Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                     Həyasızlığın pik həddi .....                     Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? .....                     Bu universitetin prorektoru vəzifəsindən azad olundu .....                     "Balaəli özünə pullu sponsor axtarır" .....                     Ruslar etiraf etdilər: .....                     "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." .....                     “Sinəsini açana Xalq artisti adı verirlər” .....                     SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... .....                     “Atam öz əcəli ilə ölməyib, intihar edib” .....                     Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... .....                     Yusif İmanovdan qalmaqallı açıqlama: .....                     Süleyman Mikayılov səyyar görüş keçirdi .....                     “Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır .....                     İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir .....                     Çörəyin qiyməti ucuzlaşır? .....                     Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur .....                     Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... .....                     Ağdam Sənaye Parkında yeni şirkət .....                     AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib .....                     Məsud Pezeşkiana hücumlar .....                     15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı .....                     Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: .....                     "DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." .....                     Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi .....                     Putinin danışan dilindən sərt açıqlamalar .....                     “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR .....                     ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB .....                     Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir .....                     Qalmaqallı imtahanda .....                 

“Putin ikinci cəbhəni açarsa, Rusiya darmadağın olar” - GƏLİŞMƏ
Tarix: 16-05-2022, 10:59 | Çap et
“Putin ikinci cəbhəni açarsa, Rusiya darmadağın olar”
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Finlandiyanı hədələyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya Finlandiyanın NATO-ya mümkün üzvlüyünə cavab olaraq öz milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısını almaq üçün hərbi-texniki xarakterli cavab addımları atmağa məcbur olacaq.

“Rusiya tərəfi dəfələrlə qeyd edib ki, öz milli təhlükəsizliyini təmin etmək yollarının seçimi Finlandiya hakimiyyəti və xalqından asılıdır. Bununla belə, Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. NATO-ya daxil olmaq Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa regionunda sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya öz milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün həm hərbi-texniki, həm də digər addımlar atmağa məcbur olacaq”, - deyə bəyanatda qeyd olunur.

Finlandiyadan verilən cavab xarakterli bəyanatda isə ölkənin NATO-ya üzvlüyünün heç kəsə qarşı yönəlmədiyi vurğulanır. Belə ki, Finlandiyanın Prezidenti Sauli Niinistö hökumətin saytında dərc olunan "NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirir" başlıqlı məqaləsində diqqətə çatdırıb ki, ölkəsinin təhlükəsizlik təminatı hakimiyyətin ən vacib hədəfidir: "Bu istiqamətdə vaxtında və müvafiq addımlar atılır".

Prezident bəyan edir ki, NATO-ya üzvlük hökumətin vaxtında və məntiqli şəkildə düşünülərək verilən qərarıdır: “NATO-ya üzvlüklə Finlandiya öz təhlükəsizliyini maksimum dərəcədə gücləndirir. Bu, heç kimə qarşı deyil. Alyansın üzvü kimi Finlandiya təbii olaraq bütün cəmiyyətin təhlükəsizliyinə töhfə verəcək”.

"Rusiya Finlandiyanın sərhəd qonşusudur və belə olaraq da qalacaq. Ölkəmiz Rusiya ilə praktiki məsələləri həll etməyə, müzakirəyə davam etməlidir, necə ki, NATO üzvü olan Norveç bunu edir. Bizim konstruktiv xəttimiz hər zaman təqdir olunur”, - Sauli Niinistö vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, NATO-ya üzvlüklə Skandinaviya regionunda əlaqələr daha da yaxınlaşır: “Rifah, demokratiya və insan haqları ilə yanaşı, Skandinaviya modeli "təhlükəsizlik" məfhumu daha da tanınacaq. Bu, tarixi bir qərardır, lakin Finlandiyanın NATO-ya üzvlüyü ilə ölkə siyasətində dəyişiklik olmayacaq. Finlandiyanın təhlükəsizliyi xarici və təhlükəsizlik siyasətimizin ən mühüm məqsədi olaraq qalacaq”.

Dünya siyasi gündəmində diqqətlər isə Finlandiya Prezidentinin məqaləsindən daha çox Rusiya XİN-in hədələyici tondakı bəyanatına yönəlib. Bildirilir ki, əgər Rusiya Finlandiyaya da güc tətbiq etməyə başlayarsa, bu, dünya müharibəsi demək olacaq. diaaz.space xəbər verir ki, baş verənləri AYNA-ya şərh edən Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı əvvəlcə dünya müharibəsi iddialarının düzgün olmadığını deyib: “Baş verənlərin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı yönündəki proqnozları qəbul etmirəm. Dünya müharibəsi anlayışı odur ki, bir çox ölkələr, hətta bütün qitələr bu müharibəyə qatılır. Bunun üçün bütün Avropa ölkələri, ABŞ, Çin, Avstraliya, hətta Afrika da bu müharibəyə qatılmalıdır. Bu, gözlənilən deyil. Çünki Rusiyanın hazırda heç bir müttəfiqi yoxdur”.

“Kimdir Moskvanın müttəfiqi? Pekinmi? Xeyr! Çin Rusiyanın müttəfiqi deyil. Rusiyanın müttəfiqi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) ölkələrdir ki, bu ölkələr də Rusiyanın yanında dayanmır, boyun qaçırırlar. İstər Ermənistan olsun, istərsə də Qazaxıstan olsun, istərsə də digərləri. Ona görə də dünya müharibəsi iddialarına qatılmıram”, - deyə həmsöhbətimiz bildirib.

Rusiyanın Finlandiyanı hədələməsinə gəldikdə, analitik hesab edir ki, bu, blef xarakterli mənasız hədədir: “Rusiya hansı ordu ilə Finlandiyaya hücum edəcək? Hazırda Rusiya Ukrayna müharibəsində nələrsə əldə etmək üçün Suriyadakı 30 minlik qoşununu qaytarmaq istəyir. 30 minlik ordu ilə Finlandiyanın üzərinə gedəcəklər?!”.

“Nəzərə almaq lazımdır ki, Finlandiya hərbi baxımdan Ukraynadan daha güclüdür. Bu baxımdan, düşünürəm ki, Rusiya XİN-in hədə xarakterli bəyanatı boş, arxasında reallıq olmayan bir bəyanatdır”, - deyə Qasımlı vurğulayıb.

Onun fikrincə, Rusiya Finlandiyanı belə bəyanatlarla çəkindirmək istəyir: "Amma bu da mənasızdır. Çünki hamı bilir ki, Rusiyanın əlində hansı silahlar var, ordusu nəyə qadirdir, gücü nədir və s. Hər kəsə, elə Rusiyanın özünə də aydındır ki, Ukraynada bataqlığa girib. Hələ Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın ikinci cəbhə açması, Finlandiyaya hücum etməsi inandırıcı deyil. İkinci cəbhə açsalar, əksinə, bu, Rusiyanın tamamilə darmadağın olması deməkdir. Bununla Rusiya Ukraynaya dolayısı ilə yardım etmiş olar. Bu, Putinin ikinci ən böyük səhvi olardı”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Yusif İmanovdan qalmaqallı açıqlama: - "Mənə qarşı ayrıseçkilik edildi"
Dünən, 16:33
Süleyman Mikayılov səyyar görüş keçirdi
Dünən, 16:25
“Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır - “Vallah, mənə heç nə deməyiblər”
Dünən, 16:18
İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir - VİDEO
Dünən, 16:16
Çörəyin qiyməti ucuzlaşır? – AÇIQLAMA
Dünən, 16:12
Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur -Pediatrdan sərt tənqid
Dünən, 16:09
Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... - HƏR HALDA...
Dünən, 16:03
Ağdam Sənaye Parkında yeni şirkət - Dəmir qapı istehsal edəcək
Dünən, 16:01
AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib
Dünən, 15:50
Məsud Pezeşkiana hücumlar - İran hakimiyyətinin köhnə prinsipləri
Dünən, 15:41
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
Dünən, 15:36
Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: - evini satmağa məcbur oldu
Dünən, 15:35
"DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." - Astara sakini oğluna əlillik dərəcəsi verilməməsindən şikayətçidir
Dünən, 15:19
Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi - TƏFƏRRÜAT
Dünən, 15:16
Putinin danışan dilindən sərt açıqlamalar
Dünən, 15:14
“JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR - VİDEO
Dünən, 15:10
ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB - Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir
Dünən, 15:07
Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir - Sərdar Cəlaloğlu
Dünən, 14:02
Qalmaqallı imtahanda qalmaqallı SON
Dünən, 14:00
Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır – Ruslar və yəhudilər…
Dünən, 13:58
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTO
Dünən, 13:50
Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 13:42
Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır - Aİ
Dünən, 13:39
“Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu - TƏFƏRRÜAT
Dünən, 13:23
Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib - İNCƏLƏMƏ
Dünən, 13:03
Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə – İrəvandan sürpriz rol
Dünən, 13:01
3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi
Dünən, 12:57
Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır – Rəsmi
Dünən, 12:55
Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru