Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                     Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş .....                     Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib .....                     Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                     Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır .....                     Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi .....                     "Kristal-F" MTK yarım milyon manat borca düşüb .....                     Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib .....                 

Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilər - İNCƏLƏMƏ...
Tarix: 19-05-2022, 08:53 | Çap et
Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilər
Rusiyanın Ukraynadakı hərbi təcavüzünü heç bir faktor tormozlaya bilmir. Üç aya yaxındır ki, davam edən müharibədə Qərbdən Kiyevə siyasi və hərbi dəstəyə, eləcə də maliyyə yardımı ayrılmasına, Rusiyaya isə ağır sanksiyalar tətbiq edilməsinə baxmayaraq, yenə də “Z” ordusunu geri oturdacaq əsaslı dönüş baş vermir. Hərgah Rusiyanın 28 mindən çox canlı itkisi var, xeyli hərbi texnikası vurulub, sanksiyalar ölkə iqtisadiyyatını silkələyib, di gəl yenə də siyasi-hərbi rəhbərlik “dur” əmri vermir. Müharibənin elə bir mərhələsidir ki, burada hansı tərəf dayansa, məğlubiyyəti etiraf etmiş olacaq. diaaz.space-ın məlumatına görə, “Yeni Müsavat”ın Siyasət şöbəsi yazır ki, ona görə də İstanbul razılaşmasından sonra nə Kiyevlə Moskva arasında danışıqlar aparılır, nə Zelenski özü dialoqda maraqlı görünür, nə də savaş səngiyir. Bəli, deyilə bilər ki, Ukrayna ordusu Xarkovu rus hərbçilərindən təmizlədi, döyüşlər cənub və şərq istiqamətlərində gedir, lakin bu ərazilərdə də Xerson və Mariupol kimi şəhərlərə nəzarət əldən çıxıb. Ukrayna ordusu isə Konqresin təsdiqlədiyi 40 milyardlıq yardım paketini, ağır və hücum silahlarını gözləyir ki, əks-hücum əməliyyatlarına başlaya bilsin.

Yəni Rusiya Ukraynanın şərqini işğal etsə belə, bu bölgədə möhkəmlənməsi çətin olacaq. Putin müharibəyə son qoymaq istəsə də, ABŞ-NATO istəməyəcək. Nəticədə böhranın ömrü uzanacaq. Ukrayna rəsmiləri də qeyd edirlər ki, həlledici döyüşlər avqustun sonuna təsadüf edəcək, ilin axırında isə müharibə tamamilə yekunlaşacaq. Böyük Britaniyanın baş naziri Boris Conson isə 2023-cü ilin sonunadək müharibənin davam edəcəyini istisna etməmişdi. Hazırda rus ordusu Odessa, Sumı və digər istiqamətləri də raket atəşinə tutur. Bir nüansı da qeyd etmək lazımdır ki, rusların əsas gücü raket zərbələri endirməkdədir. Ukrayna ordusu isə gözləmə mövqeyində və hücumları dəf etməkdədir, hücum əməliyyatları hələ ki aparmır.

Bu arada, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Mariupolun “Azovstal” zavodunda mühasirəyə alınmış 700-ə yaxın ukraynalı silahlı son 24 saat ərzində təslim olub. Onun sözlərinə görə, Mariupolda “Azov” millətçi bölməsinin yaraqlıları və ukraynalı hərbçilər təslim olmağa davam ediblər. Ötən sutka ərzində 694 yaraqlı təslim olub, o cümlədən 29-u yaralanıb", - o deyib. Konaşenkov qeyd edib ki, cəmi iki gün ərzində 959 yaraqlı silahı yerə qoyub, onlardan 80-ni yaralanıb. Yaralılardan 51-i stasionar müalicə tələb edirdi, onlar “DXR”in Novoazovsk xəstəxanasına göndərilib.

Beləliklə, kollektiv Qərbin Ukraynaya siyasi, hərbi, maddi dəstəyi, paraleldə Rusiyaya ağır sanksiyaları müharibənin taleyini, ümumi gedişatını ciddi dəyişmir. Rusiya hücumdadır, Ukrayna müdafiə olunur. Bu vəziyyət hara qədər davam edəcək? Müharibə nə vaxta kimi davam edəcək? Ukrayna böhranı Vyetnam müharibəsi kimi 30 il uzana bilərmi? Qərbdən gələcək yeni yardımlar əhəmiyyətli dönüşə gətirib çıxara bilərmi?

Üstəlik, burada rus və Qərb silahlarının prestij baxımdan mübarizəsi gedir. Uduzan tərəfin texnikası dünya silah ticarətində dəyərini itirəcək. Həmçinin psixoloji və strateji savaşın şahidiyik. Nə ABŞ-Britaniya, nə Rusiya geri çəkilir. Və bu kor dalanda geriyə addım atan tərəf məğlub sayılacaq, uğurla çıxan dünya siyasətində ikiqat hegemon görünəcək. Bu proksi müharibədən kim üstün çıxacaq?

Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Ukraynanın əzmkar müqaviməti və Rusiyanın imperialist siyasətinin başlıca aləti olan sərt gücünü ciddi şəkildə budayıb, mifi dağıtması postsovet coğrafiyası, bütün Avropada yeni geosiyasi situasiya yaradıb: “Hələ müharibə davam edir və hərb meydanındakı nəticə bəlli deyil, amma artıq məlumdur ki, Rusiya qarşısına qoyduğu siyasi məqsədlərə çatmayacaq. Müharibənin əvvəlində Ukraynanın kapitulyasiyaya gedib-getməyəcəyi danışılırdısa, bu gün Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvanın heç vaxt kapitulyasiya etməyəcəyini vurğulamaq ehtiyacı hiss edir, Makron ”Putinin sifətini qorumağın" vacibliyindən dəm vurur. Üç ay əvvəl NATO-nun genişlənməsini savaş səbəbi sayan, NATO-dan 1997-ci il sərhədlərinə geri qayıtmağı ultimativ şəkildə tələb edən Putin bu gün Finlandiya və İsveçin transatlantik ittifaqa qoşulmasını təhdid hesab etmədiklərini bildirir. Halbuki Finlandiyanın üzvlüyü Rusiya-NATO quru sərhədini 2 dəfə uzadır, İsveçin üzvlüyü isə Rusiyanın əsrlər boyu uğrunda müharibələr apardığı Baltik dənizini “NATO gölü” halına gətirir. Mümkündür ki, hər şey plan üzrə gedir. Amma belə görünür ki, hər nə plandırsa, onun müəllifi Putin deyil".

Ekspert Ramiyə Məmmədova Ukraynanın qələbə şansının anti-Rusiya koalisiyasından asılı olduğunu düşünür. Onun fikrincə, bu mübarizədə kollektiv Qərb riyakarlıq etməsə, sona qədər dəstəyini davam etdirsə, gec-tez nəticə əldə olunması mümkündür. Təhlilçinin sözlərinə görə, Britaniyanın bu məsələdə rolu çox vacibdir və oradan rus ordusu zəfərlə ayrılarsa, dünya kollektiv Qərbin üzünə tüpürəcək, xalqlar içində inamını itirmiş olacaq: “Sizcə, ABŞ və NATO buna imkan verərmi? Rusun əngini dağıtmadan əl çəkməyəcəklər, müharibəi uzadacaqlar. Hədəf Ukraynada atəşkəs deyil, rusu təngə gətirmək, yormaq və peşman etməkdir. Buna nail olmaq üçün Qərb imkanlarını səfərbər edəcək. Əgər Donbas Rusiyaya birləşsə, Putinin təkbaşına dünya ilə mübarizədən qələbəsi sayılacaq. Ona görə Qərb buna imkan verməyəcək, çünki özünün dəfni, Rusiyanın Avrasiya və bütövlükdə dünyada yüksəlişi sayılacaq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Dünən, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Dünən, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Dünən, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Dünən, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Dünən, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Dünən, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Dünən, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Dünən, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Dünən, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Dünən, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Dünən, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Dünən, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Dünən, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Dünən, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Dünən, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Dünən, 14:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru