NATO-nun Vilnüs sammiti: Ukrayna üçün veriləcək qərarlar - İNCƏLƏMƏ...
Tarix: 10-07-2023, 15:42 | Çap et
 İyulun 11-12-də NATO-nun Vilnüsdə Zirvə sammiti keçiriləcək, budəfəki iclasın bir nömrəli mövzusu Ukrayna-NATO münasibətlərinin gələcəyi, prioritetlərin Avroatlantik məkanda təhlükəsizliyin gücləndirilməsinə təsirləri barədə olacaq.
Vilnüsdəki sammit Ukraynanın NATO-ya üzv olmaq üçün ABŞ-nin təsəvvür və hesablamalarını Kiyevin xeyrinə necə dəyişdirə biləcəyi barədə üzləşdiyi problemləri dilə gətirmək üçün yaxşı platformadır.
Vilnüs sammiti öncəsi NATO üzvü Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki vasitəçilik profilini Moskva-Kiyev arasındakı balanslaşdırma aktından kənara çıxarması diqqət çəkir.
Bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbula səfər edərək Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşü Ərdoğanın NATO-nu Kiyevin üzünə açıq elan etməsi ilə nəticələndi, lakin bu, hələ Ankara-Moskva xəttinin gərginləşəcəyi mənasını vermir.
Ərdoğan-Zelenski danışıqlarının nəticəsində Türkiyənin “Azov” komandirlərini Ukraynaya təhvil verməsi daha çox müzakirə mövzusudur. Kremldən qəzəbli səslər çıxır, hərçənd, böyük ölçüdə burada razılaşdırılmış elementlər də görmək mümkündür.
Ona görə ki:
- Ərdoğan “Vaqner” qiyamı zamanı Rusiya Prezidenti Vladimir Putinə açıq-aşkar dəstək nümayiş etdirmişdi;
- Aydınlaşır ki, Ərdoğan bu dəstəkdən sonra Zelenski ilə mümkün görüşdə Ukraynanın xeyrinə, ümumilikdə isə NATO-nun maraqlarına uyğun bəyanat səsləndirəcəyini və addımlar atacağını bildirib;
- Türkiyə Rusiyanın geosiyasi nüfuzunun zəiflədiyi bir zamanda Suriya cəbhəsində hələ də üstünlükdə olan Moskvadan güzəştlər qoparmaq üçün fürsətləri qiymətləndirir.
Ukrayna ilə bağlı mövqenin Qərblə bağlı hissələri Türkiyənin NATO üzvü kimi kollektiv öhdəliklərə riayət etdiyini vurğulayır, Ankara Rusiyanın aqressiya silsiləsini qırmaq şəbəkəsinə qoşulduğunu göstərir.
Türkiyə fərdi olaraq bunu Rusiyaya qarşı genişmiqyaslı akta çevirmək niyyətində deyil, əsas məqsəd Moskva əleyhinə bəyanatlardan sonra NATO ölkələrinin əsas güclərindən Ankaranın strateji məqsədlərinə dəstək almaqdır.
Türkiyə NATO-nun aparıcı qüvvəsi ABŞ-dən Suriya cəbhəsində və PKK-ya qarşı mübarizədə, ölkədə tüğyan edən iqtisadi çətinliklərin həllində dəstək gözləyir, Ərdoğan Kiyevə etdiyi jestlərlə, belə demək mümkündürsə, topu Vaşinqtonun ayağına ötürdü.
Ərdoğan NATO sammitində ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək, onun tələb dairəsi “F-16” qırıcılarının ölkəyə gətirilməsindən tutmuş, geniş miqyasda regional məsələlərdə Ankaraya dəstəklərin göstərilməsi məsələlərini əhatə edə bilər. Ərdoğanın Ukraynanı NATO üzvlüyünə layiq bilməsi ilə qeyd edilənlər arasında bağlantı olması ehtimalı güclü versiya kimi səslənir.
Hərçənd ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Alyans daxilində fikir haçalanmaları mövcuddur.
Əsas söz sahibi olan ABŞ hesab edir ki, Ukrayna müəyyən mərhələləri keçdikdən, bütün meyarlara cavab verdikdən sonra NATO ailəsinin “övladı” ola bilər.
ABŞ-nin və onun narahatlıqlarına şərik çıxan NATO üzvlərinin haqlı olduğu məqamlar var, belə ki, Ukraynada yüksəkintensivli müharibənin davam etdiyi, Rusiyanın nüvə şantajına keçdiyi bir vaxtda Kiyevin Alyansa qəbul olunması böyük risklər yaradar.
Buna görə də NATO-nun Vilnüsdəki Zirvə görüşündə uzağı Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün alətləri çoxaltmaq barədə qərar verilə bilər.
Buraya daxildir:
- Ukraynanın texnika ilə, sursatla, kəşfiyyat məlumatları ilə əhatəli təminatı;
- Döyüş planlaşdırılması, təlimlər barədə yeni kodlaşdırmalar.
Vilnüs sammitində Ukraynanın NATO-ya üzv olması ilə bağlı yekdil qərarın çıxarılacağını düşünmək sadəlövhlük olardı.
Bu baxımdan Ukrayna hələ Rusiya ilə NATO arasındakı boz zonada qalmaqda davam edəcək, o, yalnız müharibədə qələbə qazandıqdan sonra Alyans üzvlüyünə baxa bilər.
Lakin sammitdə Ukrayna ordusuna planlaşdırma üçün dərin və incə şəkildə tərtib edilmiş hərbi əməliyyatlar xəritəsini təqdim etmək barədə mühüm qərarlar çıxarıla bilər.
Aqşin Kərimov - DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Bu gün, 12:09 |
|
|
|
| • Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl - İNCƏLƏMƏ
Bu gün, 12:05 |
|
|
|
| • "Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi
Bu gün, 12:00 |
|
|
|
| • Qarabağ ərazisinə düşən ABŞ kəşfiyyat təyyarəsindəki 9 nəfər NECƏ SAĞ QALDI?
Bu gün, 11:58 |
|
|
|
| • "Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..." - Ermənistanın ABŞ-dakı səfiri deyir ki...
Bu gün, 11:55 |
|
|
|
| • “Paşinyan Rusiyadan gələn təhlükəni dərk edir” - ŞƏRH
Bu gün, 11:47 |
|
|
|
| • Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:45 |
|
|
|
| • “Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı – Foto
Bu gün, 11:43 |
|
|
|
| • Reklam bazarını kimlər “öldürür”? – Zəif medianın ölkə üçün təhlükəsi…
Bu gün, 11:39 |
|
|
|
| • Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
Bu gün, 11:36 |
|
|
|
| • Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb
Bu gün, 11:30 |
|
|
|
| • 90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs AZADLIĞA BURAXILDI
Bu gün, 11:29 |
|
|
|
| • Müctəba Xamenei ölüb - Lisak
Bu gün, 11:28 |
|
|
|
| • YAP-da qadın sədrlərin sayı açıqlanıb
Bu gün, 11:26 |
|
|
|
| • Məktəb qarşısında tanışını bıçaqlanan şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 11:24 |
|
|
|
| • "Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..." - BURASI NAXÇIVANDIR!
Bu gün, 11:17 |
|
|
|
| • FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə 5,2 manat milyon xərcləyəcək
Bu gün, 11:09 |
|
|
|
| • Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı QƏRAR
Bu gün, 11:08 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi - DETALLAR
Bu gün, 11:07 |
|
|
|
| • Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi - BAĞLANIR
Bu gün, 11:06 |
|
|
|
| • Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı – HÖKM
Bu gün, 11:05 |
|
|
|
| • Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
| • “Belə valideynin xoşbəxt övladı olur” – Aygün Kazımovanın uşaqlarla maraqlı anları
Bu gün, 11:03 |
|
|
|
| • Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi
Bu gün, 11:02 |
|
|
|
| • Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI
Bu gün, 11:01 |
|
|
|
| • Polis kapitanı çayda boğulub - FOTO
Bu gün, 10:58 |
|
|
|
| • Əməkdar artistdən kobud qayda pozuntusu: yolu kəsib mahnı oxudu - VİDEO
Bu gün, 10:56 |
|
|
|
| • "Güclü sənətin qarşısını heç kim kəsə bilməz"
Bu gün, 10:55 |
|
|
|
| • “Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” – Qaluzin deyir ki...
Bu gün, 10:21 |
|
|
|
| • "Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu"
Bu gün, 10:13 |
|
|
|
| • Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir - "İnterfaks-Qazaxıstan"
Bu gün, 10:09 |
|
|
|
| • Vaşinqtondan başlanan sülh prosesi - MƏQALƏ
Bu gün, 09:02 |
|
|
|
| • Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00 |
|
|
|
| • Götürək Gürcüstan cəmiyyətini... - Fazil Mustafa yazır...
Bu gün, 08:57 |
|
|
|
| • "Evdə uşaq ac qalmalıdır?" - "Kapital bank" a "DUR" deyən olacaqmı?
Bu gün, 08:50 |
|
|
|
| • “VƏ”dən əvvəl gələn Azərbaycan - Elçin Mirzəbəyli yazır...
Bu gün, 08:40 |
|
|
|
| • Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz - Vuçiç
Bu gün, 08:30 |
|
|
|
| • Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə – Regionda proseslər sürətləndi
Bu gün, 08:29 |
|
|
|
| • Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... - "Az qala hər ay maaşlar aşağı düşür..."
Bu gün, 08:25 |
|
|
|
| • Tarix məhkəmə zalı deyil... - REPLİKA
Bu gün, 08:04 |
|
|
|
| • "Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58 |
|
|
|
| • 2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51 |
|
|
|
| • "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39 |
|
|
|
| • " Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34 |
|
|
|
| • 4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29 |
|
|
|
| • Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23 |
|
|
|
| • "21-ci əsrdir... amma bu kənddə..." - GİLEY
Bu gün, 07:10 |
|
|
|
| • Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:57 |
|
|
|
| • ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30 |
|
|
|
| • Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24 |
|
|
|
|