Məhbus icazə ilə cəzaçəkmə müəssisəsindən çıxdı, geri qayıtmayıb tanışını öldürdü .....                     Müəllimlərin şikayət etdiyi kollec rəhbəri işdən çıxarıldı .....                     İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır .....                     Rusiyadan yeni anti-Azərbaycan çağırışları .....                     Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu .....                     Laçin aparılan quruculuq işləri sayəsində gözəl məkana çevirir .....                     Bakı İdman Liseyində dələduzluq faktı... .....                     "Bu məsələdə lap aşağıdan - bələdiyyə sədrindən tutmuş icra başçısınadək cəzalanmalıdır" .....                     Azərbaycan xalqının borc yükü niyə və necə artır? .....                     Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? .....                     Adil Əliyev bunları görmürmü... bilmirmi?.. .....                     Qanuna meydan oxumaq, yoxsa qanunu bilməmək? .....                     Rusiya “Xəzər ekspresi”ni işə salıb: Bizi hansı təhlükə gözləyir? .....                     "UHNAR TRADE"in başı bəlada: 183 min manatlıq vergi borcu .....                     "Məhkəmədə 'Quran' gətizdirib and içəcəyəm..." .....                     Molla rejimi Koroğluya savaş açdı: Təbriz ayağa qalxdı .....                     Rus KİV-ləri bizi nə qədər çox hədəfə gətirəcəksə... .....                     İndi pullar əks istiqamətə axır... .....                     Rusiyanın Azərbaycana təzyiqinin 10 səbəbi... .....                     Türkiyədə təriqət liderlərinin həbsi... .....                     Sentyabrın 15-dən sonra nə edəcəksiniz... nə edəcəyik,!! .....                     "Adama deyərlər, sənin qəsdin-qərəzin nədir bu Əlisa Nicatla?" .....                     "Hər an sizin də pulunuz bata bilər.." .....                     AzəriQaz-dan müəmmalı HESAB-KİTAB... .....                     Təmir adı ilə gəlib, suyu birdəfəlik kəsdilər... .....                     "Bu ,ölkəmizin gələcəyi üçün düşünülmüş təhlükənin siyasi kodudur.." .....                     Hökumət büdcə xərclərini azaldır .....                     Türkiyə, Suriya və İsraili bir araya gətirəcək format yaradılır .....                     Azərbaycanın payı Rusiyaya yaxınlaşır .....                     Şəkidə əmlak kompleksi 2 milyon manata .....                     Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır .....                     İranda Tramp üçün “ölüm fondu: .....                     Yanmasın deyə pəncərədən tullanıb öldü .....                     D-8-dən Orta Dəhlizə: Azərbaycan və İndoneziya arasında yeni təmas nöqtələri .....                     Atatürk Mərkəzi gözətçi və sürücü ilə xidməti müqavilə bağlayıb .....                     "İşə düzəlməkdə də ciddi çətinlik çəkir, AMMA..." .....                     Xaçmazın 85 illik məktəbi baxımsız vəziyyətdədir .....                     “Azərbaycan və Türkiyə yeni dövlət yaradır: adı isə…” .....                     Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü .....                     Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır .....                 

Məhbus icazə ilə cəzaçəkmə müəssisəsindən çıxdı, geri qayıtmayıb tanışını öldürdü – İTTİHAM AKTI
Tarix: Bu gün, 10:31 | Çap et

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən boyun qaçırmada təqsirləndirilən Rauf Sadıqovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs əvvəllər də ağır cinayətə törətdiyi üçün məhkum olunub.

İttihama görə, o, 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (xuliqanlıq niyyətilə, qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi müddətdə cəzasının qalan hissəsini çəkməsi üçün cəzaçəkmə müəssisəsi dəyişdirilib.

İş materiallarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2025-ci il tarixli qərarı ilə məhkumun cəzaçəkmə müəssisəsinin növü dəyişdirilib və Rauf Sadıqov cəzasının çəkilməmiş 9 ay 9 gününü çəkmək üçün Şabran rayonunun Sarvan kəndində yerləşən cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun müəssisənin rəhbərinin qərarı əsasında cəzaçəkmə müəssisəsindən kənarda nəzarətsiz hərəkət etməsinə də icazə verilib.

Belə ki, Rauf Sadıqov Bakı şəhərində yerləşən “Qlobus Dəftərxana” adlı obyektdə satış inzibatçısı vəzifəsində işlədiyinə görə həftənin müəyyən günlərində müəssisədən çıxmasına və işdən sonra geri qayıtmasına icazə verilib. Qrafikə əsasən, məhkumun həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə günləri üçün cəzaçəkmə müəssisəsindən çıxma vaxtı saat 08:00, cəzaçəkmə müəssisəsinə qayıtma vaxtı isə saat 19:00 olaraq müəyyən edilib. Lakin 2025-ci ildə cümə axşamı günlərindən birində saat 19:00-da icazə müddəti başa çatmasına baxmayaraq, Rauf Sadıqov cəzaçəkmə müəssisəsinə qayıtmayıb.

O, bunu sərnişin daşıma haqqını ödəmək üçün kifayət qədər pulunun olmaması ilə əsaslandırıb.

Beləliklə, ittihama əsasən, Rauf Sadıqov azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsindən boyun qaçırıb.

İş üzrə ittihamın digər epizodu isə daha ağır nəticə ilə başa çatıb.

Belə ki, 2025-ci il dekabrın 26-da saat 00:00 radələrində təqsirləndirilən şəxs tanışı tərəfindən “WhatsApp” vasitəsilə görüşə dəvət edilib. O, tanışı və zərərçəkmiş Ramin Qarayevlə birlikdə taksi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığına gedib.

İttihamda qeyd olunur ki, Rauf Sadıqov, zərərçəkmiş və digər şəxs metrostansiyanın yaxınlığında olduqları müddətdə heroin əldə etdikdən sonra üç nəfər eyni taksi ilə geri qayıdıblar.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avtomobilin arxa hissəsi qaranlıq olub. Taksi haqqını ödəmək üçün pulunu sayarkən işıq lazım olduğundan o, mobil telefonunu Ramin Qarayevə verib. Zərərçəkmiş şəxs telefonu geri qaytarmayıb. Rauf isə həmin vaxt telefonunun onda qaldığına diqqət etməyib.

Təyinat yerinə çatdıqdan və avtomobildən düşdükdən bir müddət sonra telefonunun zərərçəkmiş şəxsdə qaldığını xatırlayan təqsirləndirilən şəxs onu geri tələb edib.

Telefonun qaytarılmaması tərəflər arasında mübahisəyə səbəb olub.

Yaranmış mübahisə zamanı Rauf qisas almaq məqsədilə yaşadığı evdən mətbəx bıçağı götürüb. Təqsirləndirilən şəxs həmin bıçaqla Raminin döş qəfəsi nahiyəsinə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsin döş qəfəsinə daxilə nüfuz edən, ağciyərin zədələnməsi və daxili qanaxma ilə nəticələnən deşilmiş-kəsilmiş yarası əmələ gəlib. Bu xəsarətlər həyat üçün təhlükəli olub və Raminin ölümünə səbəb olub.

Məhkəmə iclasında Rauf Sadıqov ona qarşı CM-in 120.1-ci və 305-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə günü tanışı ona zəng edərək metronun “Neftçilər” stansiyasının yaxınlığına getməyi təklif edib. Görüşün məqsədindən xəbərsiz olub və tanışının Raminlə birlikdə gəldiyini sonradan görüb.

Təqsirləndirilən şəxs bildirib ki, üç nəfər taksi ilə metrostansiyanın yaxınlığına gedib, digər iki şəxs avtomobildən düşərək təxminən 10 dəqiqə sonra geri qayıdıb. O, onların həmin ünvanda kiminlə görüşdüyünü və nə etdiyini bilmədiyini deyib.

Geri qayıdarkən avtomobilin arxa hissəsində zərərçəkmiş şəxslə birlikdə əyləşdiyini, digər şəxsin isə ön oturacaqda olduğunu söyləyib.

Raufun sözlərinə görə, taksi haqqını ödəmək üçün pul sayarkən avtomobilin arxası qaranlıq olduğundan telefonunun işığını yandırıb və zərərçəkmiş şəxsə verib.

Təqsirləndirilən şəxs ifadəsində telefonunu geri tələb etdiyini, lakin Raminin müxtəlif bəhanələr gətirərək onu qaytarmadığını bildirib. Telefonun qaytarılmaması Raufu qəzəbləndirib.

Raufun ifadəsinə əsasən, telefonun qaytarılmaması ilə bağlı mübahisə davam edərkən o, üzərində olan mətbəx bıçağını çıxarıb və zərərçəkmiş şəxsin sinə nahiyəsinə iki dəfə zərbə vurub. O, həmçinin bıçaq əlində olduğu halda Raminin üz nahiyəsinə zərbə endirdiyini və nəticədə onun üzünün kəsildiyini bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra zərərçəkmiş şəxs özündə olmayıb.

Rauf tanışından təcili tibbi yardım çağırmasını istəyərək hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra polis əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində saxlanılıb.

Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını bildirib və əməlindən peşman olduğunu deyib.

Məhkəmədə Rauf əvvəlki məhkumluğu barədə də ifadə verib. O qeyd edib ki, 2020-ci ildə CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmin cəzanın təxminən 5 il 4 ayını cəzaçəkmə müəssisəsində çəkib, qalan müddəti çəkmək üçün isə Şabran rayonunda yerləşən digər cəzaçəkmə müəssisəsinə köçürülüb.

Təqsirləndirilən şəxs bildirib ki, müəssisədə rejim qaydalarına əməl etdiyinə və işə düzəlməsi ilə bağlı əmək müqaviləsi təqdim etdiyinə görə müəyyən günlərdə müəssisədən kənarda işləməsinə icazə verilib.

O, hadisə baş verən zaman həmin müəssisədə cəza çəkdiyini və cəzasının başa çatmasına təxminən üç ay qaldığını söyləyib.

İfadəsinə görə, hadisədən əvvəl müəssisəyə telefonla zəng edərək yol pulu olmadığı üçün həmin axşam geri qayıtmayacağını bildirib.

Rauf sonda törətdiyi əməldən peşman olduğunu qeyd edib.

Məhkəmənin hökmü ilə Rauf Sadıqov 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhbus icazə ilə cəzaçəkmə müəssisəsindən çıxdı, geri qayıtmayıb tanışını öldürdü – İTTİHAM AKTI
Bu gün, 10:31
Müəllimlərin şikayət etdiyi kollec rəhbəri işdən çıxarıldı - ƏMR
Bu gün, 10:27
İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır - DİQQƏT
Bu gün, 10:26
Rusiyadan yeni anti-Azərbaycan çağırışları - NƏ BAŞ VERİR?
Bu gün, 10:17
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 10:01
Laçin aparılan quruculuq işləri sayəsində gözəl məkana çevirir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:59
Bakı İdman Liseyində dələduzluq faktı... - gəlin-qaynana tandemi kimlərə arxalanır?
Bu gün, 08:22
"Bu məsələdə lap aşağıdan - bələdiyyə sədrindən tutmuş icra başçısınadək cəzalanmalıdır" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 08:09
Azərbaycan xalqının borc yükü niyə və necə artır? - Ekspert deyir ki...
Bu gün, 08:05
Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? - MÜRACİƏT
Bu gün, 08:00
Adil Əliyev bunları görmürmü... bilmirmi?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:58
Qanuna meydan oxumaq, yoxsa qanunu bilməmək? - İTTİHAM VAR...
Bu gün, 07:54
Rusiya “Xəzər ekspresi”ni işə salıb: Bizi hansı təhlükə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:51
"UHNAR TRADE"in başı bəlada: 183 min manatlıq vergi borcu - FOTO
Bu gün, 07:48
"Məhkəmədə 'Quran' gətizdirib and içəcəyəm..." - QALMAQAL
Bu gün, 07:46
Molla rejimi Koroğluya savaş açdı: Təbriz ayağa qalxdı - VİDEO
Bu gün, 07:42
Rus KİV-ləri bizi nə qədər çox hədəfə gətirəcəksə... - AKTUAL
Bu gün, 07:29
İndi pullar əks istiqamətə axır... - NECƏ VƏ NƏ OLDU Kİ?..
Bu gün, 07:25
Rusiyanın Azərbaycana təzyiqinin 10 səbəbi... - İNCƏLƏMƏ
Bu gün, 07:17
Türkiyədə təriqət liderlərinin həbsi... - NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Sentyabrın 15-dən sonra nə edəcəksiniz... nə edəcəyik,!! - AXI NİYƏ?..
Bu gün, 07:08
"Adama deyərlər, sənin qəsdin-qərəzin nədir bu Əlisa Nicatla?" - Aydın Candan SƏRT ETİRAZ!
Bu gün, 06:56
"Hər an sizin də pulunuz bata bilər.." - UYARI
Bu gün, 06:43
AzəriQaz-dan müəmmalı HESAB-KİTAB... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Təmir adı ilə gəlib, suyu birdəfəlik kəsdilər... - GİLEY
Bu gün, 06:31
"Bu ,ölkəmizin gələcəyi üçün düşünülmüş təhlükənin siyasi kodudur.." - Fazil Mustafa
Bu gün, 06:25
Hökumət büdcə xərclərini azaldır – Gələn ilə hazırlıq?
Dünən, 17:59
Türkiyə, Suriya və İsraili bir araya gətirəcək format yaradılır - AÇIQLAMA
Dünən, 17:56
Azərbaycanın payı Rusiyaya yaxınlaşır - GƏLİŞMƏ...
Dünən, 17:16
Şəkidə əmlak kompleksi 2 milyon manata - SATIŞA ÇIXARILDI
Dünən, 17:15
Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır - AXI NİYƏ?
Dünən, 17:10
İranda Tramp üçün “ölüm fondu: - Ekspert kampaniyanın gizlinini açıqladı
Dünən, 17:04
Yanmasın deyə pəncərədən tullanıb öldü - Qəlyana görə kafeyə od vuran Familin İŞİ
Dünən, 17:02
D-8-dən Orta Dəhlizə: Azərbaycan və İndoneziya arasında yeni təmas nöqtələri - İNCƏLƏMƏ
Dünən, 16:58
Atatürk Mərkəzi gözətçi və sürücü ilə xidməti müqavilə bağlayıb – Əmək Məcəlləsində nə yazılıb?
Dünən, 16:53
"İşə düzəlməkdə də ciddi çətinlik çəkir, AMMA..." - GİLEY
Dünən, 16:41
Xaçmazın 85 illik məktəbi baxımsız vəziyyətdədir - VİDEO
Dünən, 16:35
“Azərbaycan və Türkiyə yeni dövlət yaradır: adı isə…” - ilginc İDDİA
Dünən, 16:26
Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü - TƏFƏRRÜAT
Dünən, 15:51
Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır - Həbs olunacağı deyilirdi...
Dünən, 15:45
“David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI – RESİDİVİSTİN SONU?
Dünən, 15:37
"Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO
Dünən, 15:33
Kolleclərə qeydiyyat başlayıb -DİQQƏT
Dünən, 15:26
Rusiyanın Hindistan planları... - Kreml istəyir ki...
Dünən, 15:24
"FHN-dən gələn cavab məktubları “yola verdim” məsəlinə dönüb…” - Jurnalist Kəmaləddin Heydərova müraciət etdi
Dünən, 13:30
Məhkəmə piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı
Dünən, 13:28
Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi olub
Dünən, 13:26
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə: Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri... - TƏFƏRRÜAT
Dünən, 13:14
Qaş düzəldən yerdə göz çıxarmaq... - Kartlara qoyulan limit hansı problemləri yaradıb?
Dünən, 13:12
Trampın yeni planı İranı qəzəbləndirdi - Tehranın son rıçağı əlindən alınır
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru