“Bəlkə də, Kremlin qorxduğu yeganə ölkə Türkiyədir” - KUROPTEV
Tarix: 19-04-2022, 10:31 | Çap et
 Ermənistanın Baş naziri Nikol Paşinyan bu həftə Moskvaya rəsmi səfər edəcək. Bu barədə “Rossiya 1” telekanalında efirə gedən “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.
“Ermənistanın Baş naziri Rusiyaya rəsmi səfərə gəlir. Hazırkı beynəlxalq vəziyyətdə bu, xüsusi əhəmiyyət kəsb edən hadisədir”, - deyə məlumatda bildirilib.
Xüsusilə nəzərə alsaq ki, səfər bu yaxınlarda Avropa İttifaqının (Aİ) vasitəçiliyi platformasında, Bakı ilə İrəvan arasında keçirilən ikinci danışıqlardan bir qədər sonra baş tutacaq, Paşinyanın Moskva səfəri xüsusilə əhəmiyyətlidir.
Xatırladaq ki, Əliyev, Paşinyan və Şarl Mişel arasında Brüsseldə keçirilən görüşdən sonra Moskva qəfildən ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyündə iştirakdan açıq şəkildə imtina etmək qərarına gəlib və hətta vasitəçisinin ranqını və adını dəyişib. Bundan sonra İqor Xovayevin vəzifəsi başqa cür adlanır: “Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi”.
Bütün bunlar Rusiya üçün nə deməkdir? Bu, bir növ təkbaşına vasitəçiliyi mənimsəmək cəhdidirmi? Biz Putinlə Paşinyan arasında Kreml görüşündən nə gözləməliyik? Moskvanın son “hərəkətləri” göstərir ki, sülh prosesinin onun iştirakı olmadan intensivləşməsi ilə bağlı bir növ qısqanclıq və təşviş var. Moskva sülh prosesində həqiqətən nəyi görmək istəməzdi? Moskva Bakı ilə İrəvanın öz aralarında olan bütün problemləri necə həll edəcəyindən, bundan sonra Qarabağda rus “sülhməramlılarının” olmasına ehtiyac qalmamasından ehtyiyatlanır? DİA.AZ xəbər verir ki, AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.
Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru, Tbilisidən olan politoloq Yeqor Kuroptev:
“Şübhəsiz ki, Moskvanın kabusu Bakı ilə İrəvan, İrəvanla Ankara arasında münasibətlərin qurulmasıdır. Kreml bunun baş verməməsi üçün hər şeyi etməyə çalışacaq. Digər tərəfdən, Moskva indi çox zəifləyib və Azərbaycan üçtərəfli sazişin tam gücü ilə işə başlamasını səbirsizliklə gözləyir. Biz bunu həm “Bayraktar”ların uçuşlarında, həm də Bakının digər birmənalı addımlarında görürük.
Kreml iki taktika seçə bilər: sonradan müdaxilə etməyə çalışmaq üçün İrəvanı bütün gücü ilə sülh yolu ilə həlli ləngitməyə sövq etmək və ya bu istiqamətdə enerji sərf etməmək üçün, həmçinin, təkcə Azərbaycan deyil, həm də Putinin çox ehtiyatlandığı Türkiyə ilə üzbəzüz gəlməmək üçün gələcək irəliləyişlərə yol vermək. Bəlkə də, Kremlin həqiqətən qorxduğu yeganə ölkə Türkiyədir.
Onlar həmişə Qərbi zəif hesab edirdilər. Ukraynadakı müharibə və Kiyevin güclü dəstəyi bu münasibəti dəyişdi, lakin hərbi baxımdan Kreml qətiyyən Türkiyə ilə üzbəüz toqquşmaq istəməzdi. Buna görə də, bu və ya digər şəkildə, indi Moskva Ukraynaya qarşı açdıqları müharibədən məğlub olaraq da olsa, simasını saxlamaqla çıxmaq üçün bütün istiqamətlərdə zamanla oynamağa çalışacaq. Bunu necə etmək qərarına gəliblər - yaxın həftələrdə görəcəyik.
Aydındır ki, Kreml Kiyevə göndərilən sanksiyalar və silahlarla Moskvanı sərt və təhqiramiz şəkildə sillələyən Aİ ilə hansısa formatlarda masa arxasında oturmaq istəmir və öz sərhədləri yaxınlığında ən azı bəzi məsələləri təkbaşına həll etməyə çalışacaq. Sual olunur: Ukraynada, məsələn, Buçada, bu qədər dinc sakini qətlə yetirmiş manyakın öz problemlərini həll etməsi Azərbaycan və Ermənistana yarayırmı?”.
Azərbaycanlı diplomat, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev:
“Hələlik vəzifə ikitərəfli dialoqa başlamaqdır və Aİ-nin vasitəçiliyi bizim üçün daha faydalı oldu, çünki buna real töhfə verdi. Təbii ki, Rusiya tərəfindən vəziyyətə nəzarət etmək cəhdləri görünür, lakin eyni zamanda, Lavrovun son bəyanatlarına baxmayaraq, mən deməzdim ki, Ermənistan və Azərbaycanın gördüyü hər bir iş Rusiyada düşmənçiliklə qarşılanır. Ən azı rəsmi səviyyədə Moskva tərəflərin sülh müqaviləsi bağlamaq niyyətini alqışlayıb. Rusiya təbii olaraq Ermənistanla Azərbaycan arasında siyasi proseslərə təsirini davam etdirmək istəyir.
Sülhməramlılara nə vaxt ehtiyac qalmayacaq məsələsinə gəlincə, hesab edirəm ki, bütün bunlar haqqında danışmaq hələ tezdir. Bu məsələ 3 ildən sonra öz həllini tapacaq. Biz təcili problemlərin həllinə diqqət yetirməliyik. Bu, sülh müqaviləsidir, sərhədlərin delimitasiyası, iqtisadi və nəqliyyat layihələri, kommunikasiyaların açılması, humanitar problemlərin həllidir. Əgər biz bu məsələlərdə irəliləyiş əldə etsək, bu, bütün regionumuzun təhlükəsizlik vəziyyətinə çox müsbət təsir göstərəcək”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 13:04 |
|
|
|
| • Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Bu gün, 13:03 |
|
|
|
| • Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Bu gün, 12:59 |
|
|
|
| • Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:54 |
|
|
|
| • Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Bu gün, 12:52 |
|
|
|
| • Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Bu gün, 12:41 |
|
|
|
| • Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Bu gün, 12:39 |
|
|
|
| • "Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Bu gün, 12:35 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Bu gün, 12:25 |
|
|
|
| • Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Bu gün, 12:14 |
|
|
|
| • “DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Bu gün, 12:01 |
|
|
|
| • Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Bu gün, 11:51 |
|
|
|
| • Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:48 |
|
|
|
| • Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 11:43 |
|
|
|
| • Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35 |
|
|
|
| • Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30 |
|
|
|
| • “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26 |
|
|
|
| • Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? - BU NƏDİ BELƏ?
Bu gün, 11:22 |
|
|
|
| • Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV – Bir yanlış artıq gələcəyi dəyişir
Bu gün, 11:17 |
|
|
|
| • Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Bu gün, 11:13 |
|
|
|
| • Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... - İTTİHAM VAR...
Bu gün, 10:59 |
|
|
|
| • Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb - “Financial Times”
Bu gün, 10:44 |
|
|
|
| • Ceki Çan üçün muğam oxuyan xanəndə: - “Telefonuna da çəkdi, süni intellekt olduğunu deyirlər”
Bu gün, 10:41 |
|
|
|
| • Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
| • Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36 |
|
|
|
| • Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34 |
|
|
|
| • Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31 |
|
|
|
| • Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26 |
|
|
|
| • Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24 |
|
|
|
| • SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10 |
|
|
|
| • “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05 |
|
|
|
| • Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54 |
|
|
|
| • ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51 |
|
|
|
| • Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44 |
|
|
|
| • “907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35 |
|
|
|
| • 298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30 |
|
|
|
| • “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23 |
|
|
|
| • Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19 |
|
|
|
| • Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18 |
|
|
|
| • Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14 |
|
|
|
| • Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12 |
|
|
|
| • Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05 |
|
|
|
| • Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03 |
|
|
|
| • Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01 |
|
|
|
| • "Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42 |
|
|
|
| • Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37 |
|
|
|
| • Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32 |
|
|
|
| • Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30 |
|
|
|
| • Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19 |
|
|
|
|