"Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                     Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş .....                     Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib .....                     Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                     Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır .....                     Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi .....                     "Kristal-F" MTK yarım milyon manat borca düşüb .....                 

Barıt çəlləyi üstündəki İran: sosial tələbli etirazlar siyasi müstəviyə keçərsə... - GƏLİŞMƏ
Tarix: 18-05-2022, 14:55 | Çap et
Barıt çəlləyi üstündəki İran: sosial tələbli etirazlar siyasi müstəviyə keçərsə...
Xəbər verdiyimiz kimi, İranın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Etirazların başlamasına səbəb kimi ölkədə ərzaq məhsullarının qiymət artımı və bəzi qida məhsullarının çatışmazlığı göstərilir.

Mayın 6-dan start götürən aksiyalar zamanı çox sayda etirazçının saxlanıldığı, Şəhri-Kurdda iştirakçılarla hökumət qüvvələri arasında qarşıdurma yarandığı bildirilir. Polisin əhaliyə qarşı ehtiyatlı davrandığı üçün İnqilab Keşikçiləri Korpusu (SEPAH) və xüsusi qüvvələrin cəlb olunduğu qeyd olunur. İddialara görə, mitinqlər təkcə sosial problemlərdən qaynaqlanmır və kökündə həm də siyasi səbəblər dayanır. DİA.AZ xəbər verir ki, Böyük Britaniyada yaşayan həmyerlimiz, tanınmış jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya açıqlamasında İrandakı kütləvi aksiyaların siyasiləşəcəyini gözləmədiyini deyib: “İranda son dövrlər başlayan etiraz aksiyalarının inqilab hərəkatına çevriləcəyinə inanmıram. Son etirazlar bir neçə şəhərdə, əsasən çörəyin bahalaşması ilə bağlı olub. İnsanlar qiymət artımına və onun doğurduğu nəticələrə etiraz edirlər”.

“Ümumiyyətlə, İranda 40 ildir ki, bərqərar olmuş molla hakimiyyəti yerini etibarlı şəkildə möhkəmləndirib. Bu dini hakimiyyət Rusiyada qurulan korrupsiyaçı rejimdən heç nə ilə fərqlənmir və ona görə də devrilməsi asan olmayacaq. Korrupsiya ağacından hamıya az da olsa, pay düşür. Rejimlə barışmayanlar çıxıb gediblər. Yəni, mühacirətə üz tuturlar. Daxildəki qüvvələrin isə molla rejimini sarsıtmaq gücü yoxdur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə İranın nüvə proqramı Qərbi elə də ciddi narahat etmir: “Bu barədə nə qədər çox danışılsa da, əslində Qərbi İranın nüvə proqramı və raketləri narahat etmir. Şimali Koreyada bunların hamısı var. Qərbi narahat edən İranın Yaxın Şərqdə terrorçu təçkilatları dəstəkləməsidir. Həm də Amerikanın müttəfiqlərinə qarşı olan qruplaşmalardan söhbət gedir. Lakin böyük planda ABŞ İranın üzərindən sanksiyaların qaldırılmasında maraqlıdır. Çünki bu, İran neftini bazara qaytarar, Putinin dilini qısa edərdi”.

“Üstəlik gələcək perspektiv üçün İranın nəhəng qaz ehtiyatları mövcuddur. Bu qaz bazara çıxsa, Rusiya daha heç yerdə lovğalıq edə bilməyəcək. Qərb maraqlıdır ki, İrandan Rusiyaya qarşı təzyiq aləti kimi istifadə etsin. Xüsusilə son dövrlər baş verən hadisələr bu məsələni yenidən aktuallaşdırıb”, - deyə Rüfətoğlu söyləyib.

Əlavə edib ki, dünyada baş verən iqtisadi böhran nəticəsində bir çox ölkələrdə sosial etirazlar gözlənilir: “Bu, təkcə İranda yox, bir çox dövlətlərin ərazisində baş verə bilər. Bu baxımdan hökumətlər iqtisadi böhranın doğurduğu fəsadları aradan qaldırmaq istiqamətində ciddi addımlar atmalıdır”.

ABŞ-da yaşayan Cənubi Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalının AYNA-ya söylədiyinə görə isə, İran hökuməti son etiraz aksiyalarından ciddi şəkildə narahat olub və saxta vədlər verməklə məşğuldur: “İddia edirlər ki, guya sosial problemlər müvəqqəti xarakterlidir və qısa müddət sonra aradan qalxacaq. Müəyyən addımlar atılacağını bəyan edirlər. Lakin bunu necə həyata keçirəcəklər, bu barədə ictimaiyyətə heç bir açıqlama vermirlər. Bu isə öz növbəsində fars rejiminin şirnikləndirici vədlər siyasətinin davamıdır və onlar buna adət ediblər. Halbuki hökumətin borcudur ki, vətəndaşların problemlərini həll etsin. Lakin onlar bunu etmirlər”.

“İran iqtisadiyyatı idarə olunan iqtisadiyyatdır və əhalinin əsas tələbi də odur ki, rejim bu siyasətdən imtina etsin. Liberal bazar iqtisadiyyatı yeganə çıxış yoludur və alternativi yoxdur. Fars rejimi bundan imtina etmədikcə etirazlar davam edəcək. Müəyyən repressiv üsullarla bunun qarşısını alsalar da, bu, uzun müddət davam etməyəcək. Əhalini susdurmaq, haqqını tələb etməkdən çəkindirmək yolunu tutmaqdansa, molla rejimi konkret və real islahatlara başlamalıdır”, - deyə müsahibimiz vurğulayıb.

O, İran iqtisadiyyatının yerində saydığını qeyd edib: “Təsəvvür edin ki, dünyada milli valyutalar mütəmadi olaraq yenilənir. İranda isə köhnə əskinaslar qalmaqdadır. Pulların əksəriyyəti köhnəlib, üzərində Xomeyninin fotoları itib. İnteqrasiya olunmuş iqtisadi dünyada bu cür üsullarla uzağa getmək olmaz. Bu siyasət Rusiyanı sonu görünməyən yola gətirib çıxaxdı. Eyni aqibət İranı da gözləyir. Onlar düşünürlər ki, bunun qarşısını ala biləcəklər. Lakin unudurlar ki, dünya sürətlə dəyişir və artıq İran vətəndaşları da öz haqlarını tələb edəcəklər”.

“Bu gün İranda baş verənlər bunun bariz nümunəsidir. Əhalidən tələb edirlər ki, evdə oturun və baş verənlərə etiraz etməyin. Artıq hamı başa düşür ki, məzlumun haqqını yeyən zalıma qarşı susmaq - onun əməllərinə şərik olmaqdır. Fars rejimi hər vəchlə Güneydə yaşayan soydaşlarımızın hüquqlarını pozur, onları təqib altında saxlamağa çalışır. Güneydəki soydaşlarımız da bu aksiyalarda fəal iştirak edirlər”, - deyə Obalı bildirib.

Mühacir fəal İranda etirazların davam edəcəyi qənaətindədir: “Dünya ciddi dəyişikliklər ərəfəsindədir. Belə bir şəraitdə şər rejimlərinin, eləcə də İran rejiminin ənənəvi siyasəti keçərli olmayacaq. Nəhayət, İranda yaşayan soydaşlarımız da ayağa qalxacaq və molla rejiminə öz yerini göstərəcəklər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Dünən, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Dünən, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Dünən, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Dünən, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Dünən, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Dünən, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Dünən, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Dünən, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Dünən, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Dünən, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Dünən, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Dünən, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Dünən, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Dünən, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Dünən, 14:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru