Əsas Səhifə > Güney Press > Əlizamin Salayev azadlığa buraxıldı

Əlizamin Salayev azadlığa buraxıldı


Bu gün, 11:11

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayev azadlığa buraxılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Müsavat Partiyasının fəalı Əziz Məmiyev məlumat verib.

Ə.Salayev bu gün azadlığa çıxıb.

Qeyd: Əlizamin Salayev 2023-cü ilin fevralında saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq - silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum edib.


Geri qayıt