
Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Füzuli Hüseynovun doğum günüdür.
Aktyor Qaynarinfo-ya açıqlamasında təmtəraqlı tədbirləri və ad günü qeyd etməyi sevmədiyini bildirib.
“Mənim üçün ad günü sıradan bir gündür. Dostlar məcbur etsə, yeyib-içirik, vəssalam. Heç vaxt ad günümdə özümə hədiyyə də almamışam”, – deyə Füzuli Hüseynov qeyd edib.
64 yaşlı aktyor onu təbrik edən hər kəsə təşəkkürünü bildirib.
























