Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? .....                     ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib .....                     Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ .....                     Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: .....                     Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, .....                     Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır .....                     Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir .....                     Brilliantdan illər sonra ETİRAF: .....                     Moskvanın “əli” Ermənistanın “xirtdəyində” .....                     "Zəngəzur Su" vətəndaşları zəhərləyir? .....                     Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib .....                     Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır .....                     “DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... .....                     Sülh sazişi Vaşinqtonda imzalanacaq .....                     Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı .....                     Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? .....                     Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” .....                     Laçında yarım milyon manatlıq .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? .....                     Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV .....                     Ermənistan Zəngəzura qoşun yeritdi .....                     Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... .....                     Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb .....                     Ceki Çan üçün muğam oxuyan xanəndə: .....                     Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında .....                     Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı .....                     Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı .....                     Ermənistan ordusu yeni hərbi formaya keçir .....                     Mask Britaniyanı “satın almaq” istəyir .....                     Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb .....                     SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı .....                     “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. .....                     Qapalı diktator sindromu: .....                     Azərbaycanda qiymətlərin nə qədər artdığı .....                     ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb .....                     Mollayev CƏZASIZ QALDIQCA... .....                     “907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                 

Kiyevdən Tbilisiyə qarşı ağır ittiham: gürcü tərəfi isə isbat tələb edir - GƏLİŞMƏ
Tarix: 8-04-2022, 14:58 | Çap et
Kiyevdən Tbilisiyə qarşı ağır ittiham: gürcü tərəfi isə isbat tələb edir
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) bəyanat yayıb ki, Rusiya sanksiya tətbiq edilən malları Gürcüstan ərazisindən idxal etməyi planlaşdırır və ölkə rəhbərliyi xüsusi xidmət orqanlarının nümayəndələrinə “qaçaqmalçıların fəaliyyətinə müdaxilə etməməyi” tapşırıb.

“Beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar Rusiya Federasiyası geniş çeşiddə hərbi, ikili təyinatlı və mülki malların tədarükü imkanlarını itirib. Rusiya agentləri sanksiyalardan yayınmaq üçün qaçaqmalçılıq kanalları yaradırlar ki, bu da xüsusilə Gürcüstan ərazisindən keçir. Eyni zamanda, siyasi rəhbərlik Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələrinə qaçaqmalçıların fəaliyyətinə qarışmamağı tapşırıb”, - deyə bəyanatda bildirilir.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk da açıqlama verib ki, BKİ-nin məlumatına inanmamaq üçün heç bir əsas yoxdur: “Söhbət makaron və qarabaşaqdan getmir. Söhbət hərbi texnikadan gedir. Bütün bunlar doğrudursa və bizim xüsusi xidmət orqanlarına inanmamaq üçün heç bir əsasım yoxdursa, o zaman bu, niyə baş verir? Niyə Gürcüstan hökumətinə xüsusi xidmət orqanlarına əmr vermək hüququ verirsiniz ki, bütün bunlara göz yumsun? B,u necə mümkündür?”.

Vereşçukun sözlərinə görə, Ukrayna gürcü xalqına göstərdiyi dəstəyə görə minnətdardır: “Lakin Baş nazir İrakli Qaribaşvili, Rusiyanın bu gün dayandırılmasa, gələcəkdə nə baş verəcəyini anlamır. Bitərəf olduğunuzu söyləmək mümkün olmayacaq, sanksiyalara qoşula bilməyəcəyinizi söyləmək mümkün olmayacaq, çünki heç nə işə yaramayacaq. “Hava yollarını açaq” da deyə bilməyəcəksiniz. Bunu deyə bilməzsiniz”.

“Belə mövqe sizi 2008-ci il müharibəsindən xilas etmədi və bu gün də xilas etməyəcək. Mən həqiqətən ümid edirəm ki, gürcü xalqı, mənim gördüyüm, müharibəyə qarşı küçələrə çıxan insanlar öz seçdikləri hökumətin Ukraynaya qarşı belə davranmasını istəmirlər. Mən hər gün rus hərbçilərinin törətdiyi vəhşilikləri izləyirəm və inana bilmirəm ki, siz gürcülər - bizim bacılarımız və qardaşlarımız qadınlarımızı və uşaqlarımızı öldürmək üçün qaçaqmal silahların gətirilməsinə icazə verəcəksiniz”, - deyə Baş nazirin müavini söyləyib.

O, Rusiyanın Gürcüstana hücumunu xatırladıb: “2008-ci ildə sizi Rusiyaya hücumda ittiham etdilər, bu, mümkündürmü? Bu qədər illər keçdi, indi də Ukrayna onlara hücum etdi. Eyni şeyi eşidirik. Siz buna inanırsınız? Siz qürurlu gürcü xalqısınız, hökumətinizin belə davranmasına icazə verə bilməzsiniz, “yox!” deməlisiniz. Xahiş edirəm, camaat, hökumətinizi dayandırın və onlara başa salın ki, bundan yaxşı heç nə gəlməyəcək, bu, yol deyil. Biz mübarizəmizi davam etdirəcəyik. Dünyanın necə olmasını istədiyimizi görürsən. Ancaq kömək etməsən, nə olacağını bilirsən. Gəlin birləşək. Mən sizə demirəm ki, bizim üçün döyüşün, bizə silah verin, amma heç olmasa əmin olun ki, ərazinizdə qaçaqmalçılıq silahı olmasın. Müharibənin dayandırılması üçün bu kiçik addımı atın”.

Vereşçuk Gürcüstandan keçən qaçaqmalçılıq yolunun təfərrüatını bilmədiyini deyib, lakin qeyd edib ki, jurnalistlər müvafiq orqanlara müraciət etsələr, müvafiq məlumat tapa bilərlər: “Təəssüf ki, kəşfiyyatımızın dedikləri səhv deyil. Biz onların səhv etmələrini istəyirik, amma deyillər”.

Və sual yaranır: Gürcüstan hökuməti indiki vəziyyətdə ən yaxın tərəfdaşlarının - Qərb dövlətlərinin və Ukraynanın maraqlarından imtina etməyə hazırdırmı ki, Gürcüstan ərazisinin 20%-ni işğal edən təcavüzkara yardım etsin? Öz araşdırmasını aparıb bu cür faktları təsdiq edə bilən azad mediaya malik bir ölkədə bu, nə dərəcədə mümkündür? Axı Gürcüstanın indiki hakimiyyət orqanları nə qədər rusiyapərəst olsa da, bu təhlükəni tam dərk edirlər. DİA.AZ xəbər verir ki, AYNA-nın suallarını tanınmış gürcüstanlı ekspertlər cavablandırıblar.

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professor Amiran Xevtsuriani:

“Ukrayna kəşfiyyatının və yüksək rütbəli məmurun yuxarıda qeyd etdiyimiz rəsmi açıqlamaları ölkəmizin reputasiyasına ən böyük zərbədir. Üstəlik, bu, Gürcüstanın Avroatlantik gələcəyinə düzəlməz ziyan vura bilər. Belə bir vəziyyətdə iki ölkə arasında rəsmi səviyyədə artıq münasibətləri korlayan bu insident sadəcə olaraq nəticə verməyəcək.

Düzdür, demək lazımdır ki, məsələnin daha çox şəffaflığa ehtiyacı var. Üstəlik, rəsmi Tiflis də bunda israrlıdır. Odur ki, Ukrayna xarici işlər nazirinin gürcü tərəfinin onlardan sübut təqdim etmələrini deməsi tamamilə anlaşılmazdır. Axı, Ukrayna hakimiyyəti gürcü tərəfinə qarşı belə irimiqyaslı ittiham irəli sürürsə, o zaman sübut yükü də elə Ukrayna tərəfinin üzərinə düşür. Mən birmənalı şəkildə bildirirəm ki, burada söhbət Gürcüstanın milli maraqlarından, onun bu günü və gələcəyindən gedir”.

Politoloq, Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:

“İndi Putinin başlatdığı Ukraynaya qarşı müharibə gedir. Ukraynanın bütün qonşularından və dostlarından maksimum dəstək tələb etmək hüququ var, çünki Ukrayna təkcə öz torpaqlarını deyil, həm də bütün Avropanı müdafiə etmək üçün mübarizə aparır - Gürcüstan da daxil olmaqla. Gürcüstan rəhbərliyinin ictimai mövqeləri, yumşaq desək, tez-tez çaşqınlıq yaradır.

Sanksiyalardan yayınmağa gəlincə, mən əminəm ki, Kreml indi həqiqətən işləyir və sanksiyalardan yan keçməyin yollarını axtarır. Amma məndə Gürcüstanın bu işdə əli olduğuna dair heç bir fakt və sübut yoxdur. Belə sübutlar ictimaiyyətə təqdim edilməyib.

Hər gün övladlarını itirən Ukrayna üçün hətta Gürcüstanın hansısa səbəbdən Rusiyaya kömək etməsi fikri belə, xəyanətdir. Amma heç bir fakt yoxdur. Xüsusilə də silah qaçaqmalçılığı ilə bağlı.

Əgər Ukrayna kəşfiyyatında belə məlumatlar varsa, hamı bunu görmək istərdi. Təbii ki, Gürcüstanda çoxlu müxalif jurnalistlər, fəallar var və onlar həqiqəti öyrənməyə çalışa bilərlər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atasının evdən çölə buraxmadığı gənc necə qatil oldu? – Bakıda əcnəbinin QANLI SONU
Bu gün, 14:36
ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib - "Anadolu"
Bu gün, 14:27
Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tanınmış aktyor KİMƏ SƏSLƏNDİ: - "İstedadlı insanların haqqına girmə!"
Bu gün, 13:03
Ukrayna ordusu Novorossiyskdə Rusiyaya qarşı əməliyyat keçirib, Zelenski təfərrüatları açıqlayıb
Bu gün, 12:59
Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır - İsrafil Kərimovun yazısı
Bu gün, 12:54
Yeni nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması məsələsi mühüm əhəmiyyət kəsb edir - MƏQALƏ
Bu gün, 12:52
Brilliantdan illər sonra ETİRAF: - "Buna görə peşmanam"
Bu gün, 12:41
Moskvanın “əli” Ermənistanın “xirtdəyində” – Bakı, Ankara və Qərbin edə biləcəyi...
Bu gün, 12:39
"Zəngəzur Su" vətəndaşları zəhərləyir? - GİLEY
Bu gün, 12:35
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Bu gün, 12:25
Elm və Təhsi Nazirliyinin “yenilikçi” qərarları: Hələlik ancaq problem yaradır - Görünəni odur ki...
Bu gün, 12:14
“DEVİN MEDİA” 871 nəfərdən qeydiyyat üçün 20 manat aldı VƏ... - Əgər araşdırma zamanı...
Bu gün, 12:01
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor tarix də açıqladı
Bu gün, 11:51
Məhkəmə qohumunu 14 bıçaq zərbəsi ilə öldürən şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:48
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 11:43
Rusiyada azərbaycanlıları gözləyən dəhşətli “tələ” – Bilinməyən məqamlar üzə çıxdı
Bu gün, 11:35
Laçında yarım milyon manatlıq “Laçın” yazısı tikiləcək
Bu gün, 11:30
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT
Bu gün, 11:26
Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir? - BU NƏDİ BELƏ?
Bu gün, 11:22
Azərbaycanda ixtisas seçimində edilən 7 böyük SƏHV – Bir yanlış artıq gələcəyi dəyişir
Bu gün, 11:17
Ermənistan Zəngəzura qoşun yeritdi – Artaşatdakı hərbçilər niyə Sünikə köçürüldü?
Bu gün, 11:13
Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... - İTTİHAM VAR...
Bu gün, 10:59
Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb - “Financial Times”
Bu gün, 10:44
Ceki Çan üçün muğam oxuyan xanəndə: - “Telefonuna da çəkdi, süni intellekt olduğunu deyirlər”
Bu gün, 10:41
Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:38
Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru