ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib .....                     Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ .....                     Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: .....                     Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, .....                     Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır .....                     Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir .....                     Brilliantdan illər sonra ETİRAF: .....                     Moskvanın “əli” Ermənistanın “xirtdəyində” .....                     "Zəngəzur Su" vətəndaşları zəhərləyir? .....                     Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib .....                     Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır .....                     “DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... .....                     Sülh sazişi Vaşinqtonda imzalanacaq .....                     Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı .....                     Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? .....                     Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” .....                     Laçında yarım milyon manatlıq .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? .....                     Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV .....                     Ermənistan Zəngəzura qoşun yeritdi .....                     Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... .....                     Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb .....                     Ceki Çan üçün muğam oxuyan xanəndə: .....                     Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında .....                     Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı .....                     Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı .....                     Ermənistan ordusu yeni hərbi formaya keçir .....                     Mask Britaniyanı “satın almaq” istəyir .....                     Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb .....                     SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı .....                     “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. .....                     Qapalı diktator sindromu: .....                     Azərbaycanda qiymətlərin nə qədər artdığı .....                     ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb .....                     Mollayev CƏZASIZ QALDIQCA... .....                     “907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                     Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir .....                 

“Yenilməz rus ordusu mifi darmadağın oldu” - Mixail Jiroxov
Tarix: 9-04-2022, 11:03 | Çap et
“Yenilməz rus ordusu mifi darmadağın oldu”
“Ukraynada müharibə hələ bitməsə də, rus qoşunlarının Kiyevdən, eləcə də bəzi bölgələrdən sərhədə doğru biabırçı şəkildə qaçması bizə çox ilkin və çox subyektiv nəticələr çıxarmağa imkan verir”. DİA.AZ xəbər verir ki, bunu AYNA-ya açıqlamasında ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. Onun sözlərinə görə, Ukrayna hərbçilərinin Qərb təlimatçılarının rəhbərliyi altında bir neçə ildir tətbiq etdikləri manevr döyüşləri taktikası öz effektivliyinin parlaq təsdiqini alıb: “Bunun özəlliyi ondadır ki, hərbi potensiallardakı böyük fərqi dərk edərək, müasir tank əleyhinə silahlarla silahlanmış mobil qrupların hərəkətlərinə, iri yaşayış məntəqələrinin, ilk növbədə regional mərkəzlərin müdafiəsi ilə düşmən əlaqəsinə xüsusi diqqət yetirilir. Üstəlik, Ukrayna hərbi komandanlığı ilkin mərhələdə Rusiya hərbi-siyasi rəhbərliyinin bütün səhvlərindən çox uğurla istifadə etdi - ruslar müharibə olarsa, Ukrayna əhalisinin Rusiya qoşunlarını gül-çiçəklə, ya da ən azı neytral olaraq qarşılayacağına ürəkdən inanırdı. Ruslar həm də ona inanırdılar ki, Ukrayna ordusu yalnız rus kolonlarının hərəkətə keçməsini eşidən kimi dağılışacaqlar (etiraf etmək lazımdır ki, 2014-cü ilin yayında Donbasda belə olmuşdu) və yalnız "sağ millətçilərin" ayrı-ayrı qrupları müqavimət göstərəcək”.

Ekspertin fikrincə, buna görə də rus kolonlarının avanqardında yalnız alüminium qalxanlı, rezin dəyənəkli OMON və SOBR dəstələri gəlirdi:“Rusiya hərbçilərinin heç biri,istər psixoloji, istərsə də hərbi cəhətdən böyük yaşayış məntəqələrinə hücum etməyə hazır deyildi - sonuncu belə təcrübə Qroznıda 27 il əvvə olub, lakin görünür, indiki orduda sadəcə fiziki olaraq o dövrün işitirakçıları yoxdur. Və üstəgəl həmişə olduğu kimi, Rusiyada ordudan məntiqli analitik materiallar ortaya çıxmadı. Üstəlik, ruslar sürətli hücum əmri olan bir və ya iki uğursuz hücumdan sonra böyük şəhərləri sadəcə olaraq yan keçərək, birbaşa Kiyevə gedirdilər ki, bu da Kremlin yeganə arzuladığı hədəf kimi görünürdü”.

“Nəticədə aprelin 6-a olan vəziyyətə görə, ruslar Xersondan başqa heç bir vilayət mərkəzinə nəzarəti ələ keçirə bilmədilər və bununla da onlar yalnız cənubda dəmir yolu (Rusiya hərbi maşını bu amilə çox bağlıdır) əsasında maddi-texniki təchizatı təşkil edə bildilər. Beləliklə Kiyevə qarşı yönəlmiş həm Belarus, həm də Rusiya Federasiyası ərazisindən gələn bütün nəhəng dəstə avtomobillə təchizat marşrutları dayandırıldı. Hansı ki, yumşaq desək, az inkişaf etmişdi - sovet dövründə bütün avtomobil şəbəkəsi əsasən şərqdən qərbə çəkilir, cənubdan şimala isə köməkçi funksiyası daşıyırdı. Belə yollar həm təxribat qrupları, həm də havadan hücumlar qarşısında çox müdafiəsizdir. Bu, sonda Rusiya mediasında “danışıqlar çərçivəsində sülh təşəbbüsü” kimi təqdim edilən biabırçı qaçışa gətirib çıxardı”, - deyə həmsöhbətimiz bildirib.

Jiroxov rus generallarının ikinci və həll olunmamış vəzifəsinə - hava üstünlüyünün əldə edilməsinə də toxunub: “Müharibənin əvvəlində Ukraynanın hava hücumundan müdafiəsi və aviasiyasının vəziyyəti bütün mütəxəssislər tərəfindən son dərəcə pis hesab edilirdi və işğalın əvvəlində ruslar raket zərbələri ilə HHM vahid şəbəkəsini böyük ölçüdə boğmağı bacardılar. Buna baxmayaraq, hətta müharibədən 40 gündən çox vaxt keçəndən sonra, ən azı müəyyən sayda hava hücumundan müdafiə və təyyarə və helikopterlərinin salamat qaldığı açıq-aydındır. Ümumiyyətlə, bu, Ukrayna zenitçilərinə müvəffəqiyyətlə raket hücumlarını dəf etməsinə imkan verir və Ukraynanın hücum təyyarələri və bombardmançıları vaxtaşırı düşmənə, xüsusən də Donbasda kifayət qədər ciddi ziyan vurur”.

“Bayraktar” pilotsuz təyyarələrinin roluna gəlincə, mütəxəssisin dediyinə görə, Rusiya ordusu fevralın 24-də mövcud olan bütün cihazların öz hesabatlarında artıq məhv edildiyini qeydə almasına baxmayaraq, Ukrayna qismən də olsa, “Bayraktar”ların donanmasını xilas edə bilib: “Ən azı, foto və videolarda məhv olmuş cihazların yalnız üç-dördünün göründüyün müəyyən etmək olar. Elə rəsmi mənbələr tərəfindən ictimaiyyətə təqdim edilən hücumların videolarında “Bayraktar”ların zərbələri olduqca müntəzəm olaraq görünür. Üstəlik havadan və drondan bu və ya digər zərbələr haqqında cəbhədən olan hərbçilər də çox danışırlar. Ukraynadakı müharibədə türk aparatından istifadə taktikasının özünəməxsus xüsusiyyətləri var ki, bunlar nə Suriya müharibəsi, nə də İkinci Qarabağ müharibəsi üçün xarakterikdir. Fakt budur ki, tammiqyaslı hərbi əməliyyatların başlanması zamanı Ukrayna hərbçilərinin son dərəcə məhdud sayda idarə olunan raketləri və pilotsuz təyyarələr üçün bombaları var idi və buna görə də zərbənin hədəfləri yalnız düşmənin hava hücumundan müdafiə sistemləri, eləcə də logistikası idi - mərkəzlər (yanacaq və sursat anbarları kimi). Bildiyimə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin etdiyi kimi, düşmənin canlı qüvvəsinə və ya tək tanklarına zərbələr endirilməyib”.

“Ümumiyyətlə, deyə bilərik ki, Ukraynadakı müharibə, ölkənin böyük insan, texnika və infrastruktur obyektləri itkisinə baxmayaraq, Rusiya üçün ən pis ssenari üzrə inkişaf edir. Yaxın günlərdə və həftələrdə yeni hücumla kəskinləşmə mümkün olsa da, ən son silahlara malik “böyük və yenilməz” rus ordusu haqqında mif artıq tamamilə darmadağın edilib”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Bu gün, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Bu gün, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Bu gün, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Bu gün, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Bu gün, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Bu gün, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Bu gün, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Bu gün, 12:25
Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Bu gün, 12:14
“DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Bu gün, 12:01
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Bu gün, 11:51
Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:48
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 11:43
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26
Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? - BU NƏDİ BELƏ?
Bu gün, 11:22
Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV – Bir yanlış artıq gələcəyi dəyişir
Bu gün, 11:17
Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Bu gün, 11:13
Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... - İTTİHAM VAR...
Bu gün, 10:59
Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb - “Financial Times”
Bu gün, 10:44
Ceki Çan üçün muğam oxuyan xanəndə: - “Telefonuna da çəkdi, süni intellekt olduğunu deyirlər”
Bu gün, 10:41
Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:38
Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru