Əsas Səhifə > Güney Press > Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb


Bu gün, 11:46

Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanması və "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə razılaşmaların mövcudluğu Birləşmiş Ştatlara Bakı və İrəvanla münasibətləri yenidən başlatmağa imkan verdi.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun "CIVILNET"ə müsahibəsində bildirib.

"ABŞ bu məqamdan (2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit - red.) həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli münasibətlərimizi yenidən başlatmaq üçün istifadə etdi", - müşavir bildirib.


Geri qayıt