu iddialar təsdiqini taparsa, burada həm sanitar, həm də təhlükəsizlik baxımından ciddi suallar yaranır. Xəstəxananın şöbələrinə kənar şəxslərin girişinə kim nəzarət edir? “Əlavə diqqət” iddiası araşdırılmalıdır Vətəndaşların səsləndirdiyi daha bir ciddi narazılıq isə xəstələrə münasibətlə bağlıdır. Bəzi xəstə yaxınları iddia edirlər ki, xəstəyə daha yaxşı və diqqətli xidmət göstərilməsi üçün müəyyən formada “əlavə diqqət” gözləntisi yaradılır. Onların sözlərinə görə, bu gözlənti qarşılanmadıqda xəstəyə münasibətdə diqqətsizlik müşahidə olunur. Bu iddialar doğrudursa, məsələ ciddi şəkildə araşdırılmalıdır. Aidiyyəti qurumlar suallara cavab verməlidir Maraqlıdır ki, 2026-cı ilin may ayında da Abbas Səhhət adına xəstəxanada şəraitlə bağlı xəstələrin və yaxınlarının oxşar şikayətləri mediada yer almışdı. Həmin məlumatlarda çarpayı və xərəklərin texniki vəziyyəti, döşəmələr və sanitar qovşaqlarla bağlı problemlərdən bəhs olunurdu. Digər tərəfdən, xəstəxana 2016-cı ildə əsaslı təmirdən sonra istifadəyə verilmiş, 245 çarpayılıq tibb müəssisəsində müasir tibbi avadanlıqların quraşdırıldığı rəsmi məlumatlarda bildirilmişdi. Bu baxımdan hazırda səsləndirilən iddialar daha ciddi araşdırma tələb edir. PatriotNews.com.az olaraq aidiyyəti qurumlardan aşağıdakı suallara aydınlıq gətirilməsini gözləyirik: - Xəstələrə lazım olan dərman və iynələrin xəstəxanada olmamasının səbəbi nədir? - Xəstələr hansı hallarda dərmanları öz hesablarına almalıdırlar? - Palataların sanitar vəziyyətinə kim nəzarət edir? - Yararsız yataq dəstləri nə zaman yenilənəcək? - Sıradan çıxmış texniki vasitələrin bərpası nə vaxt həyata keçiriləcək? - Sanitar qovşaqların təmiri ilə bağlı tədbirlər görüləcəkmi? - Kənar şəxslərin xəstəxananın şöbələrinə daxil olmasına necə yol verilir? - Xəstələrdən hər hansı formada əlavə ödəniş və ya “diqqət” tələb olunması ilə bağlı araşdırma aparılıbmı? PatriotNews.com.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
Bu gün, 12:01 |
|
|
|
| • Zaxarovadan Merzə sərt ittiham: - Kölədir...
Bu gün, 11:58 |
|
|
|
| • Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat - ƏMR
Bu gün, 11:46 |
|
|
|
| • SOCAR-da YENİ KADR TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 11:44 |
|
|
|
| • Mühacir jurnalistə ağır itki
Bu gün, 11:42 |
|
|
|
| • Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...
Bu gün, 11:35 |
|
|
|
| • “Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI
Bu gün, 11:26 |
|
|
|
| • Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır - Narkotrafik və kiberşəbəkələrə qarşı QLOBAL İTTİFAQ
Bu gün, 11:21 |
|
|
|
| • Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Bu gün, 11:17 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 11:11 |
|
|
|
| • Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:03 |
|
|
|
| • Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
Bu gün, 10:46 |
|
|
|
| • Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
Bu gün, 10:43 |
|
|
|
| • Bağçaya növbəyə yazılma prosesinə başlanılır - DİQQƏT
Bu gün, 10:39 |
|
|
|
| • NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR - “Naxçıvanda diplomu rüşvətlə almısan”
Bu gün, 10:37 |
|
|
|
| • Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 10:29 |
|
|
|
| • Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər - NARAZILIQ VAR...
Bu gün, 10:26 |
|
|
|
| • “Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” - Əməkdar artistdən kövrək AÇIQLAMA
Bu gün, 10:11 |
|
|
|
| • Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi – MƏHKƏMƏ
Bu gün, 10:08 |
|
|
|
| • Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
Bu gün, 10:06 |
|
|
|
| • "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama
Bu gün, 10:01 |
|
|
|
| • Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi - “Joqovurd”
Bu gün, 09:58 |
|
|
|
| • Anar Bayramov direktor müavinini işdən çıxardı - ƏMR
Bu gün, 09:55 |
|
|
|
| • “Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb
Bu gün, 09:54 |
|
|
|
| • Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi - TƏFƏRRÜAT
Bu gün, 09:50 |
|
|
|
| • Bağban olub, qəzet paylayıb - “Sabah”ın məşqçisinin inanılmaz həyat hekayəsi
Bu gün, 09:44 |
|
|
|
| • Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu
Bu gün, 09:35 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Bu gün, 09:32 |
|
|
|
| • Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? - İNCƏLƏMƏ
Bu gün, 09:31 |
|
|
|
| • Paşinyan Fransaya səfərə yola düşüb
Bu gün, 09:26 |
|
|
|
| • Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Bu gün, 08:59 |
|
|
|
| • Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30 |
|
|
|
| • Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28 |
|
|
|
| • Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20 |
|
|
|
| • Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16 |
|
|
|
| • “Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14 |
|
|
|
| • ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51 |
|
|
|
| • Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35 |
|
|
|
| • “Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32 |
|
|
|
| • Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27 |
|
|
|
| • Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
| • "ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59 |
|
|
|
| • ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57 |
|
|
|
| • Tarixi sənəd “İran” adını alt-üst etdi: 310 il öncənin Avropa xəritəsində maraqlı detal - FOTO
Bu gün, 06:53 |
|
|
|
| • Gəncədə 33 yaşlı kişi bıçaqlanıb - TƏFƏRRÜAT
Bu gün, 06:50 |
|
|
|
| • Bu mövzunu gündəmdən çıxarmaq lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:04 |
|
|
|
| • AZERCELL cibə girməyə DAVAM EDİR... - "Nə vaxta kimi belə davam edəcək?"
Bu gün, 05:56 |
|
|
|
| • LEOBANK yenə də narazılıq yaratdı... - MÜRACİƏT
Bu gün, 05:41 |
|
|
|
| • Paşinyan buna hansı ağılla İCAZƏ VERİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:26 |
|
|
|
|